Galaxy S23 Ultra 7 Avropa İttifaqı İstehlakçılar Assosiasiyası arasında № 1 oldu
(®) Galaxy S23 Ultra 7 Avropa İttifaqı İstehlakçılar Assosiasiyası arasında mobil telefon icmalının nəticələrinə görə 1-ci yerə çıxıb.
İcmal Belçika, Danimarka, İtaliya, Niderland, Portuqaliya və Birləşmiş Krallıqda aparılıb. Ultra-nı fərqləndirən xüsusiyyətlər möhtəşəm çalışma, əla kameralar və yaxşı batareya olub. Assosiasiyalar bunun üçün cihaz üzərində yoxlamalar aparıb və sorğu keçirib.
Bəzi icmallara daha dəqiq diqqət yetirək. Britaniyanın Which assosiasiyası Galaxy S23 Ultranın bu vaxtadək smartfonlarda görülən ən yüksək göstəricilərə malik olduğunu yazır. Bunların ən önəmlisi isə onun 200Mp-lik kamerasıdır. Proqram Təçhizatı-nın 5 illik yeniləmə zəmanəti də Britaniyalıların diqqətindən yayınmayıb. Ümumi qənaətə görə, bu cihaz bu günə olan ən yaxşı smartfon adlandırılıb.
İtaliyanın Altroconsumo assosiasiyası dünya çaplı rejissorlar Ridli Skot və Na Hon Jinin dəyərləndirməsini xatırladır. Onların sözlərinə görə Galaxy S23 Ultranın kamerası peşəkar kameraya bərabərdir. Bildiyiniz kimi hər iki nəhəng Galaxy S23 Ultra ilə film çəkib:
Həqiqətən də model 120FPS ilə video çəkiliş və montaj, görüntü sabitləşdiricisi və gecə çəkilişi imkanları ilə təçhiz olunub. Rəydə suya davamlılıq və daha bir məqam da qeyd olunur ki, hətta 100 dəfə yerə düşəndən sonra cihazın üzərində yalnız xırda cızıqlar qalıb.
Belçikanın Test Achats assosiasiyası ekodizayn, uzunömürlü batareya, qaranlıqda keyfiyyətli çəkiliş imkanı verən sensordan bəhs edən şərhləri toplayıb.
Bunlarla yanaşı Galaxy S23 Ultra istehlakçıların rəğbətini sadəliyi, möhkəmliyi, keyfiyyətli zəngi və ekranı ilə qazanıb.
Yoxlama və müşahidələr barədə daha geniş məlumat əldə etmək üçün məqalədə verilən istinad linklərə daxil ola bilərsiniz.
[1]
[1]
[1]
Növbəti linklərdə isə adı çəkilən digər ölkələrin assosiasiyalarının saytlarında yerləşdirilən abunəli yazılar dərc olunub. Müvafiq qeydiyyat prosedurunu keçəndən sonra axtarış bölməsində Galaxy S23 Ultra yazaraq peşəkar yoxlama və onların nəticələri ilə tanış ola bilərsiniz:
· Danimarka -
· Portuqaliya -
· İspaniya -
· Niderland - / marja.az

"The Digital Banker" ABB-ni Azərbaycanın ən yaxşı süni intellekt əsaslı bankı seçib
Avropa şirkətləri Azərbaycanda dövlət qurumlarından biznesə daha çox dəstək gözləyir
Avropa şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş sayır
Xaçmazda fındıq bağını sığortalamaq neçəyə başa gəlir? – ŞƏRTLƏR, MƏBLƏĞLƏR
Son bir ildə Qarabağ və Naxçıvana investisiya yatıran Avropa şirkətlərinin sayı xeyli artıb
"Səhər 9-da sağlam, saat 2-də isə xəstə
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Kiçik biznesin böyük hədəflərinə Ziraat Bank Azərbaycandan sərfəli maliyyə dəstəyi
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
PAŞA Bankın səhmləri bu ay 5 faizə yaxın bahalaşıb – İlkin yerləşdirmə qiymətinə yaxınlaşıb
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
Dropshipping nədir?
SEO nədir və Google axtarışda necə 1-ci olaq?
Kriptovalyuta nədir?
SMM nədir?