Gələcəyin şirkətlərinə sərmayə yatırmaq öyrədiləcək - AZƏRBAYCANDA YENİ MƏKTƏB QEYDİYYATA BAŞLAYIB

Gələcəyin şirkətlərinə sərmayə yatırmaq öyrədiləcək - AZƏRBAYCANDA YENİ MƏKTƏB QEYDİYYATA BAŞLAYIBAzərbaycanda ilk dəfə "Technovate - Sabah Mələk İnvestorlar Klubu"nun Mələk İnvestorlar Məktəbi (Angel İnvestor School) fəaliyyətə başlayıb. Bu məktəbin məqsədi Azərbaycanda mələk investorlara ilk öncə nəzəri, sonra isə onları klub üzvü etməklə praktik biliklər verməkdir.
Bunu Marja-ya "Technovate - Sabah Mələk İnvestorlar Klubu"nun həmtəsisçisi Fərid İsmayılzadə bildirib.
Onun sözlərinə görə, mələk investor adətən ildə 3 – 50 min ABŞ dolları civarında məbləği startaplara risk edərək yatırımlarını 10 və bəzən də, hətta 100 dəfə artırmaq istəyən şəxslərdir. Startaplara bu tip yatırımlar dünyada ən yüksək gəlirli yatırımlar hesab olunur. Məhz buna görə dünyadakı ən dəyərli şirkətlər nə zamansa startap olmuşdur. Onların qurucuları isə dünyanın ən varlı insanlarıdır. Bu cür yüksək gəlirliliyin öz riskləri ilə olduğuna görə onun sirlərinə bələd olmaqda bir fayda var. Bundan əlavə startaplar bazar hədəflərinə uyğun olaraq öz ölkələrində, regionda və ya dünyada ciddi müsbət dəyişiklərə səbəb olurlar.
Fərid İsmayılzadə əlavə edib ki, pu proqramdan məzun olmuş mələklər daha çox inkişaf etmiş ölkələrin, xüsusi ilə də ABŞ startaplarına sərməyə yatırmaq imkanı əldə edəcəklər. Onlara startaplardan ibarət portfel yaratmaq, düzgün seçimlər etmək və maksimum uğurlu nəticələr əldə etmək üçün nəzəri biliklər veriləcəkdir.
Məktəbin ilk qrupu barədə əlavə məlumatı www.angelinvestor.az saytından əldə etmək mümkündür. Kursun dili ingiliscə və təlimçiləri isə ABŞ ekspertləri olacaqdır. Kursa qeydiyyat Noyabr ayının 1-inə qədər 255 manatdır. Ödəniş zamanı Marja.az promo kodunu daxil etməklə daha 10% endirim əldə etmək mümkündür".
XXX
DƏRSLƏRİ ABŞ TƏLİMÇİLƏRİ KEÇƏCƏK
""Technovate - Sabah Mələk İnvestorlar Klubu" tərəfindən ölkəmizdə ilk dəfə olaraq yaradılan Mələk İnvestorlar Məktəbi fəaliyyətə başlayıb".
Bu bardə Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsində yazıb.
Nazir qeyd edib ki, tədris prosesində mələk investor olmaq istəyənlər ABŞ təlimçilərindən nəzəri bilikləri və təcrübəni mənimsəyəcəklər və qabaqcıl ölkələrin, xüsusilə də ABŞ-nin startaplarına sərmayə yatırmaq imkanı əldə edəcəklər.
"Bu layihə ölkəmizdə startap ekosisteminin innovativ əsaslarla inkişafına, investisiya fəaliyyətinin və#biznes mühitinin təkmilləşməsinə töhfə verəcək",- nazir qeyd edib.

Maraqlı     Tarix: 18 oktyabr 2023

Oxşar xəbərlər

Networking Azerbaijan ilə biznesdə yeni dövr başlayır

Networking Azerbaijan ilə biznes əlaqələrində ölkədə yeni dövr başlayır - "THE NET LOUNGE" layihəsi təqdim edildi. 13 avqust 2026-cı il tarixində Networking Azerbaijan platforması tərəfindən Azərbaycanda bizne

Çin əvvəllər Qərbin nəzarət etdiyi yüksək texnologiyalı bazarları necə ələ keçirir?

Dünyada turist obyekti kimi ziyarət edilə biləcək zavodların sayı çox deyil. Lakin Xiaomi-nin nəhəng "hiperzavodu"nda şirkət iki il əvvəl istehsal xətləri üzrə ekskursiyalar təşkil etməyə başlayandan bəri 300 mində

Vəliyevin universitetinin xalis mənfəəti 7,6 milyon manata çatıb – 42%-lik artım

"Odlar Yurdu Universiteti" 2025-ci ili 7 milyon 572,9 min manat xalis mənfəətlə başa vurub. universitetin audit olunmuş konsolidə edilmiş maliyyə hesabatına istinadən xəbər verir ki, 2024-cü ildə ali təhsil müəssisəsini

Əvəzləşdirilməyən ƏDV məbləğlərinin mənfəət vergisi üzrə gəlirdən çıxılan xərclərə aid edilməsi: hüquqi təhlil

ƏDV ödəyicisi olan müəssisələrdə mal, iş və xidmətlərin alınması zamanı yaranan əlavə dəyər vergisinin (ƏDV) uçotu mənfəət vergisinin hesablanmasına birbaşa təsir göstərir. Praktikada xüsusilə iki hal üzrə suallar meydan

Gömrükdə malların saxlanılması ilə bağlı yeni qaydalar qüvvəyə mindi

Fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların müvəqqəti saxlanca verilməsi ilə bağlı yeni qaydalar müəyyənləşib. Bununla bağlı Gömrük Məcəlləsində dəyişikliklərlə əlaqədar iyunun 19-da qəbul edilən müvafi

Google yeni süni intellekt modelini təqdim etdi – Mətnlə virtual dünyalar yaratmaq mümkün olacaq

ABŞ-ın texnologiya nəhəngi Google-un süni intellekt tədqiqatları ilə məşğul olan "Google DeepMind" bölməsi mətn komandaları vasitəsilə real vaxt rejimində interaktiv virtual dünyalar yarada bilən yeni "Geni

Apple yeni iPhone-ların qiymətlərini açıqladı — 100 dollar bahalaşıb

Apple-ın ilk qatlanan iPhone-nun ekran ölçüləri açıqlandı — Ən böyük iPhone ekranıdır. Apple ilk qatlanan smartfonu iPhone Duo-nun bəzi əsas texniki xüsusiyyətlərini açıqlayıb. Yeni iPhone qapalı vəziyyətdə 5,4 düymlük xaric

Bu vint raketlər və təyyarələr üçün vacibdir, amma bir ədədini almaq illər çəkə bilər

Tramp administrasiyası sursat istehsalını sürətlə artırmağa çalışdığı bir vaxtda bu ixtisaslaşdırılmış vintlər bahalı və son dərəcə qıt komponent olaraq qalır. Xarici görünüşcə bu detal köhnə əşyalar qutusunda yeri olan mexanizm

Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama

"Nvidia"nın baş direktoru Censen Huanq verdiyi müsahibədə 2030-cu ildə dünyanın sonunun gəlmə ehtimalının sıfır faiz olduğunu bildirib. "Nvidia Corp."un baş direktoru Censen Huanq süni intellektin bəşəriyyə


iqtisadi xeberler bitcoin en son xeberler emlak xeberleri valyuta xeberleri