Gələn il SOCAR-ın Türkiyədəki NEZ-i fəaliyyətini müvəqqəti dayandıracaq
Gələn il SOCAR-ın Türkiyədəki STAR Neft Emalı Zavodunun fəaliyyətinin planlaşdırılmış dayandırılması bir neçə məqsəd daşıyır.
Bu barədə "SOCAR-Türkiyə"nin Emal və Neft-Kimya bölməsinin rəhbəri, "Petkim Petrokimya Holding"in Baş direktoru Anar Məmmədov İzmirdə təşkil olunan mətbuat konfransı zamanı bildirib.
Onun sözlərinə görə, neft emalı zavodu istifadəyə veriləndən sonra birinci dəfə dayandırılacaq və ilk növbədə planlaşdırılmış profilaktik işlər aparılacaq.
Anar Məmmədov qeyd edib ki, digər məqsəd – zavodda planlı təmir işlərinin aparılması qrafikində tezliliyin uzadılmasını təmin etməkdir.
Belə ki, onun sözlərinə görə, zavodda aparılacaq əlavə tədbirlər nəticəsində zavodun dayandırılma tezliyi dörd ildən beş ilədək uzadılacaq.
Anar Məmmədov onu da əlavə edib ki, müəssisənin təqribən iki aylıq planlı profilaktik işlərinin aparılması üçün dayandırılması şirkət üçün itkilər deməkdir və zavodun planlı təmirlərə dayandırılması, tezliliyin uzadılması maliyyə baxımından müsbət təsir təsir göstərəcək. Belə ki, bu, 40 mln. dollar civarında qənaət deməkdir (bir planlı dayanma üçün – red.). / banker.az

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
Ən çox soruşulan müsahibə sualları hansılardır?
Fond birjası nədir?
Yatırım olmadan necə biznes qurmaq olar?
Kriptovalyuta məzənnəsi necə analiz olunur?