Gələn il yanvarın 1-dək qeydiyyata alınmış qazilər və şəhid ailələri mənzillərlə təmin olunacaqlar - SƏRƏNCAM
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında" 25 yanvar 2021-ci il tarixli sərəncamında dəyişiklik edib.
KONKRET.azxəbər verir ki, dövlət başçısı bununla bağlı yeni sərəncam imzalayıb.
Sərəncama əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və ölkənin ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, eləcə də yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-2022-ci illərdə aparılan hərbi əməliyyatlar zamanı ölkənin ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələrinin 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün dövlət başçısı ilə razılaşdırmaqla tədbirlər planı təsdiq edib həyata keçirməlidir.
İndiyə qədər həmin plan 2014-cü il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək uçota alınmış, əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid ailələrinə, eləcə də yalnız 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid ailələrinə aid idi.

"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
AMB: Valyuta alışları manat likvidliyini artırır, faizlərə azaldıcı təsir göstərir
Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
"Express Experience" Yay Təcrübə Proqramı – UĞURLA BAŞA ÇATIB
Mərkəzi Bank daşı tərəzinin hansı gözünə qoyacaq? – Faiz qərarı açıqlanır
"Monetri"nin kredit portfeli 30 milyon manatı keçib – aktivləri 38,9 milyon manata çatıb
"Bitcoin"in qiyməti 85 min dolları ötüb - SON QİYMƏT
Startup nədir və necə olur?
Biznes təlimlər və tədris üsulları
IMEI kod nədir?
Ev şəraitində pul qazanmağın yolları
Ən çox soruşulan müsahibə sualları hansılardır?