Gənc aqronom yol qəzasında həyatını itirdi - FOTO
Azərbaycanda kənd təsərrüfatı sahəsində çalışan gənc mütəxəssis Rauf Bəkirov yol qəzasında vəfat edib.
KONKRET.az xəbər verir ki, bu barədə "qafqazinfo" məlumat yayıb.
Gənc aqronom Rauf Bəkirovun həlak olduğu yol qəzasının təfərrüatı məlum olub.
Ağır qəza ötən gün Kürdəmir rayonunun Köhünlü kəndi ərazisində, Kürdəmir-Zərdab yolunda qeydə alınıb. 1993-cü il təvəllüdlü Bəkirov Rauf Kamal oğlunun idarə etdiyi "Hyundai" markalı avtomobil Bakı istiqamətində hərəkətdə olarkən eyni istiqamətdə hərəkət edən "TR-045" markalı traktorla toqquşub. Daha sonra Raufun sürdüyü minik avtomobili qarşıdan gələn "Ford Transit"ə toxunaraq yolun kənarına aşıb. Nəticədə R.Bəkirov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Avtomobildə olan sərnişini, həyat yoldaşı Ruşanə Əliyeva isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya aparılıb.
Bildirilir ki, R.Bəkirov "Binə Agro" şirkətində aqronom kimi çalışırmış. O, bu il iyunun 22-də Ruşanə ilə ailə həyatı qurubmuş.
Hadisə yeni evlilər rayondan Bakıya qayıdarkən baş verib.


Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
Elektron siqaret satan şəxs – CƏRİMƏLƏNDİ
Azərbaycanda 12 illik şirkətdən – 2,8 MİLYON MANAT GÖTÜRÜLÜR
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Menyunu düzgün tərtib etməyən restoran sahibi – CƏRİMƏLƏNDİ
Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini endirdi, qalanlarını sabit saxladı
AZCON Holdinq-də – YENİ TƏYİNAT
AMB faiz dəhlizinin aşağı həddini niyə endirdi?
"Artıq pulunuzu gətirib məndə saxlasanız, daha az faiz alacaqsınız"
Dünyanın ən çox maaş verən şirkətləri
SMM nədir?
Fond birjası nədir?
"iPhone 15" modelinin üstünlükləri
Biznes təlimlər və tədris üsulları