Gəncə şəhərində orta aylıq əməkhaqqı 612 manata yaxınlaşıb
2022-ci ilin yanvar-sentyabr aylarında Gəncə şəhəri üzrə muzdla işləyənlərin sayı və orta aylıq əməkhaqqı barədə məlumatlar açıqlanıb.
Muzdlu işçilər
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
Gəncə Statistika İdarəsinin yaydığı məlumata görə, muzdla çalışan işçilərin sayı 2022-ci ilin yanvar-sentyabr aylarında 44277 nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 27444 nəfər (62,0 faiz), qeyri-dövlət sektorunda isə 16833 nəfər (38,0 faiz) təşkil etmişdir.
Muzdlu işçilərin 16,86 faizi məhsul istehsalı sahələrində, ondan 15,05 faizi sənaye (o cümlədən 0,02 faizi mədənçıxarma, 8,62 faizi emal, 2,35 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 3,9 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı) sahələrində, 1,04 faizi tikinti, 0,77 faizi kənd təsərrüfatı, ovçuluq və meşəçilik sektorunda məşğul olmuşdur. Xidmət sahələrində çalışanların 24,77 faizi təhsil, 24,04 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,16 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,32 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 5,87 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,07 faizi istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 2,12 faizi peşə, elmi və texniki fəaliyyət, 1,6 faizi maliyyə və sığorta, 1,11 faizi informasiya və rabitə, 0,4 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 0,24 faizi digər sahələrdə xidmətlərin göstərilməsi, 0,24 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar, 0,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində çalışmışlar.
Cari ilin doqquz ayı ərzində 2089 yeni fərdi sahibkarlıq subyekti qeydiyyatdan keçmiş, hüquqi şəxslər üzrə 643 yeni iş yeri açılmış, onlardan 18,2 faizi yeni, 80,7 faizi mövcud, 1,1 faizi isə fəaliyyəti bərpa edilmiş müəssisə və təşkilatlara aid olmuşdur.
Əməkhaqqı
2022-ci ilin yanvar-sentyabr aylarında muzdla işləyənlərin orta aylıq əməkhaqqı 611,9 manat, dövlət sektorunda 662,9 manat, qeyri-dövlət sektorunda 528,8 manat təşkil etmişdir. İqtisadiyyatın ayrı-ayrı sahələrində işləyənlərin orta aylıq əməkhaqqı orta şəhər göstəricisinə nisbətən yüksək olmuş, emal sənayesində 642,9 manat, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatında 799,1 manat, maliyyə və sığortada 1319,3 manat, daşınmaz əmlakla əlaqədar əməliyyatlarda 1281,0 manat, peşə, elmi və texniki fəaliyyətdə 615,2 manat, dövlət idarəetməsi və müdafiə; sosial təminatda 964,5 manat, təhsildə 622,9 manat, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində 654,4 manat təşkil etmişdir. / marja.az

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Dünyanın ən zəngin idmançıları
Ən çox soruşulan müsahibə sualları hansılardır?
"Coca-Cola" haqqında 5 maraqlı fakt