Gəncə şəhərinin demoqrafik göstəriciləri açıqlanıb
Gəncə şəhərinin demoqrafik göstəriciləri açıqlanıb.
Gəncə Şəhər Statistika İdarəsindən Marja-ya daxil olmuş məlumata görə, 2019-cu ildə keçirilmiş əhalinin siyahıyaalınmasının nəticəsi əsasında yenidən hesablanaraq Gəncə şəhərinin əhalisinin sayı 2023-cü il yanvar ayının 1-i vəziyyətinə 330 min 248 nəfər təşkil etmişdir. Əhalinin 48,7 faizi (160 min 967 nəfərini) kişilərdən, 51,3 faizi (169 min 281 nəfərini) isə qadınlardan ibarətdir.
2022-ci ilin yanvar-dekabr aylarında şəhərdə 2883 doğulan körpə qeydə alınmışdır. Doğulanların 54,7 faizini oğlanlar, 45,3 faizini qızlar təşkil edir.
2022-ci il üzrə 2155 ölüm halı qeydə alınmışdır.
2022-ci ilin yanvar-dekabr aylarında şəhərdə qeydiyyat şöbələri tərəfindən 1673 nikaha daxilolma və 593 boşanma halları qeydə alınmışdır.
2022-ci ilin yanvar-dekabr ayları ərzində daimi yaşamaq üçün Gəncə şəhərinə 492 nəfər gələn, şəhərdən 338 nəfər gedən qeydə alınmış, miqrasiya saldosu şəhər üzrə müsbət 154 nəfər təşkil etmişdir. / marja.az

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Biznes qurmaq istəyənlərə 10 məsləhət
CV hazırlayarkən buraxılan 5 səhv
Green Card nədir və onu necə əldə etmək olar?
Proqramçılar üçün TOP-5 Freelance sayt
Biznes qurmaq üçün nə lazımdır?