Gəncədə mehmanxanaların gəlirləri 50%-dən çox artıb
2022-ci ilin yanvar-oktyabr aylarında Gəncə şəhərində mehmanxana və mehmanxana tipli müəssisələrin fəaliyyəti haqqında məlumatlar açıqlanıb.
Gəncə Şəhər Statistika İdarəsinin yaydığı məlumata görə, 2022-ci ilin yanvar-oktyabr aylarında Gəncə şəhərində 14 mehmanxana fəaliyyət göstərmiş, onlardan keçirilmiş gecələmələrin sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 42,4 faiz artaraq 15961 adam-gecə təşkil etmişdir.
Azərbaycan Respublikası vətəndaşları üzrə mehmanxanalarda keçirilmiş gecələmələrin sayı 2021-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 27,3 faiz artaraq 13686 adam-gecə olmuşdur
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən mehmanxanalarda keçirilmiş gecələmələrin sayı 2275 olmuşdur ki, bu da ümumi gecələmələrin 14,3 faizini təşkil edir.
2022-ci ilin yanvar-oktyabr aylarında mehmanxana xidmətlərindən əldə edilən gəlirlər 2021-ci illin müvafiq dövrü ilə müqayisədə 51,1 faiz artaraq 1 milyon 155 min manat olmuşdur. Bunun 89,4 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 2,5 faizi ictimai iaşə xidmətlərindən, 1,2 faizi müalicə və sağlamlıq xidmətlərindən, 6,9 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilmişdir. / marja.az

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Dünyanın ən zəngin idmançıları
Ən çox soruşulan müsahibə sualları hansılardır?
"Coca-Cola" haqqında 5 maraqlı fakt