Gəncədə sənaye istehsalının 45%-i metallurgiyanın payına düşüb

Gəncədə sənaye istehsalının 45%-i metallurgiyanın payına düşüb2022-ci il yanvar-dekabr aylarında Gəncə şəhərində sənayenin vəziyyəti haqqında məlumatlar açıqlanıb.
Gəncə Şəhər Statistika İdarəsindən Marja-ya daxil olan məlumata görə, 2022-ci ilin yanvar-dekabr aylarında Gəncə şəhərində fəaliyyət göstərən sənaye müəssisələri və fiziki şəxslər tərəfindən faktiki qiymətlərlə 643,2 milyon manatlıq sənaye məhsulu istehsal edilmiş və sənaye xarakterli xidmətlər göstərilmişdir. Məhsulun və xidmətlərin 139,7 milyon manatı, yaxud 21,7 faizi dövlət sektorunun sənaye müəssisələri, 503,5  milyon manatı, yaxud 78,3 faizi qeyri-dövlət sektorunun sənaye müəssisələri və fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan təsərrüfat subyektləri (fiziki şəxslər) tərəfindən is tehsal edilmişdir.
Sənayedə muzdla çalışan 6706 nəfər işçinin (dövlət sektorunda 3879 nəfər,  qeyri-dövlət sektorunda 2827 nəfər) hər birinə verilən orta aylıq əmək haqqı 608,9 manat təşkil etmişdir. Dövlət sektorunda işçilərin orta aylıq əmək haqqı 578,9 manat, qeyri-dövlət sektorunda 650,1 manat təşkil etmişdir.   
Emal sektorunun müəssisələri tərəfindən 502,3 milyon manati, yaxud  78,1 faizi qeyri-dövlət sektoruna aid olmaqla 581,0 milyon manatlıq  məhsul istehsal edilmiş və sənaye xarakterli xidmətlər göstərilmişdir. Bundan 147,6 milyon manat qida məhsulları istehsalı, 11,2 milyon manat içki, 287,8 milyon manat metallurgiya sənayesi məhsulları, 78,5 milyon manat avtomobil, qoşqu və yarımqoşquların istehsalı və 55,9 milyon manat digər məhsulların istehsalı təşkil etmişdir. Cari ilin yanvar-dekabr ayları ərzində 103,9 min ton un, 165,5 ton makaron, 119,6 min dekalitr araq, 130,0 min dekalitr şərab, 588 ədəd traktor, 395 ədəd MAZ yük avtomobili, 28430,9 ton emal edilməmiş alüminium ərintiləri (ilkin şəkildə), 227 ədəd sair qoşqular və 8661 ədəd elektron, 179002 ədəd mexaniki su sayğacları istehsal edilmişdir.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunun müəssisələri tərəfindən 2022-ci il yanvar-dekabr ayları ərzində 40,2 milyon manatlıq, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda 21,4 milyon manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir.  / marja.az

Maliyyə     Tarix: 08 fevral 2023

Oxşar xəbərlər

Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq

Nazirlər Kabineti "İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicis

Dövlət büdcəsinin gəlirləri azalıb

2026-cı ilin yanvar-may aylarında dövlət büdcəsinin gəlirləri 16 milyard 365,7 milyon manat olub. M. xəbər verir ki, Dövlət Statistika Komitəsinin dərc etdiyi 2026-cı ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial inkişafını

Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir

2026-cı ilin 1-ci rübü üzrə tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indekslərin yüksək dəyişkənliyindən təsirlənmişdir. Bu dövrdə cari əməliyyatlar balansında 1.7 mlrd. dollar həcmində profisi

Azərbaycan iqtisadiyyatı 1,4% böyüyüb, istehlak qiymətləri 5,7% artıb

2026-cı ilin yanvar–iyul aylarında Azərbaycanda 76 milyard 817,7 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub. Ölkə iqtisadiyyatı real ifadədə 1,4% böyüyüb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisad

Ölkəyə 5 min ton daha az düyü gətirilib

2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın

Azərbaycan biznesi Afrikaya gedir – Qeydiyyat başladı

() Africa–Azerbaijan Cooperation (AFAZ) 21–23 oktyabr 2026-cı il tarixlərində Keniyanın Nayrobi şəhərində keçiriləcək BIG 5 Construct Kenya 2026 beynəlxalq tikinti və inşaat sərgisində Azərbaycan Pavilyonunun təşkilini həyat

Sənaye parkları rezidentlərinin idxal etdiyi ƏDV-dən və gömrük rüsumlarından azad olunan texnikaların siyahısı təsdiqlənib

Sənaye və texnologiyalar parklarının idarəedici təşkilatı və operatoru tərəfindən idxal edilən, əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunan texnika, texnoloji avadanlıq və qurğuların siyahısı təsdiq edilib

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd

Vergi daxilolmalarında 850 milyon manatlıq əlavə gəlir gözlənilir

Dövlət büdcəsinin 2026-cı ilin sonuna gözlənilən icra göstəriciləri açıqlanıb. Dövlət büdcəsinin gəlirləri. 2026-cı ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39365,0 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da təsdi


iqtisadi xeberler emlak xeberleri bank faizleri dollar mezenne valyuta kurslari