Gəncədə tarixi binaların üzərindəki reklam lövhələri demontaj olunub
Gəncə şəhərində yerləşən tarixi memarlıq abidələrinin fasadlarında qanunsuz yerləşdirilmiş reklam lövhələri demontaj edilib.
Bu mərhələdə reklam yayımı dayandırılan obyektlərin sayı 30-a yaxın, demontaj olunan reklamların sayı isə 40-dan çox olub. Tarixi abidələrin fasadlarına xələl gətirən reklamların aradan qaldırılması ilə yanaşı obyekt sahibləri ilə maarifləndirici söhbətlər aparılıb, onlara qanunvericiliyin tələbləri izah edilib. Məqsəd tarixi memarlıq abidələrinin ilkin görünüşünün qorunması, açıq məkanda estetik reklam mühitinin formalaşdırılması və qanunvericiliyin tələblərinə cavab verməyən kommersiya məqsədli reklamların yayımlanmasının qarşısının alınmasıdır.
Bildirilib ki, Gəncə Regional Reklam İdarəsi tərəfindən bu istiqamətdə nəzarət tədbirləri davam etdiriləcək. / fed.az

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Bill Qeyts kimdir?
"iPhone 15" modelinin üstünlükləri
Bitcoin nədir?
Biznes qurmaq üçün nə lazımdır?