Gənclər və İdman Nazirliyi İT sistemlərini "Hökumət buludu"na köçürür
Gənclər və İdman Nazirliyi xidmət səviyyəsinin artırılması və daha çevik həllərə malik olmaq məqsədilə İT sistemlərinin "Hökumət buludu"na miqrasiyası çərçivəsində "AzInTelecom" MMC-nin təqdim etdiyi IaaS (İnfrastructure – as a Service) bulud infrastrukturu xidmətini əldə edib. Həmçinin nazirliyin "Microsoft Windows Server" məhsulları ilə təmin edilməsi də həyata keçirilib.
Banker.az xəbər verir ki, hazırda nazirliyin "AzInTelecom" MMC-yə məxsus Data Mərkəzində təqdim edilən Rezervləmə (BaaS – Backup as a Service) bulud xidmətindən yararlanması ilə bağlı danışıqlar davam etdirilir.
Virtual infrastrukturların Data Mərkəzində yerləşdirilməsi, şifrləmə vasitələrindən istifadə etməklə məlumatların saxlanılması bulud infrastrukturu üçün zəruri olan təhlükəsizliyi təmin edir.
Qeyd edək ki, dövlət qurumlarının "Hökumət buludu"na miqrasiyası ilə cari İT xərclərinin azalması və informasiya sistemlərinin məhsuldarlığının artırılması ilə bərabər informasiya sistemlərinin təhlükəsizliyinin daha da təkmilləşdirilməsinə, sabit və dayanıqlı İT infrastrukturuna, operativ koordinasiya ilə yüksək keyfiyyətli servis təminatı və 24/7 monitorinq xidmətinə nail olunur.
"AzInTelecom" MMC Azərbaycan və Cənubi Qafqaz regionunda "TIER III" Beynəlxalq uyğunluq sertifikatına malik ilk qurumdur. Bundan əlavə, "ISO 20000", "ISO 22301" və "ISO 27001" sertifikatlarının tələblərini ödəyən Bakı və Yevlaxda yerləşən 2 Data Mərkəzinə malikdir.

Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
AMB: Valyuta alışları manat likvidliyini artırır, faizlərə azaldıcı təsir göstərir
Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
"Express Experience" Yay Təcrübə Proqramı – UĞURLA BAŞA ÇATIB
Mərkəzi Bank daşı tərəzinin hansı gözünə qoyacaq? – Faiz qərarı açıqlanır
"Monetri"nin kredit portfeli 30 milyon manatı keçib – aktivləri 38,9 milyon manata çatıb
"Bitcoin"in qiyməti 85 min dolları ötüb - SON QİYMƏT
Elektron siqaret satan şəxs – CƏRİMƏLƏNDİ
Green Card nədir və onu necə əldə etmək olar?
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Necə Bitcoin almaq olar?
Biznes plan necə yazılır?
Françayzinq nədir və necə olur?