Gömrük Komitəsidən "Lion Centre" açıqlaması - Qiymətlərin azaldılması, gömrük ödənişlərindən yayınma aşkar edilib

Gömrük Komitəsidən Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatı:
Mediada "Lion Centre" MMC tərəfindən gətirilən malların gömrük dəyərinin düzgün hesablanmaması, gömrük orqanlarının biznes subyektinə problemlər yaratması, sübut əhəmiyyəti kəsb etməyən sənədlər əsasında cinayət işi qaldırılması barədə həqiqətə uyğun olmayan məlumatlar yayımlanıb.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Dövlət Gömrük Komitəsi bildirir ki, "Lion Centre" MMC-nin ünvanına idxal edilən 5 bəyannamə üzrə malların invoys qiymətləri şübhə doğurduğundan araşdırma aparılıb.
Sənədlərə əsasən qeyd edilən mallara dair invoys qiymətlərinin dəfələrlə azaldılması və nəticədə xeyli miqdarda, cəmi 98 min 191,86 manat məbləğində gömrük ödənişlərinin ödənilməsindən qəsdən yayınılması müəyyən olunub. Fakta görə 17 mart 2025-ci il tarixində Əməliyyat-İstintaq Baş İdarəsində Azərbaycan Respublikası CM-nin 209.1-ci (xeyli miqdarda gömrük ödənişlərinin ödənilməsindən yayınma) maddəsi ilə cinayət işi başlanılıb və istintaqı aparılır.
Cinayət işi ilə əlaqədar bəyannamələri təqdim edən şəxs dəfələrlə Əməliyyat-İstintaq Baş İdarəsinə dəvət olunub, işin xüsusatları, habelə hüquq və vəzifələri ona izah olunmaqla qanunamüvafiq qaydada əlində olan sübutların istintaq orqanına təqdim olunması təklif edilib.
Bütün bunlara baxmayaraq, "Lion Centre" MMC-nin rəhbəri yanlış məlumatlar yayımlamaqla mediadan istintaq orqanına təzyiq vasitəsi kimi istifadə etməyə çalışır.
2024-cü il və 2025-ci ilin ilk 4 ayı ərzində "Lion Centre" MMC adlı sahibkarlıq subyekti gömrük rəsmiləşdirilməsinə 100 ədəd gömrük bəyannaməsi təqdim edib. 100 ədəd gömrük bəyannaməsi üzrə dəyər dürüstləşdirilməsi nəticəsində fərq məbləği 1 532 398 manatdır ki, bu fərqlərin 87%-i bəyannamənin ilkin tərtibatı zamanı sahibkar tərəfindən könüllü surətdə reallaşdırılıb.
"Lion Centre" MMC adına rəsmiləşdirilən hər bir gömrük bəyannaməsi üzrə uyğunsuzluqların aşkar edilməsi və düzgün bəyan etməmə faktları mütəmadi hal alıb. "Lion Centre" MMC tərəfindən əvvəllər də dəfələrlə gömrük qaydalarının pozulması hallarına yol verilib.
Dövlət Gömrük Komitəsi tərəfindən qeyd olunan məsələlərin qanunvericilik aktlarının tələblərini nəzərə alınmaqla hüquqi müstəvidə baxılmasına üstünlük verilir, mediadan və digər üsullardan əsassız təzyiq vasitəsi kimi istifadə olunması yolverilməzdir. / marja.az

Maliyyə     Tarix: 08 may 2025

Oxşar xəbərlər

Azərbaycanda kassa aparatları ilə qeydə alınan dövriyyə 3 milyard manatdan çox artıb

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 23 milyard 328,9 milyon manata çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 51,7 milyo

Dövlət büdcəsinə ödəniləcək vəsait 4 milyard manatı keçib – Artıq ödəmələr də yüksəlib

2026-cı il iyulun 1-nə dövlət büdcəsinə ödəniləcək vəsaitin məbləği 4 milyard 50,4 milyon manata çatıb. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2026-cı ilin birinci yarısına dair hesabatına istinadən xəbər verir ki

ABŞ-də FED-in izlədiyi əsas inflyasiya göstəricisi açıqlandı

ABŞ Mərkəzi Bankının (FED) pul siyasəti qərarları üçün yaxından izlədiyi baza şəxsi istehlak xərcləri qiymət indeksi (baza PCE) üzrə iyul göstəriciləri açıqlanıb. . Ərzaq və enerji kimi dəyişkən komponentləri nəzərə almaya

Azərbaycan biznesi Afrikaya gedir – Qeydiyyat başladı

() Africa–Azerbaijan Cooperation (AFAZ) 21–23 oktyabr 2026-cı il tarixlərində Keniyanın Nayrobi şəhərində keçiriləcək BIG 5 Construct Kenya 2026 beynəlxalq tikinti və inşaat sərgisində Azərbaycan Pavilyonunun təşkilini həyat

Metallurgiya ixracında müsbət dinamika - Qara metal ixracı 24,6%, alüminium ixracı 44,6% artıb

2026-cı ilin yanvar-may aylarında qara metallar və onlardan hazırlanan məmulatların ixracı 46 milyon 428,6 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 37 milyon 257,6 min dollar idi. Dəyər ifadəsində artı

Azərbaycanda sənaye istehsalı azalıb, avtomobil istehsalı isə 77,2% artıb

Dövlət Statistika Komitəsi sənaye istehsalı haqqında məlumatlar açıqlayıb. Qeyd edilib ki, sənaye sektorunda 2026-cı ilin yanvar-oktyabr aylarında 58,5 milyard manat məbləğində və ya ötən ilin eyni dövrü ilə müqayisədə rea

Vergi Xidməti proqnozdan 218 milyon manat çox vergi yığıb

2026-cı ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 217,7 milyon manat çoxdur

Xarici ticarətdə 11 milyard manatdan çox müsbət saldo yaranıb

Dövlət Statistika Komitəsi "Xarici ticarət əlaqələri haqqında" başlığı ilə məlumatlar açıqlayıb. Qeyd edilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanı

Azərbaycan iqtisadiyyatı 1,4% böyüyüb, istehlak qiymətləri 5,7% artıb

2026-cı ilin yanvar–iyul aylarında Azərbaycanda 76 milyard 817,7 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub. Ölkə iqtisadiyyatı real ifadədə 1,4% böyüyüb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisad


iqtisadi xeberler bank faizleri dollar kursu leobank kart kripto