"Gömrük sərhədlərində "Qırmızı dəhliz"dən keçid kəskin azalıb"
Azərbaycanın gömrük sərhədlərində "Qırmızı dəhliz"dən keçid nisbəti ötən il 70 % olduğu halda, bu il 7 % təşkil edib.
Bunu Bakıda keçirilən "Gömrük islahatları: Çağırışlar və imkanlar" mövzusunda ictimai müzakirələrdə Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsi rəisinin müavini Əsgər Məmmədov bildirib.
"Qırmızı dəhliz" əvvəlcədən elektron formada təqdim olunmuş qısa idxal bəyannaməsi əsasında aparılmış gömrük nəzarətinə, eləcə də risk qiymətləndirilməsinin nəticələrinə uyğun olaraq, gömrük məqsədləri üçün lazım olan məlumatların və sənədlərin, eləcə də malların və nəqliyyat vasitələrinin, habelə tələb olunan hallarda şəxsin yoxlanmasını nəzərdə tutan buraxılış sistemidir.
"Əvəzində "Sarı dəhliz"in və "Yaşıl dəhliz"in payı artıb", - deyə o qeyd edib.
Bundan başqa, Ə.Məmmədovun sözlərinə görə, Komitə xarici ticarət tərəfdaşları arasında məmnunluq sorğuları keçirib, məlum olub ki, onların çoxu qanunvericilik bazasından qismən razıdır: "Odur ki, Komitə idxal və ixrac əməliyyatlarının rəsmiləşdirilməsinə dair ciddi təbliğat aparmağı öhdəsinə götürüb".
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
"Report" / marja.az

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Dünyanın ən zəngin idmançıları
Ən çox soruşulan müsahibə sualları hansılardır?
"Coca-Cola" haqqında 5 maraqlı fakt