Gömrükdə daha bir general işdən çıxarılıb?
Dövlət Gömrük Komitəsi general-mayor Vahabov Mirqasım Fazil oğlunun işdən çıxarılması barədə xəbəri təsdiqləməyib.
Komitədən Modern.az-a bildirilib ki, yayılan xəbər həqiqətə uyğun deyil.
11:12
Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin rəisi işdən çıxarılıb.
Qaynarinfo-nun əldə etdiyi məlumatına görə, Komitə sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırovun əmri ilə, dünən Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin rəisi, general-mayor Vahabov Mirqasım Fazil oğlu təqaüdə göndərilib.
Xatırladaq ki, general-mayor Mirqasım Vahabov sabiq Dövlət Gömrük Komitəsinin sədri, general-polkovnik Aydın Əliyevin adamı kimi tanınıb. O, sabiq komitə sədri Səfər Mehdiyevin də inamını qazanmışdı.
Qeyd edək ki, general-mayor Vahabov Mirqasım Fazil oğlu 31 dekabr 1955-ci ildə anadan olub.
1972-ci ildə orta məktəbin 10-cu sinfini əla qiymətlərlə başa vurub. 1999-cü ilin 24 iyul tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmrinə əsasən Komitənin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin rəisi vəzifəsinə təyin olunub. Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2007-ci il tarixli müvafıq sərəncamı ilə gömrük xidməti general-mayoru xüsusi ali rütbə verilib. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmrinə əsasən 2006-cı ildə "Gömrük əməkdaşlığının möhkəmləndirilməsinə görə" döş nişanı ilə, 2009-cu ildə gömrük orqanlarında uzun müddət və qüsursuz xidmətə görə "Gömrük orqanlarında xidmətə görə" III dərəcə döş nişanı, 12 avqust 2014-cü il tarixli əmrə əsasən "Gömrük orqanlarında xidmətə görə" II dərəcə döş nişanı, 24 yanvar 2012-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub.
25 may 2012-ci il tarixində Komitə Sədrinin müvafıq əmri ilə "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 20 illiyi (1992-2012)" Azərbaycan Respublikasının yubiley medalı ilə, 27 may 2015-ci il tarixli əmrə əsasən "Gömrük xidməti əlaçısı" döş nişanı ilə təltif olunub. Xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2016-cı il tarixli 1750 nömrəli Sərəncamına əsasən 3 –cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
"Artıq pulunuzu gətirib məndə saxlasanız, daha az faiz alacaqsınız"
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
BOKT İsmayıllıda filialını açır
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
SMM nə deməkdir?
Dünyanın ən varlı 10 adamı
İnstaqramda biznes qurmağın yolları
ZARA-nın uğur hekayəsi
Dünyanın ən dəyərli avtomobil şirkətləri