Google' xəritəsinin Qarabağ hissəsinin yenilənməsi üçün işlərə başlanıldı
İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti "4MAPS Bilgi Teknolojileri" MMC tərəfindən işğaldan azad edilmiş ərazilərlə bağlı "Google" və digər xəritələrin yenilənməsi, həmçinin 3D xəritənin hazırlanması üçün işlərə başlanılıb.
azxeber.com-un Agentliyə istinadən verdiyi məlumata görə, xəritələrin yenilənməsində və 3D xəritənin hazırlanmasında "LİDAR" cihazından istifadə olunur. Yaxın vaxtlarda onlayn xəritələrdə Qarabağda yerləşən şəhərlərin, kəndlərin, küçələrin və digər obyektlərin adlarının Azərbaycan dilində göstəriləcəyi gözlənilir.
Qeyd edək ki, "4MAPS Bilgi Teknolojileri" MMC Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb və Sənaye Parkının 1,5 hektarlıq ərazisində "Tədqiqat və inkişaf, kartoqrafiya və naviqasiya xidmətlərinin təşkili" layihəsini həyata keçirəcək. "4MAPS Bilgi Teknolojileri" MMC "Apple Maps" və "Here Technologies" tətbiqinin MDB, Yaxın Şərq və Azərbaycan, "Yandex Maps" tətbiqinin isə Azərbaycan üzrə təmsilçisidir.
Şirkətin əsas fəaliyyət sahəsi xəritələrlə bağlı coğrafi məlumatların toplanılması, formalaşdırılması, 3D və 4D xəritələrin istehsalı xidmətləri olsa da, yeni inşa ediləcək mərkəzdə, həmçinin, proqram məhsulları, oyunlar, "metaverse" tətbiqlərinin hazırlanması xidmətlərinin göstərilməsi planlaşdırılır. Layihənin reallaşdırılması ilə Azərbaycanda Şərqi Avropa, Gürcüstan, MDB və Orta Asiya ölkələri üçün xəritələrin formalaşdırılması mərkəzi (prosessinq mərkəzi) fəaliyyət göstərəcək.

ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
BOKT İsmayıllıda filialını açır
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
Ziraat Bank Azərbaycan yeni premium kartını təqdim etdi ®
"Unicapital"dan investisiyaya başlayanlar üçün kampaniya : Səhm və kriptovalyutalara 0% komissiya
Whatsapp biznesin üstünlükləri nələrdir?
İlon Mask kimdir?
Dünyanın ən bahalı restoranları
Dünyanın ən dəyərli avtomobil şirkətləri
Ən çox gəlir gətirən onlayn bizneslər