Göygöl Şərab Zavodu Şahdağ Turizm Mərkəzinin tədbirində iştirak edib
Dekabrın 15-i Sportsystem Azerbaijan və Şahdağ Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə qış sezonun açılış tədbiri keçirilmişdir.
Eyni zamanda Qafqazın ən böyük ziplayn əyləncəsinin də açılışı baş tutmuşdur. Tədbirdə müxtəlif tanınmış şəxslər, blogerlər iştirak edərək xüsusi dəyər qatmış, eləcə də tədbirdə əyləncəli konkurslar keçirilərək qonaqlara hədiyyələr təqdim edilmişdir.
Göygöl Şərab Zavodu da həmin tədbirdə iştirak edərək təbii və müasir texnologiya ilə hazırlanmış, yüksək keyfiyyətli "KARABAKH" şərabları ilə qonaqlar üçün soyuq havada özəl reseptura ilə hazırlanmış qlintveyn və bazara yeni təqdim olunmuş, xüsusi klassik metodla hazırlanmış "Pearl" oynaq şərabını təqdim etmişdir.
Tədbirin yerli və xarici qonaqlarına həm şərabların dequstasiyası təşkil olunmuş, həm də şərabların tərkibi, həmçinin məhsulların istehsal prosesi haqqında ətraflı məlumatlar təqdim edilmişdir. Qonaqlar təqdim olunmuş içkilərin dadından, ətrindən, eləcə də görünüşündən heyran olmuşdurlar.
Qeyd edək ki, 160 ildən artıq tarixə malik "Göygöl Şərab Zavodu" ASC Azərbaycanın ən qədim və ən böyük spirtli içki istehsal edən müəssisələrindən biridir. Əsası 1860-cı ildə şvabinq almanları tərəfindən qoyulmuş zavod bü gün "Xan 1860" brendi altında təqdim etdiyi araq, şərab, brendi və oynaq şərab məhsulları dəfələrlə önəmli beynəlxalq mükafat və sertifikatlar qazanmışdır. / fed.az

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
Bitcoin necə işləyir?
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
Biznes plan necə yazılır?
Dünyanın ən varlı 10 müğənnisi