Guerilla marketinq nədir?
Az söz – daha çox kreativlik" – bu ifadə Guerilla (Partizan) marketinqi tam olaraq izah edir.
Bununla bağlı İnnovasiyalar Agentliyinin tövsiyələrini təqdim edirik.
Partizan marketinqin vəzifəsi istehlakçıya maksimum yaxınlaşıb gözləmədiyi anda düz beyninə "atəş açmaqdır". Ən əsası az büdcəli startapların da üz tuta biləcəyi alternativ və qeyri-ənənəvi marketinq üsuludur.
Bu termin Cay Konrad Levinsonun 1984-cü ildə yazdığı "Guerrilla Marketing" kitabı ilə populyarlaşdı. Partizan marketinqi müştərilərlə birbaşa əlaqə yaratmaq üçün bir çox üsuldan istifadə edir və əsas hədəfi məhsulun bazara çıxarılması ilə əlaqədar əvvəlcədən səs-küy yaratmaq, istehlakçı fəallığını artırmaqdır. Gözlənilməzlik onun əsas silahıdır və bununla o, potensial müştərilərdə emosional reaksiya yaradaraq yaddaşlarda qalır.
Guerilla marketinqin üstünlükləri aşağıdakılardır.
Az vəsait tələb edir
Partizan Marketinqin əsas aləti pul deyil, sizin yaradıcılığınız və kreativliyinizdir. O, güclü marketinq strategiyası və plan tələb etmir, sadəcə maraqlı ideya kifayətdir. Sürətli nəticə-startaplar üçün dəyərli şeylərdən biri də zamandır. Çox zaman xərcləmədən, dərhal və ya qısa müddətdə nəticə alına bildiyi üçün partizan marketinq startaplara uyğun bir üsuldur.
Öz effektivliyinə fokuslanmaq
Daha güclü rəqiblərlə birbaşa marketinq rəqabətindən qaçmaq. Güclü rəqiblər daha az effektiv reklama böyük məbləğ xərclədiyi halda siz kiçik məbləğlə lazımı nəticəni əldə edə bilərsiniz. Partizan marketinqin başqa bir üstünlüyü isə sizin yaradıcılığınız və sonsuz ideyalarınızdan yarandığı üçün limitlərinin olmamasıdır.
Partizan marketinqin ən məşhur qəhrəmanları ödənişli "partizan reklamçılar"dır. Onlar hər yerdədirlər – marketlərdə, kosmetika, geyim və digər dükanlarda. Bariz nümunə isə budur ki, əgər bir müştəri dayanmadan mağazanın və ya markanın məhsullarını tərifləyirsə və yaxud daimi müştərisi olduğunu vurğulayırsa onun partizan marketinqin nümayəndəsi olduğundan şübhələnmək olar. Partizan marketinqin hədəfi təkcə alıcılar deyil, marketlər və mağazalar da ola bilər. Məsələn, partizan marketinqin ən məşhur nümunələrindən biri budur ki, "partizan reklamçılar" marketlərə daxil olaraq əslində satmaq istədikləri məhsulun bazarlığını etmək istədiklərini deyirlər. Məhsulun marketdə satılmadığını "aşkarlayanda" isə narazılıq edərək satılmasını tələb edirlər. Beləliklə, marketlər həmin məhsula tələbatın çox olduğunu düşünərək məhsulu rəflərində yerləşdirməyə cəhd göstərirlər.

"The Digital Banker" ABB-ni Azərbaycanın ən yaxşı süni intellekt əsaslı bankı seçib
Avropa şirkətləri Azərbaycanda dövlət qurumlarından biznesə daha çox dəstək gözləyir
Avropa şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş sayır
Xaçmazda fındıq bağını sığortalamaq neçəyə başa gəlir? – ŞƏRTLƏR, MƏBLƏĞLƏR
Son bir ildə Qarabağ və Naxçıvana investisiya yatıran Avropa şirkətlərinin sayı xeyli artıb
"Səhər 9-da sağlam, saat 2-də isə xəstə
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Kiçik biznesin böyük hədəflərinə Ziraat Bank Azərbaycandan sərfəli maliyyə dəstəyi
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
PAŞA Bankın səhmləri bu ay 5 faizə yaxın bahalaşıb – İlkin yerləşdirmə qiymətinə yaxınlaşıb
1000 manatla hansı biznesi qurmaq olar?
CV hazırlayarkən buraxılan 5 səhv
Yatırım olmadan necə biznes qurmaq olar?
Elon Musk kimdir?
CV-nin tərtib edilməsi prinsipləri