Gürcüstan şirkəti Azərbaycanın mağazalar şəbəkəsini - ALDI

Gürcüstan şirkəti Azərbaycanın mağazalar şəbəkəsini - ALDIGürcüstanın məişət elektronikası mağazalar şəbəkəsi olan "Elit Electronics" Gürcüstanın sərhədlərini aşaraq Azərbaycanda fəaliyyət göstərən "Elit Optimal" şəbəkəsini əldə edib.
Elektronika mağazalarının loyallıq proqramları – KİM NƏ QƏDƏR BONUS VERİR? - SİYAHI
FED.az xəbər verir ki, bu barədə "Elit Electronics"in baş direktoru Lado Jobava məlumat verib. 
""Elit Electronics-in yeni strategiyası Cənubi Qafqazda genişlənməyimizi nəzərdə tutur. Azərbaycan bazarına daxil olmaq qərarına gəldik. Qərara əsasən, Azərbaycanda fəaliyyət göstərən "Elit Optimal" alınıb", -  Lado Jobava bildirib.
10 mağaza açmağı planlaşdırır
O qeyd edib ki, Azərbaycanda "Elit Optimal" şəbəkəsi 30 mağazadan ibarətdir, şirkət bu rəqəmi 40-a çatdırmağı planlaşdırır.
Qeyd edək ki, Azərbaycanda "Elit Optimal" şəbəkəsi "ELİT EO" MMC şirkəti tərəfindən idarə olunur.
"Elit Electronics" Gürcüstanın istehlak bazarında 26 il əvvəl fəaliyyətə başlayıb. Şirkətin fəaliyyət sahəsi televizor, audio və video cihazları, məişət texnikası, kompüter və mobil telefonların pərakəndə və topdansatış ticarətini əhatə edir.
Dövlət Vergi Xidmətinin məlumatına görə, 13 noyabr 2023-cü il tarixindən Lado Jobava "ELİT EO" MMC-nin qanuni təmsilçisi (rəhbəri) olub. 01 Yanvar 2023-cü il tarixində dövlət qeydiyyatına alınmış və 1000 manat nizamnamə kapitalı olan "ELİT EO" MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, AFİYƏDDİN CƏLİLOV, ev 27A, "PARK AZURE", 2-Cİ MƏRTƏBƏDİR. (Marja)

Biznes     Tarix: 14 noyabr 2023

Oxşar xəbərlər

Avropanın aparıcı lüks brendlərinin bazar dəyəri 251 milyard avro azalıb

Çində tələbatın azalması fonunda Avropanın aparıcı lüks brendlərinin ümumi bazar kapitallaşması 2026-cı ildə 251 milyard avro azalıb. Fransada talan edilən lüks brend məhsulları ucuz qiymətə satışa çıxardılar - VİDEO. xəbə

Trendyol 2030-cu ilədək dayanıqlılıq hədəflərini - AÇIQLADI

Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük elektron ticarət platformalarından biri olan "Trendyol" 2025-ci il ərzində dayanıqlılıq istiqamətində əldə etdiyi nəticələri, həyata keçirdiyi layihələr

Azərbaycanda sahibkar 13 milyonlu şirkətini – 280 MİLYONLUQ ŞİRKƏTİNƏ BİRLƏŞDİRDİ

"Beverage Services" MMC (VÖEN: 1306760391) fəaliyyətinə xitam verilərək "Milla Dairy" MMC-yə (VÖEN: 1300995031) qoşulub. BƏƏ şirkəti Azərbaycan bazarından – GEDİR. biznes və maliyyə xəbərləri portalı xəbə

ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR

Bu gün Bakı Türk Şəhidliyində Türkiyə Respublikasının Cümhuriyyət Bayramının 103-cü ildönümü münasibətilə anım və çələngqoyma mərasimi keçirilib.  biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, mərasimdə Türkiyə Respublikasını

"Sea Breeze" yeni şirkət yaratdı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) "Sea Breeze Radisson" MMC-ni dövlət qeydiyyatına alıb. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. xəbər verir ki, yeni şirkə

Maskın sərvəti bir gündə 30 milyard dollar azaldı

Amerikalı sahibkar, "SpaceX" və "Tesla" şirkətlərinin rəhbəri İlon Mask ABŞ Konqresinə keçirilən son aralıq seçkilərdən sonra təxminən 30 milyard dollar itki ilə üzləşib. ABŞ-da Demokratların seçki qələbəs

ATİB-in sədri Mürsəl Rüstəmov Sabancı Universitetinin nümayəndələrini qəbul edib

Oktyabrın 19-da Sabancı Universitetinin Rəhbər Kadrların İnkişafı Bölməsinin (EDU) Beynəlxalq Satış və Biznesin İnkişafi üzrə meneceri Özge Özkan və Beynəlxalq Proqramlar üzrə məsləhətçisi Gülin Kan Yükseltan Azərbaycan-Türkiy

Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu

Hindistanlı milyarder Mukeş Ambaninin (Mukesh Ambani) nəzarətində olan "Jio Platforms" şirkətinin səhmləri fond birjasında uğurlu debüt edərək onu Hindistanın bazar kapitallaşmasına görə ikinci ən dəyərli şirkətin

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub

"Azərsun Holdinq"in tərkibində fəaliyyət göstərən "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2026-c


iqtisadi xeberler valyuta xeberleri dollar mezenne bitkoin qiymeti valyuta kurslari