Gürcüstana Türkmənistandan əlavə yüklər cəlb ediləcək
"Türkmənistan Gürcüstan dəhlizindən istifadədə maraqlıdır və bu, bir neçə milyon ton əlavə yük axınını cəlb etməklə yük dövriyyəsini artırmağa imkan verəcək".
Bunu Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Levan Davitaşvili deyib.
Nazirin sözlərinə görə, Türkmənistan Gürcüstanın ən vacib ticari tərəfdaşlarından biridir: "İkitərəfli görüşlərdə biz iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq istiqamətlərini müzakirə etdik. Həmçinin nəqliyyat sahəsində əməkdaşlıq haqqında saziş imzalandı. Sazişə əsasən, Aşqabadla birbaşa reyslər həyata keçiriləcək və bu da iqtisadi münasibətlərin dərinləşməsinə imkan verəcək".
L.Davitaşvili qeyd edib ki, böyük kimya sənayesinə malik Türkmənistan Gürcüstan dəhlizinin istifadəsinə maraq ifadə edib: "Türkmənistan öz məhsullarını Gürcüstanın nəqliyyat-loqistika infrastrukturunun istifadəsi ilə ixrac etməkdə maraqlıdır. Bununla bağlı razılıq əldə olunub və ümid edirəm ki, yaxın zamanlarda Türkmənistandan Gürcüstana əlavə yüklər cəlb olunacaq".
Nazir Türkmənistanla energetika sahəsində də əməkdaşlığın müzakirə olunduğunu bildirib: "Bu gün Türkmənistan Gürcüstana neft və neft məhsulları göndərir. Burada söhbət ucuz enerji resurslarından gedir. Bu məsələ ilə bağlı həmkarlarımızla gələcəkdə birgə iş aparılacaq".
Neft ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB
Bu şəxslərin pensiyası ARTIRILDI
1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör
Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT
2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind
Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI
Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind
Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ
Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət