Gürcüstanda 11-ci beynəlxalq - "CASPIAN ENERGY INVESTMENT FORUMU TBILISI 2023" KEÇİRİLİB

Gürcüstanda 11-ci beynəlxalq - Fevralın 28-də Gürcüstanın paytaxtı Tbilisidə Caspian Energy Club və Caspian Energy Georgia-nın birgə təşkilatçılığı ilə 11-ci beynəlxalq CASPIAN ENERGY INVESTMENT FORUM TIBILISI 2023 keçirilib.
FED.az xəbər verir ki, tədbirə rəsmi dəstək Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyi və Gürcüstanın Azərbaycan Respublikasındakı Səfirliyi tərəfindən göstərilib. CASPIAN ENERGY INVESTMENT FORUM TIBILISI 2023-ün qızıl sponsoru Assistant Tour şirkəti oldu.
Bu barədə Caspian Energy Georgia-nın İdarə Heyətinin sədri Natiq Məmmədov məlumat verib.
Forumun əsas məqsədi Caspian Energy Club üzvlərinin, Azərbaycan və digər ölkələrin şirkət və təşkilatlarının Gürcüstana, eyni zamanda Azərbaycana və Caspian Energy Club-un fəaliyyət göstərdiyi digər ölkələrə sərmayə qoymaq istəyən gürcü şirkətləri üçün imkanların və iki ölkə arasında ticarət dövriyyəsinin artması üçün görüləcək addımların araşdırması oldu.
11-ci beynəlxalq CASPIAN ENERGY INVESTMENT FORUM TIBILISI 2023-də dövlət qurumlarının, Gürcüstanda akkreditə olunmuş diplomatik və beynəlxalq missiyaların 200-dən çox nümayəndəsi, o cümlədən Xəzər-Qara dəniz regionu ölkələrinin dövlət və özəl şirkətlərinin top-menecerləri iştirak ediblər.
Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev çıxışında forumun çox səmərəli və məhsuldar keçəcəyinə, iki ölkə arasında ticarət-iqtisadi münasibətlərinin, eləcə də, işgüzar dairələr arasında əlaqələrin inkişafına öz zəruri töhfəsini verəcəyinə ümidvar olduğunu bildirib. Səfirin sözlərinə görə, 2022-ci ilin yekunlarına əsasən iki ölkə arasında ticarət dövriyyəsi 1,3 milyard dollar təşkil etmiş, ötən ilin bütün dövrü üzrə Azərbaycan şirkətləri tərəfindən Gürcüstan iqtisadiyyatına, eyni zamanda qarşılıqlı Gürcüstan şirkətləri tərəfindən Azərbaycan iqtisadiyyatına yatırılan birbaşa investisiyalar on milyonlarla ölçülür.
Birinci panel çərçivəsində Caspian Energy Turkey-in sədri Süleyman Məcidli bərpa olunan və alternativ enerji mənbələri üzrə regional layihələriniki ölkə arasında birgə həyata keçirilməsinin vacibliyini qeyd edib.
İkinci panelin moderatoru, Caspian Energy Georgia-nın sədri Natiq Məmmədov Xəzər-Qara dəniz regionu ölkələrində iqtisadiyyatın qeyri-neft sektorunun artım templərindən danışıb.
Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Tengiz Kalandadze Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Otar Şamuqiyanın adından tədbirin təşkilatçılarına minnətdarlığını bildirib. T.Kalandadze əsası prezidentlər Heydər Əliyev və Eduard Şevardnadze tərəfindən qoyulmuş Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin inkişafını yüksək qiymətləndirdiyini qeyd edib. "Biz şadıq ki, bu münasibətlər bu gün də inkişaf edir və ümid edirik ki, bu forum ölkələrimiz arasında ticari, enerji, kənd təsərrüfatı və iqtisadiyyatın digər sahələrində olan əlaqələrin dərinləşməsinə əlavə stimul verəcək", - deyə T.Kalandadze qeyd edib.
Gürcüstanın Energetikanın İnkişafı Fondunun baş direktorunun müavini, Layihələrin İdarəedilməsi üzrə direktoru Nuqzar Xaindrava Gürcüstanın bərpa olunan enerjisi, enerji təhlükəsizliyi, elektrik maşınlarının və enerji doldurma stansiyalarının inkişafı, enerjiyə qənaət və Gürcüstanın enerji sektoruna investisiyalar sahəsində bir sıra maraqlı layihələrdən söz edib. N. Xaindravanın dediyinə görə, tədbir iki ölkə arasındaki networkingin inkişafı və dərinləşməsi üçün çox gözəl təşəbbüsdür.
Forumda çıxış edən AZPROMO-nun icraçı direktorunun müşaviri Şəbnəm Allahverdiyeva Agentliyin fəaliyyət istiqamətləri, AZPROMO-nun Gürcüstandan olan müvafiq qurumları ilə uğurlu əməkdaşlıq etdiyini və bu əməkdaşlıq çərçivəsində bir sıra sənədlərin imzalandığını diqqətə çatdırıb. Bildirilib ki, 1995-2022-ci illər ərzində Gürcüstan iqtisadiyyatının əsas investoru olan Azərbaycan tərəfindən qonşu ölkənin iqtisadiyyatına 3.4 mlrd. ABŞ dolları dəyərində investisiya yatırılıb. Hazırda işğaldan azad edilmiş ərazilərdə enerji sektorunda, xüsusi ilə də bərpa olunan enerji sahəsində əməkdaşlıq üçün geniş imkanlar var.
Müzakirələrdə həmçinin Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Agentliyinin rəhbəri Cavid Abdullayev, Gürcüstanın Energetikanın İnkişafı Fondunun rəhbəri, "SOCAR ENERGY GEORGIA" şirkətinin nümayəndəsi, Gürcüstan Maliyyə Nazirliyinin gəlir xidmətinin rəhbəri (GRS) və digər məmurlar iştirak ediblər.
Forumun sonunda Caspian Energy Georgia-nın İdarə Heyətinin sədri Natiq Məmmədov 11-ci beynəlxalq CASPIAN ENERGY INVESTMENT FORUM TIBILISI 2023-ün təşkilində göstərdikləri dəstəyə görə bütün spikerlərə təşəkkürnamə sertifikatlarını təqdim edib.
Caspian Energy Club dünyanın 50 ölkəsindən 5000 çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes - hökumət dialoqunun fəal iştirakçısı olan Caspian Energy Club-un əsas məqsədi Azərbaycanda və Caspian Energy Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
Biznes-networking üçün beynəlxalq platforma olan Caspian Energy Club mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən Caspian Energy Club-un Türkiyə, BƏƏ, İsrail, Özbəkistan, Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

Biznes     Tarix: 01 mart 2023

Oxşar xəbərlər

"Göygöl Şərab Zavodu"nun Müşahidə Şurası ilə bağlı qərar veriləcək

"Göygöl Şərab Zavodu" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağını keçirəcək. xəbər verir ki, yığıncaq 6 noyabr 2026-cı il saat 11:00-da Göygöl şəhəri, Heydər Əliyev prospekti 2 ünvanında keçiriləcək. Yığıncağı

"Norm"un 5 illik strategiyası: Yeni zavodlar, məhsullar və Qarabağ planı – RAMİL MAHMUDOVLA MÜSAHİBƏ

Azərbaycanın sement sənayesində lider mövqeyə malik şirkətlərindən biri olan "Norm" ASC ölkənin tikinti materialları bazarında mühüm rol oynayır. Müasir istehsal texnologiyaları, illik 2,1 milyon ton sement istehsal

Bakı "PostEurop" Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

7–8 oktyabr 2026-cı il tarixlərində Bakıda "PostEurop" Baş Assambleyası və Biznes Forumu keçiriləcək. xəbər verir ki, beynəlxalq tədbirə AZCON Holding şirkətlərindən olan "Azərpoçt" MMC ev sahibliyi edəcək

"Gəncə Şərab-1"in dövlətə 30 min manata yaxın vergi borcu var – QƏRAR VERİLƏCƏK

"Gəncə Şərab-1" ASC-nin borclarının həll olunması məqsədilə şirkətin səhmdarlarının növbədənkənar iclası çağırılıb. xəbər verir ki, 6 noyabr 2026-cı il saat 15.00-da "Gəncə Şərab-1" ASC səhmdarlarını

Azərbaycanda restoranların dövriyyəsi 8% artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin dəyəri 2 milyard 309,8 milyon manat olub. Bakıda məşhur restoran fəaliyyətini dayandırdı. bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir

Şərikli biznes quranların problemlə üzləşməməsi üçün - HÜQUQŞÜNASDAN 5 VACİB TÖVSİYƏ

Son illər Azərbaycanda ortaq şəkildə qurulan bizneslərin sayı artmaqda, şərikli iş quranların sıraları genişlənməkdədir. xatırladır ki, insanlar bəzən tək güclə biznesi qura bilməyəcəklərini anlayaraq müxtəlif şərtlərlə ortaqlı

Oxford Economics "McDonald"s Azərbaycan"ın iqtisadiyyata təsirini araşdırıb

Beynəlxalq konsaltinq şirkəti olan "Oxford Economics" "McDonald"s"ın Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirib. xəbər verir ki, ictimaiyyətə təqdim olunan hesabata əsasən, şirkətin 2025-c

Pampers 23 milyard dollar qazanıb

ABŞ-ın istehlak malları istehsalçısı "Procter & Gamble" (P&G) şirkətinin 2027-ci maliyyə ilinin birinci rübündə satışları illik müqayisədə 4% artaraq 23,3 milyard dollara çatıb. Şirkətin maliyyə nəticələr

Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək

Müvafiq göstərişlər verildi ki, iqtisadi sahədə, o cümlədən ticarət dövriyyəsi sahəsində əməkdaşlıq intensivləşsin. xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatınd


iqtisadi xeberler biznes krediti telefonla pul qazanmaq depozit faizleri valyuta xeberleri