Hacıqabul Sənaye Məhəlləsində ilk ixrac
Hacıqabul Sənaye Məhəlləsinin rezidenti "Elberg" MMC Özbəkistana 1,5 milyon ABŞ dolları dəyərində metal konstruksiya və tikinti materialları istehsalında istifadə olunan avadanlıqlar ixrac edəcək.
bu barədə Marja-ya İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyindən bildirilib.
İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Hacıqabul Sənaye Məhəlləsinin rezidenti "Elberg" MMC tərəfindən ilk dəfə olaraq Özbəkistana metal konstruksiya və tikinti materialları istehsalında istifadə olunan avadanlıqlar ixrac ediləcək. İmzalanmış müqaviləyə əsasən, şirkət Özbəkistana 1,5 milyon ABŞ dolları dəyərində məhsul göndərəcək. Bu Hacıqabul Sənaye Məhəlləsində həyata keçiriləcək ilk ixracdır. Şirkət tərəfindən Gürcüstan və Mərkəzi Asiya ölkələrinə də ixracla bağlı danışıqlar aparılır.
Qeyd edək ki, "Elberg" MMC Hacıqabul Sənaye Məhəlləsinin rezidenti kimi qeydiyyata alınıb və Sənaye Məhəlləsinin ərazisində metal konstruksiya və tikinti materialları avadanlıqlarının istehsalını həyata keçirir. Müəssisəyə indiyədək 3,5 milyon manat investisiya yatırılıb və 40-dan çox iş yeri yaradılıb.
/ marja.az

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Dizaynerlər üçün TOP-5 Freelance sayt
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Marketinq nə demədir?
Start-up nədir?
Yatırım olmadan necə biznes qurmaq olar?