Hacıqabul yumurtaları ABŞ bazarında

Hacıqabul yumurtaları ABŞ bazarındaAzərbaycanın aparıcı kənd təsərrüfatı müəssisələrindən biri olan Hacıqabul Quşçuluq Şirkəti ilk dəfə olaraq Amerika Birləşmiş Ştatlarının Corciya ştatına yumurta ixracını uğurla həyata keçirilmişdir.
Marja.az Şirkətə istinadən xəbər verir ki, ixrac olunan məhsullar ABŞ-ın müvafiq dövlət qurumları tərəfindən laborator müayinədən keçirilmiş, istehlaka yararlı hesab edilərək bazara çıxarılmışdır.
Hacıqabul yumurtaları ABŞ bazarındaABŞ-da quş qripi səbəbilə baş verən yumurta çatışmazlığı və qiymət artımı fonunda əldə olunmuş razılaşmaya əsasən, ilkin mərhələdə 720 000 ədəd yumurta Corciya ştatına göndərilmişdir. Əlavə olaraq, iki ABŞ mənşəli şirkət tərəfindən həftəlik olaraq 1 080 000 ədəd yumurta üçün sifariş tələbi qəbul edilmişdir.
Yumurtaların daşınması "Poti Logistik Parkı"nın dəstəyi ilə konteynerlər vasitəsilə sürətli və təhlükəsiz şəkildə həyata keçirilir. Bu mühüm addım Azərbaycanın yüksək keyfiyyətli kənd təsərrüfatı məhsullarının qlobal bazarlarda artan nüfuzunun və rəqabət qabiliyyətinin barizgöstəricisidir.
Hacıqabul Quşçuluq Şirkəti eyni zamanda Afrika qitəsində də uğurlu ixrac addımı atmışdır. Belə ki, Qambiya Respublikasına 770 000 ədəd yumurta ixrac edilmiş, cari ayın sonunadək əlavə 820 000 ədəd yumurtanın göndərilməsi planlaşdırılır.
Hazırda Hacıqabul Quşçuluq Şirkəti Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, İraq və Əfqanıstan bazarlarına müntəzəm yumurta ixracını həyata keçirir. Təkcə 2025-ci il ərzində Birləşmiş Ərəb Əmirliklərinə ümumilikdə 26 542 800 ədəd yumurta ixrac olunmuşdur ki, bu da ölkədə daxili yumurta balansının qorunub saxlanmasına öz müsbət töhfəsini vermişdir.
Əlavə olaraq Avropa İttifaqı ölkələrinə ixrac istiqamətində zəruri texniki və hüquqi prosedurlara başlanmışdır. Həmçinin Körfəz ölkələri ilə yeni ixrac müqavilələrinin imzalanması üzrə yekun danışıqlar aparılır və yaxın günlərdə bu bazarlara da ixracın başlanması planlaşdırılır.
"Bu uğurların əldə olunmasında ölkə rəhbərliyinin kənd təsərrüfatı sektoruna, xüsusilə də quşçuluq sahəsinə göstərdiyi ardıcıl diqqət və sistemli dəstək mühüm rol oynayır. Azərbaycanda həyata keçirilən iqtisadi şaxələndirmə siyasəti və qeyri-neft sektorunun inkişafına yönəlik islahatlar, yerli istehsalçılara qlobal bazarlarda öz mövqelərini gücləndirməyə və yüksək keyfiyyətli məhsulları ixrac etməyə imkan yaratmışdır", - Şirkətin məlumatında bildirilir.
Cari il ərzində şirkət HACCP, ISO 9001:2015 və ISO 22000:2018 beynəlxalq uyğunluq sertifikatlarına layiq görülmüşdür ki, bu da Azərbaycanın beynəlxalq bazarlara daha etibarlı və keyfiyyətli məhsul təqdim etməsinə imkan yaradır.
Yaxın zamanda şirkət Azərbaycanda ilk dəfə olaraq pasterizə olunmuş yumurta istehsalı sahəsini istifadəyə verməyə hazırlaşır. Bu innovativ addım məhsulun saxlanma müddətini artırmaqla yanaşı, qlobal bazarlarda rəqabət imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək.
Qeyd edək ki, Hacıqabul Quşçuluq Şirkəti 1976-cı ildə Hacıqabul rayonunun Ağacanlı kəndində təsis edilmişdir. Şirkət hazırda gündəlik 2 000 000 ədəd, illik isə 720 000 000 ədəd yumurta istehsalı gücünə malikdir. Müəssisədə qurulmuş müasir laboratoriyada məhsullar beynəlxalq standartlara uyğun olaraq keyfiyyət və təhlükəsizlik göstəricilərinə görə analiz edilir.
Hacıqabul Quşçuluq Şirkəti öz fəaliyyətində ekoloji davamlılıq və yaşıl enerji texnologiyalarının tətbiqi istiqamətində mühüm addımlar atmaqdadır. Şirkət ötən ilin may ayından etibarən müəssisənin istehsalat sahəsində bərpa olunan enerji mənbəyi kimi günəş enerjisindən istifadə etməyə başlamışdır.
Bu məqsədlə, istehsalat ərazisində ümumi 2.4 meqavat gücündə günəş panelləri sistemi quraşdırılmış və istifadəyə verilmişdir. Günəş panelləri vasitəsilə əldə olunan elektrik enerjisi şirkətin gündəlik enerji tələbatının mühüm hissəsini qarşılayaraq enerji səmərəliliyini artırır, ənənəvi enerji resurslarından asılılığı azaldır, həmçinin karbon emissiyasının və ekoloji izlərin minimuma endirilməsinə şərait yaradır.
Eyni zamanda, şirkət daxili resursları hesabına yumurta kasetləri və karton qablaşdırma materiallarının yerli istehsalını təşkil etmişdir. Bu yanaşma həm ətraf mühitə olan mənfi təsiri azaldır, həm də davamlı təchizat zəncirini təmin edir.
Hacıqabul Quşçuluq Şirkətinin bu istiqamətdəki fəaliyyəti təkcə məhsul istehsalına deyil, həm də davamlı ekoloji modelə və sosial məsuliyyətə əsaslanan müasir kənd təsərrüfatı idarəçiliyinə keçidi təcəssüm etdirir. Bu təşəbbüslər Azərbaycan Respublikasının "yaşıl iqtisadiyyat" strategiyasına və qeyri-neft sektorunundavamlı inkişafı siyasətinə uyğunşəkildə həyata keçirilir.
Hacıqabul yumurtaları ABŞ bazarındaHacıqabul yumurtaları ABŞ bazarında

Maliyyə     Tarix: 24 aprel 2025

Oxşar xəbərlər

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə 15–21 iyun 2026 həftəsində valyuta və əmtəə bazarlarında əsas hərəkətveric

Avropa Mərkəzi Bankı sentyabrda faiz dərəcəsini artıra bilər

Cümə axşamı əsas faiz dərəcəsini dəyişmədən saxlayan Avropa Mərkəzi Bankı (AMB) iqtisadi və geosiyasi proseslərin inkişafından asılı olaraq sentyabrda faiz artımına gedə bilər. Marja xəbər verir ki, məsələyə yaxın mənbələri

ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər

ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla

"İqtisadi artım üzrə işçi qrupu"nun növbəti iclası keçirilib

"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində iqtisadi artımın və rəqabətqabiliyyətliliyin təmin edilməsi istiqamətində görülmüş işlər, tədbirlərin icra vəziyyət

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

 İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 17–21 avqust həftəsində qlobal maliyyə bazarlarının əsas istiqamətveric

Azərbaycanın nar şirəsi Dominikana ixrac olunur

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalının dəstəyi ilə Karib hövzəsi ölkələrinə növbəti ixrac əməliyyatı uğurla həyata keçirilib. Mərkəzin yaydığı məlumatd

FED faiz qərarını açıqladı

Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) əsas faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb. xəbər verir ki, Mərkəzi bankın rəsmiləri baza faiz dərəcəsini 3,5%–3,75% diapazonunda saxlamaq qərarına gəliblər. FED 2025-c

Azərbaycanda kassa aparatları ilə qeydə alınan dövriyyə 3 milyard manatdan çox artıb

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 23 milyard 328,9 milyon manata çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 51,7 milyo

Yeni nəsil nəzarət-kassa aparatları 8 ayda 20,4 milyard manat dövriyyəni qeydə alıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Xidmtin yaydığı məlumatda bildirilir ki, indiyədək ölkə ərazisind


iqtisadi xeberler biznes ideyalari bitkoin almaq investisiya biznes krediti