Hansı halda MMC-nin nizamnamə kapitalı azaldıla və ya ləğv oluna bilər?

Hansı halda MMC-nin nizamnamə kapitalı azaldıla və ya ləğv oluna bilər?Son zamanlar təsərrüfat subyektlərini, o cümlədən məhdud məsuliyyətli cəmiyyətlərin (MMC) sahiblərini maraqlandıran məsələlərdən biri də xalis aktivlərin nizamnamə kapitalı ilə bağlı olan azaldılmasıdır.
Azərbaycanda ötən il MMC-lərin 32%-i auditdən keçməyib
FED.az xəbər verir ki, mövzu ilə bağlı ortaya çıxan suallara sərbəst auditor Altay Cəfərov aydınlıq gətirir.
Azərbaycan Mülki Məcəlləsinin 90.4-cü maddəsinə əsasən, əgər ikinci və ya hər bir növbəti maliyyə ili başa çatarkən məhdud məsuliyyətli cəmiyyətin xalis aktivlərinin dəyəri nizamnamə kapitalından az olarsa, cəmiyyət öz nizamnamə kapitalının azaldığını elan etməyə və müəyyənləşdirilmiş qaydada qeydə aldırmağa borcludur. Əgər cəmiyyətin göstərilən aktivlərinin dəyəri nizamnamə kapitalının minimum miqdarından az olarsa, cəmiyyət ləğv edilməlidir.
Bəs xalis aktivlər nədir? Nizamnamə kapitalı və onun minimum məbləği nədir? Bu azaldılma hansı qaydada həyata keçirilməlidir?
MMC-lər üçün nizamnamə kapitalı anlayışı Mülki Məcəllənin 90.1-ci maddəsi ilə tənzimlənir. Məcəllənin 90.1-ci maddəsində göstərilib ki, məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı onun iştirakçılarının mayalarının dəyərindən təşkil olunur. Cəmiyyətin nizamnamə kapitalı onun kreditorlarının mənafelərinə təminat verən əmlakının minimum miqdarını müəyyənləşdirir. Nizamnamə kapitalının minimum məbləği cəmiyyət tərəfindən ilkin qeydiyyatda nəzərə alınmış və sonradan artırılmış məbləğlərin cəmidir.
Xalis aktivlər isə həm Maliyyə Hesabatlarının Beynəlxalq Standartları, həm Vergi Məcəlləsi, həm Mülki Məcəllə, həm də digər normativ aktlara əsasən aşağıdakı kimi hesablanır:
Xalis aktivlər = Aktivlər – Öhdəliklər
Deməli, nizamnamə kapitalı da xalis aktivlər daxilindədir.
İndi qeyd etdiklərimi misallarla izah edim.
Misal 1: "AA" MMC-nin nizamnamə kapitalı 10.000 manatdır. Cəmiyyətin aktivləri 90.000 manat, öhdəlikləri isə 60.000 manatdır. Bu halda MMC-nin xalis aktivləri nə qədərdir və cəmiyyət ləğv olunmalıdırmı?
İlkin olaraq cəmiyyyətin xalis aktivlərinin dəyərini müəyyənləşdirək:
90.000 – 60.000 = 30.000 manat.
İndi isə nizamnamə kapitalı ilə xalis aktivləri müqayisə edək.
30.000 manat (xalis aktivlər) > 10.000 (nizamnamə kapitalı).
Odur ki, bu halda cəmiyyətin ləğv edilməsinə və ya nizamnamə kapitalının azaldılmasına ehtiyac qalmır.
Misal 2: "BB" MMC-nin nizamnamə kapitalı 10.000 manatdır. Cəmiyyətin aktivləri 90.000 manat, öhdəlikləri isə 85.000 manatdır. Bu halda MMC-nin xalis aktivləri nə qədərdir və cəmiyyət ləğv olunmalıdırmı?
Birinci misaldakı kimi hesablamalar apardıqda xalis aktivlərin dəyəri 5.000 manat olacaq.
İndi isə xalis aktivlər ilə nizamnamə kapitalının məbləğini müqayisə edək.
Xalis aktivlər (5.000) < nizamnamə kapitalı (10.000)
Göründüyü kimi, MMC-nin xalis aktivlərinin məbləği nizamnamə kapitalından 5.000 manat azdır. Ona görə də cəmiyyətin ləğv edilməsinə ehtiyac yoxdur, amma nizamnamə kapitalının 5.000 manat azaldığını müvafiq qaydada elan etməli və dövlət qeydiyyatına almalıdır.
Misal 3: Burada da yuxarıdakı misallarla şərtlər eynidir, lakin öhdəliklərin dəyəri 105.000 manat olub. Bu halda artıq xalis aktivlərin dəyəri -15.000 manat olur. Yəni öhdəliklər aktivlərdən çoxdur və xalis aktivlər zərər kimi formalaşıb.
Nəticə olaraq görünür ki, xalis aktivlər MMC-nin nizamnamə kapitalı olan 10.000 manatdan 10.000 - (-15.000) = 25.000 manat qədər azdır.
Mahiyyət odur ki, cəmiyyət fəaliyyətində nizamnamə kapitalını da istifadə edib və hətta kreditorlara əlavə olaraq 15.000 manat borclanıb. Odur ki, nizamnamə kapitalı xalis aktivlərdən az olduğuna görə cəmiyyət ləğv edilməlidir.
Bəs MMC-lər bu nüansları hər il nəzarətdə saxlamalıdırmı?
Mülki Məcəllənin 90.4-cü maddəsində əsasən, MMC fəaliyyətinin ikinci ilindən başlayaraq, hesabat ili başa çatdıqdan sonra yuxarıdakı qaydada hesablamalar aparmalıdır.
Bəs ləğvetməni kim həyata keçirməlidir?
Əlbəttə ki, MMC-lərin ləğv edilməsi öhdəliyi və səlahiyyətləri birbaşa cəmiyyətin təsisçilərinin öhdəliyindədir. Qanunvericilikdə belə hallarda ləğv edilməməyə görə hər hansı bir cərimə nəzərdə tutulmayıb. Lakin dövlət qeydiyyatını həyata keçirən orqanlar (MMC-lər üçün vergi orqanları) yuxarıdakı kimi hallarda cəmiyyətin ləğvi tələbini qoya bilərlər.

Biznes     Tarix: 04 sentyabr 2024

Oxşar xəbərlər

Oxford Economics "McDonald"s Azərbaycan"ın iqtisadiyyata təsirini araşdırıb

Beynəlxalq konsaltinq şirkəti olan "Oxford Economics" "McDonald"s"ın Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirib. xəbər verir ki, ictimaiyyətə təqdim olunan hesabata əsasən, şirkətin 2025-c

Şuşa restoranlarında bir ildə - 7 MİLYON MANAT HESAB VERİLİB

2025-ci ildə Şuşada ictimai iaşə dövriyyəsinin həcmi 7 milyon 51 min manat olub. . Azərbaycanda restoranlarda ən çox pul xərclənən 10 region – SİYAHI. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ötən il Şuşada restoranlard

Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq

Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, o cümlədən reklam fəaliyyəti ilə məşğul olmaq haqqında məhdudiyyətlər nəzərdə tutulacaq. xəbər verir ki, bu barədə "Maraqlar toqquşması haqqında" yeni qanu

Azərbaycan Asiya-Sakit okean Pərakəndəçilər Assosiasiyaları Federasiyasına – ÜZV OLDU - FOTOLAR

Azərbaycan "Ticarət Şəbəkələrinin İnkişafı" ictimai birliyi (TŞİİB) vasitəsilə Asiya-Sakit okean Pərakəndəçilər Assosiasiyaları Federasiyasına (FAPRA) üzv qəbul edilib. . biznes və maliyyə xəbərləri portalı xəbə

Bakıda Almaniya-Azərbaycan biznes konfransı keçiriləcək

Oktyabrın 27-də Bakıda qida emalı və qablaşdırma avadanlıqları sahəsində ixtisaslaşmış Almaniya şirkətlərinin nümayəndə heyətinin iştirakı ilə Almaniya-Azərbaycan biznes konfransı və fərdi işgüzar görüşlər keçiriləcək. xəbə

Azərbaycan-Kamboca sənədləri mübadilə olunub

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında imzalanmış sənədlərin oktyabrın 12-də Prezident İlham Əliyevin və Baş nazir Hun Manetin iştirakı ilə mübadiləsi mərasimi olub. xəbər verir ki, "Azərbaycan Respublikasını

Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR

"Ses 2026" MMC (VÖEN: 1407814331) nizamnamə kapitalını azaldır. Azərbaycanda 200 min dollarlıq şirkətin – ADI DƏYİŞDİRİLİR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət nizamnamə kapitalını 6 milyo

ATİB-in sədri Mürsəl Rüstəmov Sabancı Universitetinin nümayəndələrini qəbul edib

Oktyabrın 19-da Sabancı Universitetinin Rəhbər Kadrların İnkişafı Bölməsinin (EDU) Beynəlxalq Satış və Biznesin İnkişafi üzrə meneceri Özge Özkan və Beynəlxalq Proqramlar üzrə məsləhətçisi Gülin Kan Yükseltan Azərbaycan-Türkiy

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Azərbaycanda yerli və xarici investisiyalı MMC-lərin elektron dövlət qeydiyyatı rüsumsuz aparılacaq. xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik layihəsində əks olunub. İndiyədək, anca


iqtisadi xeberler biznes qurmaq iqtisadiyyat xeberleri valyuta mezennesi bitcoin qiymeti