Həftəsonu Şamaxıya gedənlərin nəzərinə: Ehtiyatlı olun
Avqustun 13-dən 14-nə keçən gecədən etibarən (saat 01:00-dan 06:00-a qədər) Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 25-ci kilometrlik hissəsində, eyni zamanda Mərdəkan prospektinin Qala-Pirallahı avtomobil yolu ilə kəsişməsində inşa olunan yerüstü piyada keçidlərinin platformaları quraşdırılacaq.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin açıqlamasında bildirilir.
"Bununla əlaqədar olaraq sürücülərdən qeyd olunan vaxtda sözügedən hissələrdə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur", - deyə qurum bəyan edib.
Tərlan Mehmanov yeni vəzifəyə təyin olundu
Marketinq sahəsində təcrübəli mütəxəssis Tərlan Mehmanov karyerasında yeni mərhələyə qədəm qoyub o, "West Product Marketing" MMC-də Marketinq Departamentinin direktoru vəzifəsinə təyin olunub. Tərlan bəy bunda
Qızılın qiyməti rekord həddini keçdi
Qızılın qiyməti Comex birjasında 2025-ci ilin dekabr fyuçersləri üzrə bir troya unsiyası üçün 4050 dolları keçib. xəbər verir ki, dəyərli metalın qiyməti 4 054,30 dollar olub (1,16% artım). Daha sonra isə bir unsiya üçü
Fransa Azərbaycandan neft alışını artırıb
Azərbaycandan Fransaya 165 min 146 ton neft ixrac edilib. xəbər verir ki, bu, 2025-ci ilin yanvar-sentyabr aylarına məxsus göstəricidir. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, Fransaya ixrac edilmiş nefti