Hərbi attaşelər hərbi hissəni ziyarət etdi
Müdafiə nazirinin təsdiq etdiyi illik fəaliyyət planına əsasən, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş hərbi attaşeləri üçün Hərbi Hava Qüvvələrinin (HHQ) "N" hərbi hissəsinə tanışlıq səfəri təşkil olunub.
Bu barədə KONKRET.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
İyirmi iki dövlətin hərbi attaşelik aparatının nümayəndələrinə hərbi hissənin əsas fəaliyyət istiqamətləri barədə brifinq təqdim olunub, Vətən müharibəsi zamanı PUA-ların tətbiqi ilə bağlı videoçarxlar nümayiş etdirilib, sonra onları maraqlandıran suallar cavablandırılıb.
Səfər çərçivəsində qonaqlara Azərbaycan Ordusunun arsenalında yer alan bəzi pilotsuz uçuş aparatları əyani olaraq göstərilib, onların taktiki-texniki xüsusiyyətləri barədə məlumat verilib.
Sonda qarşılıqlı hədiyyələr təqdim olunub və xatirə şəkli çəkdirilib.
Neft bahalaşdı
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə
Azərbaycan nefti ucuzlaşıb
Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi
Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır
Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb
Dollar neçəyə olacaq? - AÇIQLANDI
Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir