Heyvan bazarında - SON VƏZİYYƏT - QİYMƏTLƏR
Heyvan bazarında ət bahalaşıb.
FED.az xəbər verir ki, heyvan satışı ilə məşğul olan satıcılar bildiriblər ki, bayram ilə əlaqədar satışa çıxarılan heyvanların qiymətləri ötən illə müqayisədə bir qədər artıb.
"Qiymətlərin bayram günlərində kiloqramda 1 manat da olsa bahalaşacağı gözlənilir. Satıcılar bahalaşmanın bir neçə amilllə əlaqələndirirlər. Əsas səbəblər yemin qiymətinin artması, otun və örüş yerlərinin az olmasıdır. Hazırda diri çəkidə quzu ətinin kilosu 8 manat, təmiz ətin kilosu 17-18 manat aralığında dəyişir. Dana ətinin qiyməti diri çəkidə 7 manat, kəsilmiş isə 14-15 manat arasındadır. Alıcıların da sayı ötən illə müqayisədə azalıb", - deyə satıcılar bildiriblər.
Qeyd edək ki, Azərbaycanda iyunun 28, 29-u Qurban bayramı qeyd olunacaq.
Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev bildirib ki, qurban kəsənlər əti imkansız ailələrə paylamalıdır.
"Yoxsul, fəqirlərə pay verilməlidir. Qurban kəsən adam ətin 1/3 hissəsini ayırıb bir payı özünə saxlamalı, qalan hissəsini isə paylamalıdır. Vətəndaşlar qurbanlıq heyvan alarkən onun sağlam olmasına diqqət etməlidirlər. Qurbanlıq kəsmək əsasən Məkkədə Həcc ziyarətində olanlara vacibdir, digər şəxslər üçün isə qurban kəsmək savab əməl və gözəl bir işdir", - deyə o bildirib.
Qida Təhlükəsizliyi Agentliyi isə Qurban bayramında 7 aylıqdan daha yuxarı yaşda olan və erkək xırdabuynuzlu heyvanların kəsimini tövsiyə edib. (Trend)

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Onlayn biznes ideyaları
Dünyanın ən çox maaş verən şirkətləri
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Biznes nədir?
Biznes qurmaq üçün nə lazımdır?