Hollivud aktrisası ağır qəza keçirdi - Sağ qalma ehtimalı YOXDUR - VİDEOLAR
Hollivud aktrisası Enn Heç avtomobil qəzasında aldığı xəsarətlərdən ölə bilər.
KONKRET.az BBC-yə istinadla xəbər verir ki, dünya şöhrətli aktrisa Enn Heç avqustun 6-da qəzaya uğrayıb. Hollivud aktrisası ötən həftə avtomobilini Los-Ancelesdə iki mərtəbəli binaya çırparaq keçirdiyi qəzadan sağ çıxa bilməyəcək.
Polisin məlumatına görə, o, Los-Ancelesdə yüksək sürətlə yaşayış binasına çırpılıb. Bundan sonra avtomobili alovlanıb, yanğını söndürmək təxminən bir saat çəkib.
Aktrisanın ailəsinin dediyinə görə, Heç o vaxtdan komadadır.
Yaxınları bildirirlər ki, indi həkimlər onun orqanlarının həyati fəaliyyətini dəstəkləyir və onların donor məqsədləri üçün istifadə oluna biləcəyini müəyyən edirlər.
Onların dediyinə görə, o, kəskin anoksik beyin zədəsindən əziyyət çəkir (belə zədələnmə ilə beyində oksigen çatışmır).
Polis aydınlaşdırıb ki, qan analizlərinin ilkin nəticələri onun bədənində kimyəvi maddələrin olduğunu göstərib, lakin hansı dərmanlardan söhbət getdiyini müəyyən etmək üçün daha çox araşdırmaya ehtiyac var.
Los-Anceles Polis Departamenti qəzanın sərxoş sürücülük qəzası kimi təsnif edildiyini bildirib.
Qeyd edək ki, aktrisa "Altı gün", Harrison Fordla "Yeddi gecə", Conni Depplə "Donni Brasko", həmçinin "Çikaqo polisi" serialı, "Dulun eşqi" və digər layihələrdəki rolları ilə tanınır.
Xuraman Etibarlı,
KONKRET.az

Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
BOKT İsmayıllıda filialını açır
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
Bank hesabdan xəbərsiz pul çıxara bilərmi? – Akseptsiz tutulmanın qaydaları - MÜSAHİBƏ
Hər 100 manat yığıma 80 manat ödəniş – İcbari avtosığortada diqqətçəkən rəqəm
CV hazırlayarkən buraxılan 5 səhv
"Coca-Cola" haqqında 5 maraqlı fakt
Milyonlar qazandıran qəribə biznes ideyaları
Dünyanın ən bahalı restoranları
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt