İcmal və dövlət büdcələrinin icrasına dair operativ məlumatlar açıqlandı

İcmal və dövlət büdcələrinin icrasına dair operativ məlumatlar açıqlandıMaliyyə Nazirliyinin 2023-cü ilin 1-ci rübü üzrə icmal və dövlət büdcələrinin icrasına (operativ) dair məlumatı:
Dövlət büdcəsinin gəlir və xərcləri
2023-ci ilin birinci rübündə dövlət büdcəsinin gəlirləri 8 milyard 290 milyon manat, xərcləri 6 milyard 566,9 milyon manat olmuş, 1 milyard 723,1 milyon manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranmışdır ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 343  milyon manat və ya 24,9 faiz çoxdur. 
Dövlət Neft Fondundan transfert nəzərə alınmadan dövlət büdcəsinin gəlirləri 131,9 faiz icra edilməklə 6 milyard 714 milyon manat təşkil etmişdir ki, bu da əvvəlki illərlə müqayisədə ilk dəfə olaraq 147,1 milyon manat olmaqla dövlət büdcəsində profisitin qeydə alınması deməkdir.
Dövlət büdcəsinin gəlirləri
2023-cü ilin I rübü üzrə dövlət büdcəsinin gəlirləri 7 milyard 908,8 milyon manat proqnoza qarşı 8 milyard 290 milyon manat təşkil etmişdir ki, bu da proqnozla müqayisədə 381,2 milyon manat və ya 4,8 faiz, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 18,3 faiz və ya 1 milyard 280,4 milyon manat çoxdur. Hesabat dövründə icrası təmin edilmiş gəlirlər cari ilin dövlət büdcəsi gəlirlərinin 26,9 faizini təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,9 faiz bəndi çoxdur. 
2023-cü ilin yanvar-mart aylarında dövlət büdcəsinin daxilolmalarının 4 milyard 899,5 milyon manatı və ya 59,1 faizi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, 1 milyard 576,0 milyon manatı və ya 19,0 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin, 1 milyard 545,0 milyon manatı və ya 18,6 faizi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin daxilolmaların, 198,4 milyon manatı və ya 2,4 faizi dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmaların, 63,2 milyon manatı və ya 0,8 faizi sair daxilolmaların, 7,9 milyon manatı və ya 0,1 faizi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin payına düşür.
2023-cü ilin yanvar-mart ayları ərzində dövlət büdcəsinin gəlirləri təsdiq edilmiş proqnozdan Dövlət Vergi Xidməti üzrə 1 milyard 131,6 milyon manat və ya 30,0 faiz çox, Dövlət Gömrük Komitəsi üzrə  407,0 milyon manat və ya 35,8 faiz çox, Əmlak Məsələləri üzrə Dövlət Xidməti üzrə 3,1 milyon manat və ya 64,6 faiz çox, büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar üzrə 74,2 milyon manat və ya 59,7 faiz çox, sair daxilolmalar üzrə 18,3 milyon manat və ya 40,8 faiz çox icra edilmişdir.  
Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə proqnozla nəzərdə tutulan 2 milyard 820 milyon manat məbləğində transfertə qarşı 1 milyard 576,0 milyon manat məbləğində transfert daxil olmuşdur. Hesabat dövründə vergi və gömrük orqanlarının xətti ilə dövlət büdcəsinə daxil olmalarda müşahidə olunan müsbət dinamika Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulan transfertdən 1 milyard 244 milyon manat və ya 44,1 faiz az istifadə olunmasına imkan vermişdir.
2023-cü ilin yanvar-mart ayları üzrə dövlət büdcəsinin gəlirləri 2022-ci ilin həmin dövrü ilə müqayisədə Dövlət Vergi Xidməti üzrə 2 milyard 97,3 milyon manat və ya 74,8 faiz çox, Dövlət Gömrük Komitəsi üzrə 313,0 milyon manat və ya 25,4 faiz çox, Əmlak Məsələləri Dövlət Xidməti üzrə 1,5 milyon manat və ya 23,4 faiz çox, büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar üzrə 33,3 milyon manat və ya 20,2 faiz çox, sair daxilolmalar üzrə 16,3 milyon manat və ya 34,8 faiz çox, Dövlət Neft Fondudan transfert üzrə 1 milyard 181 milyon manat və ya 42,8 faiz az icra edilmişdir.
Dövlət büdcəsinin qeyri-neft sektoru üzrə daxilolmaları 2023-cü ilin yanvar-mart ayları üzrə dövlət büdcəsinin daxilolmalarının 53,4 faizini təşkil etməklə 4 milyard 430 milyon manat olmuşdur ki, bu da proqnozla müqayisədə 798.4 milyon manat və ya 22,0 faiz, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 734,9 milyon manat və ya 19,9 faiz çoxdur. 
2023-cü ilin yanvar-mart aylarında dövlət büdcəsinin gəlirlərində qeyri-neft sektoru üzrə daxilolmaların 59,0 faizini və ya 2 milyard 615,5 milyon manatını Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar, 34,9 faizini və ya 1 milyard 545 milyon manatını Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmalar, 4,5 faizini və ya 198,4 milyon manatını büdcə təşkilatlarının büdcədənkənar daxilolmalar, 1,4 faizini və ya 63,2 milyon manatını sair daxilolmalar, 0,2 faizini və ya 7,9 milyon manatını Əmlak Məsələləri Dövlət Xidmətinin daxilolmaları təşkil edir.
Dövlət büdcəsinin neft sektoru üzrə daxilolmaları 3 milyard 860 milyon manat təşkil etmişdir ki, bu da proqnozla müqayisədə 417,4 milyon manat və ya 9,8 faiz az (Dövlət Neft Fondundan nəzərdə tutulandan 1 milyard 244 milyon manat az vəsait daxil olub), 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 545,5 milyon manat və ya 16,5 faiz çoxdur. 
2023-cü ilin yanvar-mart aylarında dövlət büdcəsinin gəlirlərində neft sektoru üzrə daxilolmaların 59,2 faizi və ya 2 milyard 284 milyon manatı vergi orqanlarının xətti ilə daxilolmalar, 40,8 faizi və ya 1milyard 576 milyon manatı Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfert təşkil edir. Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə mədaxil olmuş neft gəlirlərinin 67,7 faizi  və 1 milyard 545,7 milyon manatı Şahdəniz yatağı üzrə mənfəət vergisi, 22,5 faizi və ya 513,1 milyon manatı Dövlət Neft Şirkətinin ödədiyi müvafiq vergilər, 9,8 faizi və ya 225,2 milyon manatı ABƏŞ-in mənfəət vergisi təşkil edir.
Dövlət büdcəsinin xərcləri
2023-cü ilin yanvar-mart aylarında dövlət büdcəsinin xərcləri 6 milyard 566,9 milyon manat və ya rüblük proqnoza qarşı 11,6 faiz çox icra edilmişdir. Hesabat dövründə icrası təmin edilmiş xərclər 2023-cü ilin dövlət büdcəsi xərclərinin 19,7 faizini təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz bəndi çoxdur. 
2023-cü ilin yanvar-mart ayları ərzində dövlət büdcəsi xərclərinin 4 milyard 749,6 milyon manatı və ya 72,3 faizi cari xərclərə, 1 milyard 619,3 milyon manatı və ya 24,7 faizi əsaslı xərclərə, 198 milyon manatı və ya 3,0 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilmişdir.
2023-cü ilin yanvar-mart aylarında dövlət büdcəsinin funksional təsnifatına görə kənd təsərrüfatı xərcləri 146,7 faiz icra edilməklə 311,2 milyon manat, səhiyyə xərcləri 140,9 faiz icra edilməklə 474,2 milyon manat, sosial müdafiə və sosial təminat xərcləri 133,9 faiz icra edilməklə 1 milyard 43,8 milyon manat, ümumi dövlət xidmətləri xərcləri 122,4 faiz icra edilməklə 822,6 milyon, iqtisadi fəaliyyət xərcləri 119,1 faiz icra edilməklə 1 milyard 448,7 milyon manat, təhsil xərcləri 113 faiz icra edilməklə 881,9 milyon manat, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq bölməsi üzrə xərcləri 104,2 faiz icra edilməklə 508,0 milyon manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri 90,1 faiz icra edilməklə 89,3 milyon manat, müdafiə və milli təhlükəsizlik xərcləri 82,6 faiz icra edilməklə 777,3 milyon manat, ətraf mühitin mühafizəsi xərcləri 68,4 faiz icra edilməklə 44,9 milyon manat, mənzil və kommunal təsərrüfatı xərcləri  61,4 faiz icra edilməklə 38,0 milyon manat, əsas bölmələrə aid edilməyən xidmətlər bölməsi üzrə xərcləri 54,2 faiz icra edilərək 127 milyon manat təşkil etmişdir.  
2023-cü ilin dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə nəzərdə tutulmuş 3 milyard manat vəsaitin hesabat dövrü ərzində sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə təqdim edilmiş kassa sifariş sənədləri əsasında 35,5 faizi və ya 1 milyard 67 milyon manatı istifadə olunmuşdur. 
İstifadə edilmiş vəsaitin 1 milyard 42,5 milyon manatı avtomobil yollarının layihələndirilməsi və tikilməsi məqsədilə  Avtomobil yolları Dövlət Agentliyinin, 13 milyon manatı işğaldan azad olunmuş ərazilərdə suvarma sistemlərinin yaradılması məqsədilə "Meliorasiya və Su Təsərüffatı" ASC-nin, 6 milyon manatı işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi məqsədilə Minatəmizləmə Agentliyinin, 5,5 milyon manatı isə digər zəruri infrastrukturun yaradılması məqsədilə müvafiq icraçıların payına düşür. 
2023-cü ilin yanvar-mart aylarında sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə təqdim edilmiş kassa sifariş sənədləri əsasında dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulan vəsaitin (2 milyard 650,4 milyon manat) 10,2 faizi və ya 269,2 milyon manatı xərc edilmişdir. 
Ehtiyat fondlar üzrə xərclərin icrası
2023-cü ilin dövlət büdcəsində Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondu üçün 500 milyon manat, dövlət büdcəsinin ehtiyat fondu üçün isə 110 milyon manat vəsait, cəmi 610 milyon manat vəsait nəzərdə tutulmuşdur. 2023-cü ilin yanvar-mart aylarında dövlət büdcəsində ehtiyat fondlar üçün nəzərdə tutulmuş vəsaitdən müvafiq sərəncamlar əsasında 21,8 milyon manat (4,8 milyon manatı Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan, 17 milyon manatı isə dövlət büdcəsinin ehtiyat fondundan) ayrılmışdır. Həmin ayrılmış vəsaitin 10,9 milyon manatının maliyyələşməsi həyata keçirilmiş, maliyyələşməsi həyata keçirilmiş vəsaitin 6,3 milyon manatının müvafiq qurumlar tərəfindən icrası təmin edilmişdir. 
Məqsədli büdcə fondları üzrə gəlir və xərclərin icrası
2023-cü il 1 yanvar tarixinə "Avtomobil Yolları" Məqsədli Büdcə Fondunun vəsaitinin qalığı 18,9 milyon manat təşkil etmişdir. 2023-cü ilin yanvar-mart ayları üzrə dövlət büdcəsinin "Avtomobil Yolları" Məqsədli Büdcə Fondunun daxilolmaları 128,2 milyon manat təşkil etmişdir ki, bu da təsdiq edilmiş proqnozdan 43,2 milyon manat və 51 faiz çoxdur.
Daxilolmaların 59,6 faizini və ya 76,5 milyon manatını idxal olunan minik avtomobillərinə və avtonəqliyyat vasitələrinə tətbiq edilən aksiz və gömrük rüsumu, 28,7 faizini və ya 36,8 milyon manatını yol vergisi, 10,4 faizini və ya 13,3 milyon manatını Azərbaycan Respublikasının ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi və nəqliyyat vasitələrinin, qoşquların və yarımqoşquların texniki baxışdan keçirilməsi ilə bağlı ödənilən dövlət rüsumu, 1,3 faizini və ya 1,6 milyon manatını mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə sərnişin və yük daşımaları həyata keçirən hüquqi və fiziki şəxslər tərəfindən ödənilmiş sadələşdirilmiş vergi təşkil etmişdir.
2023-cü ilin yanvar-mart ayları üzrə dövlət büdcəsinin "Avtomobil Yolları" Məqsədli Büdcə Fondunun xərcləri 82,5 milyon manat təşkil etmişdir ki, bu vəsait də əsasən ölkə ərazisində ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının və onlarla əlaqədar mühəndis qurğularının, təhkim zolaqlarının istifadəsi, saxlanılması və istismarına yönəldilmişdir. Hesabat dövrünün sonuna "Avtomobil Yolları" Məqsədli Büdcə Fondunun vəsaitinin qalığı 64,5 milyon manat təşkil etmişdir.
2023-cü il 1 yanvar tarixinə "Meşələrin qorunub saxlanması və təkrar istehsalı fondu", "Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu", Mineral-xammal bazasının bərpası üzrə dövlət Fondu", "Xüsusi mühafizə olunan təbiət ərazilərinin idarə edilməsi və mühafizəsi üçün yaradılan müvafiq idarələrin xüsusi fondu" və "Su bioresurslarının artırılması, bərpası və mühafizəsi fondu" üzrə vəsaitin qalığı 50,4 milyon manat təşkil etmişdir.
2023-cü ilin yanvar-mart ayları üzrə sözügedən fondların daxilolmaları 2,1 milyon manat təşkil etmişdir ki, bu da təsdiq edilmiş proqnozdan 2,8 milyon manat və 56,8 faiz azdır.
Daxilolmaların 51,1 faizini və ya 1,08 milyon manatını "Ətraf Mühitin Mühafizəsi üzrə Dövlət Fondu"nun, 6,0 faizini və ya 0,13 milyon manatını "Meşələrin Qorunub Saxlanılması və Təkrar İstehsalı Fondu"nun, 35,4 faizini və ya 0,75 milyon manatını "Mineral-Xammal Bazasının Bərpası üzrə Dövlət Fondu"nun, 3,3 faizini və ya 0,07 milyon manatını "Xüsusi mühafizə olunan təbiət ərazilərinin idarə edilməsi və mühafizəsi üçün yaradılan müvafiq idarələrin xüsusi fondu"nun, 4,2 faizini və ya 0,09 milyon manatını "Su bioresurslarının artırılması, bərpası və mühafizəsi Fondu"nun payına düşür.
2023-cü ilin yanvar-mart ayları üzrə sözügedən fondların xərcləri 0,2 milyon manat təşkil etmişdir ki, bu vəsait həmin fondlardan maliyyələşən təşkilatların işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilmişdir. Hesabat dövrünün sonuna məqsədli büdcə fondlarının vəsaitlərinin qalığı 52,3 milyon manat təşkil etmişdir.
Dövlət borcuna xidmət edilməsi ilə bağlı xərclər, dövlət borcunun vəziyyəti
2023-cü ilin dövlət büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı 1 milyard 5 milyon manat məbləğində xərclər nəzərdə tutulmuşdur. Cari ilin yanvar-mart aylarında dövlət borcunun ödəniş qrafikinə uyğun olaraq daxili dövlət borcu üzrə 27,1 milyon manatın (faiz borcu üzrə), xarici dövlət borcu üzrə 170,8 milyon manatın (əsas borc üzrə 31,1 milyon manat, faiz borcu üzrə 139,6 milyon manat, bank xidmətləri haqqının ödənilməsi 0,1 milyon manat), cəmi 198,0 milyon manatın (əsas borc üzrə 31,1 milyon manat, faiz borcu üzrə 166,7 milyon manat, bank xidmətləri haqqının ödənilməsi 0,1 milyon manat) ödənilməsi təmin edilmişdir ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 150,9 milyon manat azdır.
Xarici borclanma hesabına icrası davam etdirilən layihələr çərçivəsində vəsait istifadələri üzrə təqdim edilmiş məlumatlara əsasən birbaşa xarici dövlət borcunun səviyyəsi ilin əvvəli ilə müqayisədə 13,5 milyon ABŞ dolları həcmində azalaraq 01 aprel 2023-cü il tarixinə 6 milyard 679,7 milyon ABŞ dolları təşkil etmişdir. 
Daxili dövlət borcalmasının həcminin artırılması, dövlət qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi, dövlət borcunun orta və uzunmüddətli gəlirlik əyrisinin formalaşdırılması və "Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya"sına uyğun olaraq xarici borcun daxili borcla əvəzlənməsi istiqamətində məqsədyönlü borclanma siyasətinin həyata keçirilməsi nəticəsində 2022-ci ilin sonu ilə müqayisədə birbaşa daxili dövlət borcunun səviyyəsi mütləq ifadədə 180,5 milyon manat məbləğində artmaqla 01 aprel 2023-cü il tarixinə 4 milyard 368,7 milyon manat təşkil etmişdir. 
İcmal büdcə
2023-cü ilin 1-ci rübündə icmal büdcənin gəlirləri 15 milyard 557,7 milyon manat olmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7 milyard 597,4 milyon manat və ya 95,4 faiz çoxdur. İcmal büdcənin xərcləri isə 7 milyard 487,9 milyon manat icra olunmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 178,8 milyon manat və ya 18,7 faiz çoxdur. İcmal büdcədə 8 milyard 69,8 milyon manat büdcə artıqlığı (profisit) yaranmışdır.
İcmal və dövlət büdcələrinin icrasına dair operativ məlumatlar açıqlandıİcmal və dövlət büdcələrinin icrasına dair operativ məlumatlar açıqlandıİcmal və dövlət büdcələrinin icrasına dair operativ məlumatlar açıqlandıİcmal və dövlət büdcələrinin icrasına dair operativ məlumatlar açıqlandıİcmal və dövlət büdcələrinin icrasına dair operativ məlumatlar açıqlandıİcmal və dövlət büdcələrinin icrasına dair operativ məlumatlar açıqlandıİcmal və dövlət büdcələrinin icrasına dair operativ məlumatlar açıqlandı/ marja.az

Maliyyə     Tarix: 17 aprel 2023

Oxşar xəbərlər

Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib

2026-cı ilin ilk 5 ayında Azərbaycana 17 milyon 923,4 min dollar dəyərində süd və qaymaq idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 11 milyon 358,8 min dollar idi. Dəyər ifadəsində idxal 6 milyon 564,6 min dolla

"İqtisadi artım üzrə işçi qrupu"nun növbəti iclası keçirilib

"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində iqtisadi artımın və rəqabətqabiliyyətliliyin təmin edilməsi istiqamətində görülmüş işlər, tədbirlərin icra vəziyyət

Azərbaycanın nar şirəsi Dominikana ixrac olunur

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalının dəstəyi ilə Karib hövzəsi ölkələrinə növbəti ixrac əməliyyatı uğurla həyata keçirilib. Mərkəzin yaydığı məlumatd

Vergi daxilolmalarında 850 milyon manatlıq əlavə gəlir gözlənilir

Dövlət büdcəsinin 2026-cı ilin sonuna gözlənilən icra göstəriciləri açıqlanıb. Dövlət büdcəsinin gəlirləri. 2026-cı ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39365,0 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da təsdi

Azərbaycanda kassa aparatları ilə qeydə alınan dövriyyə 3 milyard manatdan çox artıb

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 23 milyard 328,9 milyon manata çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 51,7 milyo

Azərbaycanda qida məhsulları son 12 ayda 7%-dən çox bahalaşıb

Dövlət Statistika Komitəsi "İstehlak qiymətlərinin dəyişməsi haqqında" məlumat yayıb. Məlumata görə, 2026-cı ilin yanvar-iyul aylarında istehlak qiymətləri (inflyasiya) 2025-ci ilin yanvar-iyul aylarına nisbətə

Azərbaycan biznesi Afrikaya gedir – Qeydiyyat başladı

() Africa–Azerbaijan Cooperation (AFAZ) 21–23 oktyabr 2026-cı il tarixlərində Keniyanın Nayrobi şəhərində keçiriləcək BIG 5 Construct Kenya 2026 beynəlxalq tikinti və inşaat sərgisində Azərbaycan Pavilyonunun təşkilini həyat

Azərbaycanın dövlət büdcəsinin kəsiri 3,6 milyard manatı ötəcək – 2030-cu ilədək proqnoz açıqlanıb

Azərbaycanın dövlət büdcəsinin kəsirinin növbəti illərdə artacağı, 2030-cu ildə isə 3 milyard 659,5 milyon manata çatacağı proqnozlaşdırılır. xəbər verir ki, bu barədə "2026–2030-cu illər üzrə dövlət və icmal büdcələrini

Yeni nəsil nəzarət-kassa aparatları 8 ayda 20,4 milyard manat dövriyyəni qeydə alıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Xidmtin yaydığı məlumatda bildirilir ki, indiyədək ölkə ərazisind


iqtisadi xeberler biznes xeberleri internetden pul qazanmaq bitkoin almaq bitkoin qiymeti