İdxalı ƏDV-dən azad edilən malların satışı zamanı nələrə diqqət yetirilməlidir?

İdxalı ƏDV-dən azad edilən malların satışı zamanı nələrə diqqət yetirilməlidir?Nazirlər Kabinetinin qərarı ilə idxal zamanı əlavə dəyər vergisindən (ƏDV) azad edilmiş məhsulların Azərbaycanda satışı və satış əməliyyatlarının ƏDV-yə cəlb edilməsi, vergi uçotu və bəyannamələrin doldurulması ilə bağlı müəyyən suallar yaranır. Mövzunu sərbəst auditor Altay Cəfərov şərh edir.
Vergi Məcəlləsinə və digər aidiyyəti normativ hüquqi aktlara əsasən, idxalı ƏDV-dən azad edilən malların ölkədə satışı ilə bağlı aşağıdakı hallara rast gəlirik:
– bir çox malların həm idxalı, həm də satışı ƏDV-dən azad edilir;
– bəzi hallarda malların idxalı ƏDV-yə cəlb edilir, satışı ƏDV-dən azad əməliyyatlara aid edilir;
– müəyyən müddətdə malların idxalı ƏDV-yə cəlb edilir, satışı ƏDV-dən azad edilir, bir müddətdən sonra isə normativ aktlarda edilmiş dəyişikliyə əsasən həmin malların satışı da ƏDV-yə cəlb edilir;
– bu halın əksi olan əməliyyatlar da aparılır.
Göstərilən hallarda vergi ödəyiciləri ƏDV bəyannamələrini necə təqdim etməlidirlər? Həmin malların uçotu necə aparılmalıdır?
Qeyd edək ki, ilk iki hal üçün ƏDV-nin uçotu və hesabatlılıq sadədir. Vergi Məcəlləsinin 175.4.-cü maddəsində göstərilib ki, vergi ödəyicisi vergi tutulan əməliyyatlar və bu Məcəllənin 164-cü maddəsinə uyğun olaraq ƏDV-dən azad edilmiş əməliyyatlar aparırsa, ƏDV üzrə əvəzləşdirmə üçün vergi tutulan dövriyyənin ümumi dövriyyədəki xüsusi çəkisinə uyğun olaraq müəyyən edilən ƏDV-nin məbləği qəbul olunur. Vergi ödəyicisi tərəfindən ƏDV-yə cəlb edilən əməliyyatlarla yanaşı, ƏDV-dən azad olunan əməliyyatlar aparılarkən, bu əməliyyatlara aid olan mallar (işlər, xidmətlər) üzrə sənədləşdirilmiş məlumatlar əsasında ƏDV ödənilməklə və ƏDV-dən azad edilməklə mədaxil edilən malların (işlərin, xidmətlərin) ayrı-ayrılıqda uçotu aparıldığı halda, ƏDV tutulan əməliyyatlar üçün alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilmiş ƏDV-nin məbləği bu Məcəllənin 175.1-ci maddəsinə uyğun olaraq tam məbləğdə əvəzləşdirilir.
Göründüyü kimi, ƏDV-dən azad edilən əməliyyatlarda malların, işlərin və xidmətlərin idxalı zamanı ödənilmiş ƏDV əvəzləşdirilmir və malların, işlərin və xidmətlərin maya dəyərinə və ya xərclərə daxil edilir.
Misal 1: "AA" MMC 10.000 USD (17.000 manat) dəyərində mal idxal edib və idxal zamanı 4.000 manat ƏDV ödəyib. Həmin malların satışı Vergi Məcəlləsinin 164-cü maddəsinə görə ƏDV-dən azaddır. Bu halda MMC 4.000 manatı əvəzləşdirməyəcək və həmin məbləği 17.000 manatlıq malların maya dəyərinə daxil edəcək.
Misal 2: "BB" MMC-nin idxal etdiyi malların idxalı da, satışı da ƏDV-dən azaddır. Bu halda heç bir əvəzləşmədən söhbət gedə bilməz və ƏDV-nin malların maya dəyərinə daxil edilməsi yolverilməzdir.
Misal 3: "AA" MMC misal 1-dəki əməliyyatları aparıb. İdxal etdiyi malların 10.000 manatlığını satıb, qalan 7.000 manatlıq hissəsini satanda normativ aktlara dəyişiklik edilib: həmin malların satışı 18% dərəcə ilə ƏDV-yə cəlb edilməlidir.
Bu halda 7.000 manatlıq mallar ƏDV-yə necə cəlb olunacaq?
Məsələyə sadə hesablamalarla baxaq. "AA" MMC malları idxal etdikdən sonra satış əməliyyatı ƏDV-dən azad edildiyinə görə 4.000 manatı malların maya dəyərinə daxil edir və malların maya dəyəri 21.000 manat olur:
17.000+4.000 = 21.000 manat.
Qalan 7.000 manatın payına düşən ƏDV məbləği isə:
(4.000:17.000) x 7.000 = 1.647 manat edir.
Artıq şirkətin qalıqda qalan 7.000 manatlıq malları satılan zaman əməliyyatın xarakteri dəyişilmiş sayılır. Əvvəl ƏDV-dən azad edilmiş əməliyyat dəyişiklikdən sonra ƏDV-yə cəlb edilən əməliyyat olub. Ona görə də MMC 7.000 manatlıq malı 18% dərəcə ilə ƏDV-yə cəlb edərək satacaq və idxalda əvəzləşdirilməmiş 1.647 manat ƏDV-ni əvəzləşdirəcək.
Bəs MMC bunu hansı formada edəcək və bəyannamədə necə əks etdirəcək?
Vergi Məcəlləsinin 163.1-ci maddəsinə əsasən, bu maddə aşağıdakı hallarda mal göndərənin, iş görənin və xidmət göstərənin vergi tutulan əməliyyatlarına tətbiq edilir:
– əməliyyatın xarakteri dəyişdikdə;
Məcəllənin 163.2-ci maddəsində isə göstərilib ki, vergi ödəyicisi bu Məcəllənin 163.1-ci maddəsində göstərilən hallardan birinin nəticəsində:
– ƏDV üçün elektron qaimə-fakturanı vermiş və ƏDV-nin məbləğini həmin elektron qaimə-fakturada düzgün göstərməmişdirsə, yaxud
– ƏDV-nin bəyannaməsində verginin məbləğini düzgün göstərməmişdirsə, bu Məcəllənin 174.2-ci maddəsinə və ya 175.5-ci maddəsinə müvafiq surətdə dəqiqləşdirmə aparılır. Dəqiqləşdirmə qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə aparılır.
Beləliklə, "AA" MMC 1.647 manat məbləğində ƏDV-ni dəyişiklik qüvvəyə minən ayın ƏDV bəyannaməsinin "DƏQİQLƏŞDİRİLƏN" bölməsinin 325-ci sətrində əvəzləşdirilmənin artırılması kimi qeyd edəcək. Satış olduqda isə satışa görə ƏDV-nin hesablanmasını aparacaq. Bu halda vergi orqanları tərəfindən uyğunsuzluqlar müəyyənləşdirilə bilər və bu, müvafiq açıqlamalar ilə aradan qaldırılacaq.
Misal 4: Əvvəldən ƏDV-yə cəlb edilmiş və sonradan ƏDV-dən azad edilmiş əməliyyatlar misal 3-də göstərilən düzəlişin əksinə aparılacaq. Yəni əvvəldən 4.000-1.647 = 2.353 manat ƏDV əvəzləşdirildikdə sonradan həmin malların satışı ƏDV-dən azad edildiyinə görə qalan 1.647 manat məbləğində ƏDV malların maya dəyərinə daxil edilməlidir. Bu, ƏDV bəyannaməsinin 324-cü sətrində bərpa edilən ƏDV kimi göstəriləcək. / banker.az

Maraqlı     Tarix: 04 oktyabr 2022

Oxşar xəbərlər

Dünya iqtisadiyyatı nə ticarət müharibəsinə, nə də süni intellekt qorxularına məhəl qoyur – The Economist

Altı ay əvvəl ABŞ prezidenti Donald Tramp misilsiz dərəcədə aqressiv ticarət müharibəsi elan etdikdə, şirkətlər və investorlar kəskin iqtisadi tənəzzülə hazırlaşırdılar. Maliyyə bazarlarının dinamikası dərin resessiyaya işar

2025-ci ildə hansı iqtisadiyyat daha yaxşı nəticə göstərib?

"The Economist jurnalının illik reytinqi. Daha pis ola bilərdi. Aprel ayında prezident Donald Tramp ticarət müharibəsinə başlayanda, investorlar və bir çox iqtisadçılar dərin qlobal geriləmədən qorxurdular. Nəticəd

Ermənistandan Azərbaycana ixracı mümkün olan mallar açıqlanıb

Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan ölkəsindən Azərbaycana ixrac edilə biləcək malların siyahısını açıqlayıb. Nazir bunu " "a müsahibəsində bildirib. Onun sözlərinə görə, Bakı və İrəvan Ermənistanda

Kredit Həyat Sığortası kimlər üçündür? - Müsahibə

Kredit Həyat Sığortası kredit götürən və kredit borcu olan şəxslər üçün nəzərdə tutulmuşdur. İstehlak krediti götürən şəxslərin həyatları sığortalandığı halda, şəxs vəfat etdikdə və ya əmək qabiliyyətini itirdikdə (əllillik

Wolt-dan 60%-dək Endirimlə Black Friday-də Daha Sərfəli və Sürətli alış-veriş edin - Sizin üçün Hər Şey Wolt-da!

Black Friday Azərbaycana gəlir və bu il Wolt ilə daha sürətli və daha sərfəli. olacaq!. 10 noyabr – 1 dekabr tarixləri arasında evdən çıxmadan yüzlərlə mağazada. böyük endirimlərdən yararlana bilərsiniz!. Black Friday üçü

"Xiaomi" Azərbaycanın mobil cihaz bazarındakı payının 27 %-ni itirib

Ötən ilin dekabr ayında Azərbaycanın mobil cihazlar bazarında "Samsung"un payı 25,2 % təşkil edib. "Statcounter" agentliyinin son hesabatında verilən məlumata görə, bu, noyabr ayına nisbətən 0,24 fai

Azərbaycanda ilk dəfə olaraq Bakı Dövlət Universitetində aqrar sığorta fənninin tədrisinə başlanıb

Azərbaycanın ən nüfuzlu ali təhsil müəssisələrindən biri olan Bakı Dövlət Universitetində 2025–2026-cı tədris ilindən aqrar sığorta fənninin tədrisinə başlanılıb. "Bitkilərin sığortalanmasında risklərin və zərərin qiymətləndirilməsi"

Gənclərin xarici ölkələrdə təhsil almalarına ayrılan vəsait artırılır

Azərbaycan gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına ayrılan vəsaiti artırılır. xəbər verir ki, 2026-cı ildə Dövlət Neft Fondunun büdcəsində "Gənclərin xarici ölkələrin nüfuzlu al

Çin texnoloji liderliyini növbəti olaraq hansı sahələrdə möhkəmləndirəcək?

Çinin texnoloji üstünlüyündən narahat olanlar adətən diqqəti elektrikli avtomobillərə, günəş panellərinə və açıq mənbəli süni intellekt modellərinə yönəldirlər. Lakin onlar üçün xoş olmayan xəbərlər var. Bu həftə biz bildiriri


iqtisadi xeberler dollar məzənnəsi birbank biznes krediti bitcoin qiymeti