IEA dünyada qazın "qızıl dövrünün" başa çatacağını proqnozlaşdırıb
Beynəlxalq Enerji Agentliyi (IEA) təbii qaza tələbatın azalacağını proqnozlaşdırıb. Agentlik bu barədə özünün "World Energy Outlook 2023" hesabatında bildirib.
Hesabata görə, bir sıra mayeləşdirilmiş təbii qaz (LNG) layihələri 2025-ci ildə fəaliyyətə başlayacaq və 2030-cu ilə qədər ildə 250 milyard kubmetrdən çox resurs verəcək. Bu, bugünkü qlobal LNG tədarükünün təxminən 45%-nə bərabərdir. Ssenariyə görə, ümumi həcmin 60%-i ABŞ və Qətərin payına düşəcək.
Artan tutum LNG-nin maya dəyərini azaldacaq, eyni zamanda tələbi üstələyərək bazarı həddindən artıq "doyurmaq" riski yaradacaq. Hazırda enerjinin əsas istehlakçısı olan Çin iqtisadiyyatını yenidən formalaşdırır ki, bu da enerji bazarına təsir edəcək.
Qeyd olunur ki, Rusiya təbii qazının satışına qoyulan məhdudiyyətlərdən sonra bazarda qeyri-sabitlik müşahidə olunub və bu səbəbdən təhlükəsizlik və qiymət artımı ilə bağlı narahatlıqlar yaranıb. Bununla belə, yeni layihələrin işə salınmasından sonra Rusiyanın beynəlxalq qaz ticarətində 2021-ci ildə 30% olan payı 2030-cu ilə qədər iki dəfə azalacaq. / banker.az

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
IBAN nədir?
Startup nədir və necə olur?
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
Start-up nədir?
1000 manatla hansı biznesi qurmaq olar?