IEA: "OPEC+" ölkələri ötən ay neft hasilatının azaldıb
Neft hasilatının məhdudlaşdırılması ilə bağlı razılaşmaya əsasən öhdəlikləri olan "OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri aprel ayında neft hasilatını sutkada 400 min barel azaldıb.
Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatında bildirilir.
"Kvotası olan 19 iştirakçının ("OPEC+" sövdələşməsi iştirakçıları – red.) gündəlik hasilatı fevralda 400 min barel azalaraq, 37.6 mln. barelə enib", – hesabatda qeyd olunur.
Eyni zamanda, OPEC+" ölkələrinin aprel ayı üçün hasilatın hədəf səviyyəsi sutkada 40.1 mln. barel təşkil edib. Beləliklə, plandan geri qalma təxminən 2.5 mln. barel səviyyəsində olub.
"OPEC+" 2020-ci ilin may ayında koronavirus pandemiyasının səbəb olduğu neftə tələbatın azalması səbəbindən gündəlik neft hasilatını 9.7 mln. barel azaldıb. 2022-ci ilin avqust ayından etibarən alyans bu ixtisarlardan çıxmaq üçün son mərhələyə keçdi, lakin noyabr ayından hasilatı yenidən azaltdı – avqust ayı üçün mümkün olan maksimum səviyyədən gündəlik 2 mln. barel. Bu qərar 2023-cü ilin sonuna qədər qüvvədədir.
Bundan əlavə, may ayından etibarən bəzi "OPEC+" razılaşması ölkələri gündəlik neft hasilatını əlavə olaraq 1.66 mln. barel azaldacaq. / banker.az

Zeynal Nağdəliyev fermerin sığorta şirkəti ilə bağlı şikayətinin araşdırılmasını tapşırıb
İyunun 16-dan "Bonus-Malus" sistemi ləğv edilir
TuranBank Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) ilə 15 milyon ABŞ dolları həcmində niyyət bəyannaməsi imzalayıb
Dünyanın ən gözlənilməz iqtisadi uğur hekayəsi — Şimali Koreya
Yelo Bank gənc xanımların mentorluq proqramının məzun gününə ev sahibliyi edib
Gürcüstandan Azərbaycandakı əhaliyə pul transferləri 53% artıb
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
Rabitəbank İslam İnkişaf Bankı Qrupuna daxil olan İslam Ticarət Maliyyə Korporasiyası ilə 10 milyon ABŞ dolları məbləğində maliyyələşmə sazişi imzalay
Hindistanın kosmik inqilabı: startaplar qlobal yarışın qaydalarını dəyişir
ABB rəhbərliyi V Daşkənd Beynəlxalq İnvestisiya Forumunda
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
Biznes nədir?
Biznes təlimlər və tədris üsulları
CV-nin tərtib edilməsi prinsipləri
Az pulla hansı işi qurmaq olar?