IGB ilə nəql olunan qazın həcmi açıqlanıb
Azərbaycan qazını Bolqarıstana çatdıran Yunanıstan-Bolqarıstan birləşdirici boru kəməri (IGB) vasitəsilə ötən il nəql edilən qazın həcmi açıqlanıb.
2022-ci il oktyabrın 1-dən (qaz kəmərinin kommersiya istismarına başlanılan gün – red.) dekabrın 31-dək kəmər vasitəsi ilə nəql edilən təbii qazın ümumi həcmi elektrik enerjisi ekvivalentində 4 mlrd. 875 mln. kVt/saat (təqribən 418-419 mln. kubmetr – red.) təşkil edib.
Məlumata görə, dekabr ayında, boru kəmərinin kommersiya istismarına verildiyindən cəmi bir neçə ay sonra, IGB-nin tutumunun 94%-dən çoxu rezervasiya edilib. 2022-ci ilin sonuna 11 interkonnektor istifadəçisi qeydiyyata alınıb.
Bildirilir ki, 182 kilometrlik qaz kəməri Yunanıstan və Bolqarıstanın qaz nəqli şəbəkələrini Komotini və Stara Zaqora məntəqələrində birləşdirir və Bolqarıstanın Trans-Adriatik Qaz Boru Kəmərinə (TAP) birbaşa əlaqələndirir. IGB-nin ümumi gücü ildə 3 mlrd. kubmetrdir və bunun 1.57 mlrd. kubmetri 25 ilə qədər davam edən uzunmüddətli müqavilələr əsasında artıq rezervasiya edilib. Qaz kəmərinin sərbəst tutumları şəffaf və əlçatan şəkildə Avropanın iki ticarət platforması olan PRISMA və RBP-də təklif olunur.
Qeyd edək ki, kommersiya istismarına bu ilin 1 oktyabr tarixində başlanılan boru kəmərinin ötürmə gücünü gələcəkdə 5 mlrd. kubmetrə çatdırmaq planlaşdırılır.
Xatırladaq ki, Bolqarıstanın "Bulgargaz" şirkəti "Şahdəniz-2" layihəsi çərçivəsində "Şahdəniz" konsorsiumu ilə ildə 1 mlrd. kubmetr qazın nəqli ilə bağlı müqavilə imzalayıb. Azərbaycan 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya qaz ixracına başlayıb. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır. / banker.az

Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
Ən bahalı otellər hansılardır?
Cash Back nədir?
Biznes təlimlər və tədris üsulları
Dünyanın ən zəngin idmançıları