IGB-nin tutumunun genişləndirilməsi üçün növbəti mərhələyə start verilir

IGB-nin tutumunun genişləndirilməsi üçün növbəti mərhələyə start verilirAzərbaycan təbii qazını Bolqarıstana nəql edən Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) tutumunun genişləndirilməsi üçün məcburi mərhələ başlayır.
IGB-nin operatoru olan ICGB şirkətinin məlumatına əsasən, bütün maraqlı tərəflərin bu ilin iyunun 24-dək qeydiyyat sənədlərini, iyulun 2-12-dək isə məcburi mərhələ ilə bağlı təkliflərini təqdim etməsi istənilir.

Bildirilib ki, məcburi mərhələ ilə bağlı nəticələrin bu ilin sentyabrında açıqlanması nəzərdə tutulur.
ICGB-nin səyləri Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Ukrayna, Moldova və Slovakiyanın Transmissiya Xidmətləri Operatorlarını (TSO) birləşdirən Şaquli Qaz Dəhlizi təşəbbüsünün bir hissəsi kimi Mərkəzi və Cənub-Şərqi Avropaya, eləcə də Ukrayna və Moldovaya təbii qaz tədarükünə yönəldilib.
IGB-nin hazırda illik ötürmə qabiliyyəti 3 milyard kubmetrdir və müvafiq prosedurlar başa çatdıqdan sonra borunun tutumu 5 milyard kubmetrə qədər artırıla bilər.
"Mövcud təbii qaz infrastrukturunun istifadəsi sahəsində daha güclü əməkdaşlığın təşviq edilməsi, Şaquli Qaz Dəhlizi çərçivəsində genişləndirmə təşəbbüsləri əlaqələri artıracaq və Avropa bazarlarına istehlak ehtiyaclarını ödəmək üçün müxtəlif mənbələrdən daha böyük həcmdə təbii qaz idxal etmək imkanı verəcək. IGB-nin şaxələndirilmiş mənbələrdən qaz tədarükü geniş region üçün mühüm əhəmiyyət kəsb edir və genişlənmə mayeləşdirilmiş təbii qazın (LNG) təkmilləşdirilmiş bazar çıxışını da təmin edəcək", – deyə ICGB-nin məlumatında qeyd olunub.
Xatırladaq ki, Yunanıstan-Bolqarıstan qaz kəməri 2022-ci il oktyabrın əvvəlində kommersiya istismarına verilib. IGB Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" qaz-kondensat yatağının istismarının II mərhələsi çərçivəsində hasil edilən "mavi yanacağ"ın Bolqarıstana nəqlini nəzərdə tutur. "Bulgargaz EAD" dövlət şirkəti "Şahdəniz-2" yatağından 1 milyard kubmetr qazın tədarükü üçün "Şahdəniz" konsorsiumu ilə müqavilə imzalayıb.
Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometrlik hissəsi Bolqarıstan ərazisindən keçir. Boru kəmərin illik ötürücülük qabiliyyətinin 3-5 milyard kubmetr olacağı gözlənilir. / banker.az

Xəbərlər     Tarix: 20 may 2024

Oxşar xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi

ABŞ-da bağlanmanın yaratdığı məlumat boşluğu sentyabr məşğulluq hesabatı ilə sona çatır

Bazarlar ABŞ-ın sentyabr ayı üçün məşğulluq hesabatına diqqət yetirir. Hesabat, tarixdə ən uzun müddət davam edən federal hökumətin bağlanması səbəbindən vaxtında açıqlanmayıb. xəbər verir ki, dövlət və özəl sektorda ümum

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb

Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - YENİ QAYDALAR

Texniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükə yaratdığı müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye v

Böyük Britaniyanın sənaye istehsalı ən kəskin şəkildə azalıb

Böyük Britaniyanın istehsal sektoru noyabr ayının sonunda bitən üç ayda 2020-ci ilin avqust ayından bəri ən kəskin azalma qeydə alıb. İstehsalın azalması gələn həftənin illik büdcəsi öncəsi qeyri-müəyyənlikdən qaynaqlanıb

Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər

"Nağdsız hesablaşmalar haqqında" qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları (qanunla yalnız nağdsız həyata keçirilən ödənişlər) nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmı

Bu şəxslərin pensiyası yenidən artacaq

"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad

Almaniyanın avtomobil sektorunda məşğulluq ən aşağı səviyyəyə düşüb

Almaniyanın avtomobil sektorunda məşğulluq sentyabr ayında 721.400 nəfərə düşüb. xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi bildirib. Bu 2011-ci ilin ortalarından bəri ən aşağı səviyyədir. Hissə istehsalçıların

Məktəblərdə davamiyyətə nəzarətlə bağlı süni intellektdən istifadə ediləcək

Təhsil sistemində səmərəliliyin artırılması məqsədilə süni intellektin tətbiqi xidmətlərinin satın alınması ilə bağlı açıq tender elan edilib. xəbər verir ki, Elm və Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılmas


iqtisadi xeberler valyuta kurslari valyuta xeberleri pul qazanmaq dollar mezenne