İlham Əliyev: "Azərbaycan Qırğızıstanda investisiya layihələrində maraqlıdır"
Azərbaycan Qırğızıstanda investisiya layihələrində maraqlıdır.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bişkekdə Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə keçirilən Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın məhdud tərkibdə iclasında bildirib.
"Siz bizim ölkələrin həm beynəlxalq arenada, həm də ticari-iqtisadi əlaqələr çərçivəsində əməkdaşlıq istiqamətlərini qeyd etdiniz. Düşünürəm ki, bu gün və sabah biz həm Sizinlə, həm nümayəndə heyətlərinin üzvləri ilə planlarımızı ətraflı müzakirə edəcək və tərəfdaşlığın möhkəmləndirilməsi yollarını müəyyənləşdirəcəyik", - dövlət başçısı qeyd edib.
İlham Əliyev vurğulayıb ki, əmtəə dövriyyəsinin göstəriciləri qaneedici deyil: "Lakin, fikrimcə, bizim nəzərdə tutduğumuz planlar qısa zaman kəsiyində qarşılıqlı ticarətin həcmini artırmağa imkan verəcək. Azərbaycan, həmçinin Sizin ölkədə investisiya layihələrində maraqlıdır. Biz bu gün bunu da müzakirə edərik".

BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
"Bitcoin" 74 min dollardan aşağı düşüb - SON QİYMƏT
FINCA Azerbaijan "Heyva Festivalı"nda yerli sahibkarlarla bir araya gəlib - FOTOLAR
Dropshipping nədir?
McDonalds haqqında maraqlı faktlar
Bitcoin nədir?
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt