İlham Əliyev: "Azərbaycanla İtaliya arasında aktiv siyasi dialoq mövcuddur"
"İtaliyaya budəfəki səfərim çox uğurlu keçdi. Bu səfər zamanı İtaliyanın Prezidenti və Baş naziri ilə görüşlər keçirdim. Bu görüşlərdə ölkələrimiz arasında sıx strateji tərəfdaşlıq münasibətləri ilə bağlı bir çox məsələləri müzakirə etdik".
KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliyada keçirilən 48-ci beynəlxalq Çernobbio Forumunda "Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu" mövzusunda çıxışı zamanı bildirib.
İtaliya Prezidenti Sercio Mattarellanın dörd il əvvəl etdiyi rəsmi səfəri xatırladan dövlətimizin başçısı deyib ki, bu, ölkələrimiz arasında aktiv siyasi dialoqun olduğunu göstərir.
"Budəfəki görüşlərimiz zamanı biz ikitərəfli gündəliyimizə yeni və çox mühüm məsələlər əlavə etdik. Bunlardan biri də təhsil sahəsidir. Biz görüşlərimiz zamanı təkcə enerji məsələləri, iqtisadi inkişafla bağlı deyil, həmçinin təhsil məsələlərinə dair müzakirələr apardıq", – deyə Prezident İlham Əliyev qeyd edib.

Azərbaycanda 12 illik şirkətdən – 2,8 MİLYON MANAT GÖTÜRÜLÜR
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini endirdi, qalanlarını sabit saxladı
AZCON Holdinq-də – YENİ TƏYİNAT
AMB faiz dəhlizinin aşağı həddini niyə endirdi?
"Artıq pulunuzu gətirib məndə saxlasanız, daha az faiz alacaqsınız"
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
Dünyanın ən varlı 10 adamı
IBAN nədir?
Az pulla hansı işi qurmaq olar?
Necə Bitcoin almaq olar?