İlham Əliyev Moldova Prezidentini təbrik etdi

İlham Əliyev Moldova Prezidentini təbrik etdiAzərbaycan Prezidenti İlham Əliyev Moldova Prezidenti Maya Sanduya təbrik məktubu ünvanlayıb.
KONKRET.az-ın xəbərinə görə, təbrik məktubunda deyilir:
"Hörmətli xanım Prezident,
Moldova Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
Xoş ənənələr üzərində qurulmuş Azərbaycan-Moldova dostluq və əməkdaşlıq əlaqələrinin müvəffəqiyyətlə inkişaf etməsi məmnunluq doğurur. Siyasi əlaqələrimizin yüksək səviyyəsi bir sıra sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımızı genişləndirmək üçün yaxşı zəmin yaratmışdır.
Kişineuda təşkil olunan "Avropa Siyasi Birliyi"nin ikinci Zirvə Toplantısında iştirak etmək məqsədilə Moldovaya səfərim çərçivəsində Sizinlə səmimiyyət və qarşılıqlı etimad şəraitində keçən görüşümüzü, ikitərəfli münasibətlərin geniş spektri və əməkdaşlığımızın perspektivləri ətrafında apardığımız danışıqları ən xoş təəssüratlarla xatırlayıram.
Əminəm ki, Azərbaycan ilə Moldova arasında ənənəvi dostluq əlaqələrinin möhkəmləndirilməsi, xalqlarımızın mənafelərinə uyğun olaraq həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığımızın dərinləşdirilməsi, birgə fəaliyyətimizin potensialından tam istifadə olunması naminə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Moldova xalqına daim əmin-amanlıq və rifah arzulayıram".

Xəbərlər     Tarix: 27 avqust 2023

Oxşar xəbərlər

ABŞ-da bağlanmanın yaratdığı məlumat boşluğu sentyabr məşğulluq hesabatı ilə sona çatır

Bazarlar ABŞ-ın sentyabr ayı üçün məşğulluq hesabatına diqqət yetirir. Hesabat, tarixdə ən uzun müddət davam edən federal hökumətin bağlanması səbəbindən vaxtında açıqlanmayıb. xəbər verir ki, dövlət və özəl sektorda ümum

Fed İdarə Heyətinin keçmiş üzvü Kuqlerin qaydaları pozduğu meydana çıxıb

Keçmiş FED İdarə Heyətinin üzvü Adriana Kuqlerin bu yay qəfil istefa verməsindən sonra onun FED-in etik qaydalarını pozan çoxsaylı maliyyə əməliyyatları etdiyi üzə çıxıb. xəbər verir ki, hökumət sənədlərinə əsasən, məsəl

"Faiz dərəcələrinin endirilməsində ehtiyatlı olmalıyıq"

Fed-in vitse-sədri Filip Cefferson bildirib ki, pul siyasəti neytrallığa yaxınlaşdıqca faiz dərəcələrinin endirilməsi "yavaş-yavaş irəliləməlidir". Cefferson, əmək bazarında artan risklər və inflyasiyanın "bi

Tesla, Çin istehsalı olan komponentlərdən istifadə etməmək qərarı alıb

Tesla təchizatçılardan ABŞ avtomobil istehsalında Çin istehsalı olan komponentlərdən istifadə etməməyi tələb edir. xəbər verir ki, "Wall Street Journal" qəzetinin məlumatına görə, məsələ ilə tanış olan insanla

Neftin qiyməti yüksəlib

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neftin qiymətində yüksəliş var. xəbər verir ki, Azərbaycan neftinin qiyməti artıb. Qeyd edək ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,07 ABŞ dolları və ya 0,1

Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır

Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb

Neft ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB

Fransa Aİ ticarət sazişini qəbul etmir

Fransa hökuməti, Avropa İttifaqı ilə Cənubi Amerika ticarət bloku Mercosur arasında müzakirə edilən ticarət sazişinin hazırkı forması ilə qəbuledilməz olduğunu açıqlayıb. xəbər verir ki, hökumət sözçüsü Maud Brejon çərşənb

Tesla, ABŞ-də istehsalda Çin istehsalı hissələrdən imtina edir

Tesla ABŞ-də montaj olunan avtomobillərdə Çin istehsalı komponentlərdən istifadəni dayandırmaq üçün tədarükçülərinə təlimat verib. Məsələ ilə tanış olan mənbələr bildiriblər ki, Tesla və onun tərəfdaşları bəzi Çin istehsal


iqtisadi xeberler bitcoin valyuta xeberleri bu gunun xeberleri biznes xeberleri