İlham Əliyev Qazax Mərkəzində yaradılan şəraitlə tanış oldu - YENİLƏNİB - FOTOLAR

İlham Əliyev Qazax Mərkəzində yaradılan şəraitlə tanış oldu - YENİLƏNİB - FOTOLARAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzində yaradılan şəraitlə tanış olub.
KONKRET.az xəbər verir ki, ADA Universitetinin rektoru Hafiz Paşayev dövlətimizin başçısına Qazax Müəllimlər Seminariyasının tarixi və Mərkəzdə yaradılan şərait barədə məlumat verdi.
Bildirildi ki, Qazax Müəllimlər Seminariyasının tarixi 1876-cı ildə Qoridə yaradılmış Zaqafqaziya Müəllimlər Seminariyası ilə bağlıdır. Ümumilikdə 250 azərbaycanlı, o cümlədən Cəlil Məmmədquluzadə, Firudin bəy Köçərli, Səfərəli bəy Vəlibəyov, Nəriman Nərimanov, Suleyman Sani Axundov, Üzeyir bəy Hacibəyli Qori Seminariyasını bitirib.
1918-ci ildə çar rejiminin dağılmasından sonra Zaqafqaziya Müəllimlər Seminariyası parçalanıb və onun Azərbaycan bölməsinin bazasında Qazax Müəllimlər Seminariyası yaradılıb. Azərbaycan bölməsinin Qoridən Azərbaycana köçürülməsini Firudin bəy Köçərli həyata keçirib. Qazax Müəllimlər Seminariyasının təntənəli açılışı qazaxlı Məşədi İbrahimin seminariyaya hədiyyə etdiyi evdə 1918-ci il noyabrın 10-da baş tutub.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyev 1999-cu ildə Qazax Müəllimlər Seminariyasının 80 illik yubileyinin keçirilməsi haqqında göstəriş verib və bu məqsədlə təşkil olunmuş ümumrespublika elmi-praktiki konfransının iştirakçılarına təbrik məktubu ünvanlayıb.
Azərbaycan Prezidenti İlham Əliyev 2018-ci il noyabrın 3-də Qazax Müəllimlər Seminariyasının 100, 2013-cü il fevralın 14-də isə Firudin bəy Köçərlinin 150 illik yubileylərinin keçirilməsi haqqında sərəncamlar imzalayıb.
ADA Universiteti Seminariyanın tarixi binasının və onun maarifçi missiyasının bərpası təşəbbüsü ilə çıxış edib. 2021-ci ilin oktyabrında başlanılan bərpa işlərinə Heydər Əliyev Fondu, Azərbaycan Sahibkarlar Konfederasiyası, Amerika Azərbaycan Cəmiyyətini cəlb olunub. Seminariya binasının tarixi əhəmiyyətli obyekt olduğu nəzərə alınaraq, bərpa işləri xüsusi yanaşma ilə aparılıb. Cari il yanvarın 26-da Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzində Firudin bəy Köçərlinin 160 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Qeyd olundu ki, Qazax Müəllimlər Seminariyasının tarixi binasında 2022-ci ilin oktyabrından ADA Universiteti Qazax Mərkəzi fəaliyyət göstərir. 2022-2023-cü tədris ilində Mərkəzdə təhsillə bağlı iki magistr proqramı həyata keçirilir. Təhsil üzrə menecment, təlim və tədrisin təşkili metodikası üzrə proqramlarda 33 tələbə magistr dərəcəsi almaq üçün tədrisə cəlb olunub və birinci kursu bitirib. 2023-2024-cü tədris ilindən Qazax Mərkəzində bu ixtisaslarla yanaşı, dövlət idarəetməsi magistr proqramı tədris olunacaq. Yeni dərs ilindən bu üç ixtisasa 94 tələbə qəbul edilib. Beləliklə, Mərkəzdə ümumilikdə 127 tələbə təhsil alacaq.
Qeyd olundu ki, ADA Universiteti tərəfindən 2022-ci ildən etibarən müəllimlər üçün "Bir müəllimin manifesti" birillik üçmərhələli ixtisasartırma proqramı həyata keçirilir. Proqram çərçivəsində bölgələrdən müsahibə yolu ilə seçilmiş müəllim və direktorlar birinci mərhələdə Qazax Mərkəzində, ikinci mərhələdə ADA Universitetində, üçüncü mərhələdə isə ADA Vaşinqton Mərkəzində tədrisə cəlb olunurlar. Bu proqram vasitəsilə ötən il 38, bu il isə 20 müəllim və məktəb direktoru ixtisasartırmaya cəlb edilib. Proqramın ilk 38 iştirakçısı arasından 4 nəfər seçilərək ADA Universitetinin Qazax Mərkəzində əməkdaş olaraq fəaliyyətə başlayıb. Bu proqramın əsas məqsədi seçilmiş təhsil işçilərini gücləndirilmiş ingilis dili dərslərinə cəlb etmək, inkişaf etmiş ölkələrin təhsil sistemi ilə yaxından tanış olmaq məqsədilə Amerika məktəbləri ilə əyani təcrübə əlaqəsi yaratmaqdır.
Gələcəkdə ADA Universiteti tərəfindən Qazax Mərkəzində 10-11-ci siniflərin təhsil alacağı müasir tipli Yeni Məktəbin qurulması, bir neçə bakalavr ixtisasının açılması və kollecin təsis edilməsi nəzərdə tutulur.
Hazırda Mərkəzdə fəaliyyət göstərən magistr proqramlarının tədrisinə ADA Universitetinin müəllim və professor heyəti cəlb olunub. Onlar mütəmadi olaraq Qazax şəhərinə ezam edilirlər. Bu məqsədlə Mərkəzin tədris kompleksində Universitet tərəfindən Müəllimlər Evi tikilir. Tikintisi başa çatmaqda olan Müəllimlər Evi ADA Universitetinin Mərkəzdə çalışan bölgələrdən olan daimi əməkdaşları və ezam edilən müəllim heyəti üçün nəzərdə tutulub.
Məlumat verildi ki, Mərkəzin nəzdində elmi-tədqiqat şöbəsinin fəaliyyəti və müxtəlif tipli təhsil və mədəniyyət yönlü beynəlxalq tədbirlərin təşkili planlaşdırılır. Bu fəaliyyət çərçivəsində 1918-1920-ci illərdə nəşr olunmuş "Azərbaycan" qəzetinin ərəb əlifbasından latın qrafikasına transliterasiyası həyata keçirilir.
ADA Qazax Mərkəzinin tədris kompleksinə daxil olan XIX əsrə aid yerli əhəmiyyətli tarixi İsrafil Ağa hamamının təmirindən sonra onun daxilində Qazax xalçaçılıq məktəbi nümunələrindən ibarət muzeyin və rəsm dərnəyinin açılması nəzərdə tutulur. Bura, həmçinin kiçik həcmli musiqili ədəbi-mədəni tədbirlərin keçirilməsi üçün ideal məkandır.
***
09:29
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzində yaradılan şəraitlə tanış olub.
KONKRET.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
İlham Əliyev Qazax Mərkəzində yaradılan şəraitlə tanış oldu - YENİLƏNİB - FOTOLARİlham Əliyev Qazax Mərkəzində yaradılan şəraitlə tanış oldu - YENİLƏNİB - FOTOLARİlham Əliyev Qazax Mərkəzində yaradılan şəraitlə tanış oldu - YENİLƏNİB - FOTOLARİlham Əliyev Qazax Mərkəzində yaradılan şəraitlə tanış oldu - YENİLƏNİB - FOTOLARİlham Əliyev Qazax Mərkəzində yaradılan şəraitlə tanış oldu - YENİLƏNİB - FOTOLARİlham Əliyev Qazax Mərkəzində yaradılan şəraitlə tanış oldu - YENİLƏNİB - FOTOLARİlham Əliyev Qazax Mərkəzində yaradılan şəraitlə tanış oldu - YENİLƏNİB - FOTOLARİlham Əliyev Qazax Mərkəzində yaradılan şəraitlə tanış oldu - YENİLƏNİB - FOTOLARİlham Əliyev Qazax Mərkəzində yaradılan şəraitlə tanış oldu - YENİLƏNİB - FOTOLAR

Xəbərlər     Tarix: 07 avqust 2023

Oxşar xəbərlər

Bu il 20,75 milyon ton həcmində neft ixrac edilib

Bu il 20,75 milyon ton həcmində neft ixrac edilib. Göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə təxminən 180 min ton və ya 0,9% çoxdur. xəbər verir ki, bu barədə Dövlət Gpmrük Komitəsinə istinadən xəbər verir. 2024-c

Çin mənzil bazarını canlandırmaq üçün yeni tədbirlər görür

Çin, maliyyə sistemini təhdid edə biləcək daha da zəifləmə ilə bağlı narahatlıqlarla mübarizə aparan mənzil bazarını canlandırmaq üçün yeni tədbirləri nəzərdən keçirir. xəbər verir ki, məsələ ilə tanış olan insanların sözlərin

Neftin qiyməti yüksəlib

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neftin qiymətində yüksəliş var. xəbər verir ki, Azərbaycan neftinin qiyməti artıb. Qeyd edək ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,07 ABŞ dolları və ya 0,1

Neft bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə

Yeni layihə - Sərnişinlər hansı istiqamətə hansı müddətdə çatacaqlarını təyin edəcəklər

Bakı metrosunun yeni mobil əlavəsinin yaradılması üzərində iş aparılır. xəbər verir ki, bu barədə məlumat verən "Bakı Metropoliteni" QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bəxtiyar Məmmədovun sözlərin

"Maliyyə sektorunda inkişaf dinamikası bu qədər güclü olmayıb"

"Son illərdə müşahidə olunan inkişaf dinamikası maliyyə sektorunda heç vaxt indiki qədər güclü olmayıb. Bu dinamika nəzərə alınaraq Mərkəzi Bank nəzarət siyasəti, texnoloji həllər və məhsul yanaşması üzrə mühüm dəyişikliklə

Fransa Aİ ticarət sazişini qəbul etmir

Fransa hökuməti, Avropa İttifaqı ilə Cənubi Amerika ticarət bloku Mercosur arasında müzakirə edilən ticarət sazişinin hazırkı forması ilə qəbuledilməz olduğunu açıqlayıb. xəbər verir ki, hökumət sözçüsü Maud Brejon çərşənb

Almaniya Azərbaycandan neft alışını artırıb

Azərbaycan Almaniyaya 956 min 716,48 ton xam neft ixrac edib. xəbər verir ki, bu mövcud ilin yanvar-oktyabr aylarına dair göstəricilərdir. İxrac olunmuş məhsulun miqdarı 2024-cü ilin 10 ayı ilə müqayisədə 9,3 % çox, dəyər

Azərbaycanın hava yüklərini daşıyan aviaşirkəti yeni təyyarələr alır

Azərbaycanın əsas avia yüklərin daşınmasınaı həyata keçirən "Silk Way West Airlines" (Silk Vey Vest Aviaşirkəti MMC) Fransa təyyarə istehsalçısı "Airbus" ilə iki əlavə "A350F" yük təyyarəsi alış


iqtisadi xeberler bitkoin emlak xeberleri en son xeberler valyuta kurslari