İlham Əliyev "Şəki-Oğuz" Aqroparkında yaradılan şəraitlə tanış oldu - YENİLƏNİB / FOTOLAR
Dekabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Şəki-Oğuz" Aqroparkının torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi üzrə görülmüş işlərlə tanış olub.
KONKRET.az xəbər verir ki, "Aqroinkişaf 2017" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Ruslan Sadıxov dövlətimizin başçısına Aqroparkın fəaliyyəti barədə məlumat verib.
Qeyd edilib ki, Şəki rayonunun ərazisində 9700 hektar və Oğuz rayonunun ərazisində 1300 hektar olmaqla, ümumilikdə 11 min hektar sahədə yaradılmış Aqropark bağçılıq və əkinçilik üzrə fəaliyyət göstərir. Burada əsasən qoz, badam və zeytun bağları salınır və taxıl bitkiləri əkilir. Layihənin ümumi dəyəri 30 milyon manatdır. Zəruri infrastrukturun yaradılmasına 67,8 milyon manat dövlət əsaslı vəsaiti qoyulmuşdur.
Bildirilib ki, 2017-ci ildən başlayaraq "Aqroinkişaf 2017" MMC tərəfindən Azərbaycanda sənaye üsulu ilə qoz istehsalını həyata keçirmək üçün ABŞ-ın fermer təsərrüfatlarının və Avstraliyanın "Webster" şirkətinin təcrübəsi əsas götürülüb. Aqroparkda 2 min hektar ərazidə damcı suvarma sistemi qurulub, 3 meteostansiya, ofis binaları, fitolaboratoriya, ting istehsalı üçün soyuducu kameralar, mexanizasiya sahələri və anbarlar tikilib.
Prezident İlham Əliyevə Aqroparkda yetişdirilən məhsullar təqdim olunub.
Diqqətə çatdırılıb ki, ərazidə min hektarlıq badam bağının salınması işlərinə başlanılıb. Hazırda 4 badam növü üzrə 160 hektar bağ salınıb və onun ilin sonunadək 300 hektara çatdırılması nəzərdə tutulub. Bu il ilk dəfə olaraq "AzBadam" şirkətinə 1,2 ton məhsul satılıb.
Hazırda 2 zeytun növü üzrə 225 hektardan çox zeytun bağları salınıb və onun 300 hektara çatdırılması nəzərdə tutulub. "Zirə Zeytun" şirkətinə ilk olaraq 2,6 ton zeytun satılıb. Burada kiçikhəcmli zeytun yağı emalı sahəsinin yaradılması nəzərdə tutulub.
Məlumat verilib ki, 9 min hektar sahədə yüksəkkeyfiyyətli buğda istehsalı təşkil edilib, 30 min tonluq silos qurğuları tikilib və lazımi infrastruktur qurulub. Görülən aqrotexniki tədbirlər nəticəsində hektardan orta məhsuldarlıq 1,5 ton, ayrı-ayrı hallarda 4 ton təşkil edib. Təsərrüfatı yüksəkkeyfiyyətli toxumla təmin etmək üçün ildə 2 min tona yaxın toxum yetişdirilərək emal olunur.
Hazırda 160 nəfər daimi və 200 nəfər mövsümi iş yerlərinə cəlb edilib. Təsərrüfat GPS qurğuları quraşdırılmış 31 traktor, 4 kombayn, müasir tipli 4 çiləyici, 55 müxtəlif qoşqu və avadanlıqlarla təmin olunub.
Dövlət başçısı Aqroparkın ərazisində ağac əkib.






17:59
Dekabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Şəki-Oğuz" Aqroparkının torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi üzrə görülmüş işlərlə tanış olub.
KONKRET.az xəbər verir ki, dövlət başçısı aqroparkın torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi qurğularını işə salıb.

"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
AMB: Valyuta alışları manat likvidliyini artırır, faizlərə azaldıcı təsir göstərir
Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
"Express Experience" Yay Təcrübə Proqramı – UĞURLA BAŞA ÇATIB
Mərkəzi Bank daşı tərəzinin hansı gözünə qoyacaq? – Faiz qərarı açıqlanır
"Monetri"nin kredit portfeli 30 milyon manatı keçib – aktivləri 38,9 milyon manata çatıb
"Bitcoin"in qiyməti 85 min dolları ötüb - SON QİYMƏT
Startup nədir və necə olur?
Biznes təlimlər və tədris üsulları
IMEI kod nədir?
Ev şəraitində pul qazanmağın yolları
Ən çox soruşulan müsahibə sualları hansılardır?