İlham Əliyev vyetnamlı həmkarını təbrik etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikasının Prezidenti Nquyen Suan Fuka təbrik məktubu ünvanlayıb.
Bu barədə AZƏRTAC məlumat yayıb.
Təbrikdə deyilir:
"Hörmətli cənab Prezident, ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə sizə və sizin simanızda dost Vyetnam xalqına öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.
Bu gün Vyetnam dünyada sürətlə və dinamik inkişaf edən, iqtisadiyyat, sənaye, elm, müasir texnologiyalar və digər sahələrdə böyük nailiyyətlər əldə etmiş dövlətdir.
Azərbaycan dost və tərəfdaş ölkə olan Vyetnam ilə ənənəvi dostluq münasibətlərinin hərtərəfli inkişafına mühüm əhəmiyyət verir. Dövlətlərarası əlaqələrimizin və əməkdaşlığımızın bugünkü səviyyəsi məmnunluq doğurur.
İnanıram ki, ölkələrimizi və xalqlarımızı birləşdirən dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın istər ikitərəfli qaydada, istərsə də beynəlxalq təsisatlar çərçivəsində müvəffəqiyyətlə davam etdirilməsi üçün bundan sonra da birgə səylər göstərəcəyik.
Bu bayram günündə sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Vyetnam xalqına daim əmin-amanlıq və rifah arzulayıram".

Azərbaycanda 12 illik şirkətdən – 2,8 MİLYON MANAT GÖTÜRÜLÜR
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini endirdi, qalanlarını sabit saxladı
AZCON Holdinq-də – YENİ TƏYİNAT
AMB faiz dəhlizinin aşağı həddini niyə endirdi?
"Artıq pulunuzu gətirib məndə saxlasanız, daha az faiz alacaqsınız"
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
Dünyanın ən varlı 10 adamı
IBAN nədir?
Az pulla hansı işi qurmaq olar?
Necə Bitcoin almaq olar?