İlham Əliyevlə Rüstəm Minnixanov Cəbrayılda - FOTOLAR

İlham Əliyevlə Rüstəm Minnixanov Cəbrayılda - FOTOLARİyunun 17-də Azərbaycan Prezidenti İlham Əliyev və ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov Cəbrayıl rayonunda "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında "Avto Lizinq Azərbaycan" MMC-nin açılışında iştirak ediblər.
KONKRET.azxəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov görülən işlər barədə məlumat verib.
Şərqi Zəngəzur iqtisadi rayonunun Arazboyu ərazisinin əsasən düzənlik relyefə və bölgənin cənub istiqamətində giriş qapısı mövqeyinə malik olması "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının fəaliyyəti üçün əlverişli şəraiti təmin edir. Sənaye Parkının logistik imkanlar baxımından əlverişli ərazidə yaradılması investorların diqqətini cəlb edən əsas amillərdən biridir. Park yeni salınan magistral avtomobil və dəmir yollarının üzərində yerləşir ki, bu da ərazidən həmin magistral yollara birbaşa giriş-çıxışı təmin edəcək. Bu avtomobil və dəmir yolları Zəngəzur dəhlizi vasitəsilə Azərbaycandan Türkiyəyə və Türkiyədən Azərbaycana, eləcə də Azərbaycan ərazisindən Rusiyaya yüklərin daşınması üçün yeni əlverişli imkanlar yaradacaq.
Bildirilib ki, bu Sənaye Parkı 200 hektar ərazini əhatə edir. Parkın prioritet istiqamətləri kimi, logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük, yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiri məntəqələrinin və sairin təşkili müəyyənləşdirilib. Sənaye Parkında quruculuq işləri mərhələli şəkildə həyata keçirilir. Parkın ərazisi tam olaraq minalardan və hərbi sursatlardan təmizlənib. Sənaye Parkında fəaliyyət göstərəcək işçilərin və sahibkarların rahatlığının təmin edilməsi məqsədilə mobil şəhərcik salınıb.
Ölkəmizdəki digər mövcud sənaye parklarında olduğu kimi, "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında da sahibkarlar üçün əlverişli investisiya mühiti formalaşdırılır. Belə ki, Sənaye Parkının rezidentləri dövlət vəsaiti hesabına hazır infrastrukturla (qaz, işıq, su, kanalizasiya, daxili avtomobil və dəmir yolları, fiber-optik və s.) təmin edilir. Eyni zamanda, rezidentlər qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak vergisindən, torpaq vergisindən, gəlir və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunurlar. Bunlarla yanaşı, İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən rezidentlərə hər cür təşkilati dəstək göstərilir.
Prezident İlham Əliyev və Rəis Rüstəm Minnixanov "Avto Lizinq Azərbaycan" MMC-nin açılışını bildirən rəmzi lenti kəsiblər.
Məlumat verilib ki, Rusiya və Azərbaycan birgə müəssisəsi olan "Avto Lizinq Azərbaycan" MMC tərəfindən "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının 3 hektar ərazisində texniki servis mərkəzi yaradılıb. Mərkəz yük avtomobilləri və kənd təsərrüfatı texnikalarına xidmət göstərilməsi sahəsində hab rolunu oynayacaq. Mərkəzdə işğaldan azad olunmuş ərazilərimizdə istifadə olunan 1500-dək avtomobilə, həmçinin yüklərin daşınmasını həyata keçirəcək tranzit avtomobillərə və digər texnikalara peşəkar xidmət göstəriləcək.
Mərkəzdə texniki xidmət bloku, təmir emalatxanası, gözləmə zalı, tədris otağı, anbar, portal tipli avtoyuma məntəqəsi və xidməti otaqlar yaradılıb. Texniki təmir emalatxanasında mühərriklərin və digər aqreqatların, elektrik avadanlıqlarının, pnevmatik və hidravlik qurğuların təmiri sahələri, daxili yanma mühərriklərinin yuyulması məntəqəsi fəaliyyət göstərəcək.
Burada, həmçinin mehmanxana, ehtiyat hissələri mağazası və digər xidmət sahələri istifadəyə verilib. Bununla yanaşı, Mərkəzdə mobil təmir və texniki servis briqadaları da fəaliyyət göstərəcək ki, bu da işğaldan azad olunmuş ərazilərimizdə istifadə olunan bütün texnikalara yerində xidmət göstərməyə imkan yaradacaq.
Ümumi investisiya həcmi 10,2 milyon manat olan müəssisənin inşasına artıq 9,4 milyon manatdan çox investisiya yatırılıb. Müəssisənin fəaliyyətə başlaması məşğulluğun təmin edilməsinə də töhfə verəcək.
İlham Əliyevlə Rüstəm Minnixanov Cəbrayılda - FOTOLARİlham Əliyevlə Rüstəm Minnixanov Cəbrayılda - FOTOLARİlham Əliyevlə Rüstəm Minnixanov Cəbrayılda - FOTOLARİlham Əliyevlə Rüstəm Minnixanov Cəbrayılda - FOTOLARİlham Əliyevlə Rüstəm Minnixanov Cəbrayılda - FOTOLARİlham Əliyevlə Rüstəm Minnixanov Cəbrayılda - FOTOLARİlham Əliyevlə Rüstəm Minnixanov Cəbrayılda - FOTOLARİlham Əliyevlə Rüstəm Minnixanov Cəbrayılda - FOTOLAR

Xəbərlər     Tarix: 17 iyun 2023

Oxşar xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi

Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır

Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb

"Azəridad" toyuq kolbasasında tük tapıldı - MÜƏSSİSƏ BAĞLANDI

Mediada "Azəridad" əmtəə nişanlı toyuq kolbasasında toyuq tükünün aşkar olunması ilə bağlı yayılan məlumat əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxano

Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər

"Nağdsız hesablaşmalar haqqında" qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları (qanunla yalnız nağdsız həyata keçirilən ödənişlər) nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmı

Maaşlardan yığılan vergi 21% artıb

Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki

"ƏDV geri al" mexanizminin tətbiq sahələri genişləndirilir

"ƏDV geri al" mexanizmi artıq bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə şamil olunacaq. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarıla

Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ

Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza

Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml

Bəzi hallarda saytlara giriş MƏHDUDLAŞDIRILACAQ - Qanun DƏYİŞDİ

Azərbaycanda bəzi informasiyaların yerləşdirilməsinə görə saytlara məhdudlaşdırma tətbiq ediləcək. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Cinayət, Cinayət-Prosessual Məcəllələrinə və "İnformasiya, informasiyalaşdırm


iqtisadi xeberler dollar məzənnəsi valyuta xeberleri biznes xeberleri 1000 manatla biznes