İlin sonuna Azərbaycan Yunanıstana 1.2 milyard kubmetr qaz ixrac etməyi planlaşdırır

İlin sonuna Azərbaycan Yunanıstana 1.2 milyard kubmetr qaz ixrac etməyi planlaşdırırBu ilin sonuna Azərbaycan Yunanıstana 1.2 milyard kubmetr qaz ixrac etməyi planlaşdırır.
Energetika Nazirliyinin məlumatına əsasən, bunu nazir Pərviz Şahbazov bu gün keçirilən Azərbaycan və Yunanıstan arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 5-ci iclasında bildirib.
Onun sözlərinə görə, ötən il Yunanıstanın qaza tələbatının təxminən 18%-i məhz Azərbaycanın "mavi yanacağı" hesabına təmin edilib.
P. Şahbazov bildirib ki, Avropaya 3.5 il ərzində tədarük edilən 36.8 milyard kubmetr qazın 3.6 milyard kubmetrdən çoxu və ya 10%-i Yunanıstanın payına düşüb:
İclasda iki ölkə arasında ticarət dövriyyəsinin ötən il 1.4 milyard ABŞ dolları təşkil etdiyi, Cənub Qaz Dəhlizinin Avropanın, o cümlədən Yunanıstanın enerji təhlükəsizliyində mühüm rol oynadığı vurğulanıb. Azərbaycan qazının Trans-Adriatik Boru Kəməri (TAP) və Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) vasitəsilə Avropada təchizatın şaxələnməsinə və dekarbonizasiyaya töhfələri qeyd edilib.
Nazir, həmçinin deyib ki, Avropanın etibarlı enerji təchizatçısı olan və uğurla "yaşıl artım" siyasəti həyata keçirən Azərbaycan beynəlxalq miqyasda böyük etimad və hörmətin nəticəsi olaraq bu il COP29-a ev sahibliyi edir. Zəngin əməkdaşlıq gündəliyi olan bu yeni tarixi dövrdə enerji prioritet mövzulardan biridir.
Yunanıstanın xarici işlər nazirinin müavini Kostas Fragogiannis isə deyib ki, komissiyanın iclası ölkələrin ikitərəfli münasibətlər qurmaq niyyətini əks etdirir: "Müxtəlif sahələrdə, o cümlədən ticarət və investisiya, nəqliyyat, kənd təsərrüfatı, energetika, texnologiya, səhiyyə və turizm kimi istiqamətlərdə əməkdaşlıq əlaqələrinin inkişafı və təşviqini davam etdirmək üçün qabaqcıl mexanizm yaradılıb. Ümumilikdə, birgə Hökumətlərarası Komissiyanın 5-ci iclası Yunanıstan ilə Azərbaycan arasında davamlı, konstruktiv, səmərəli dialoq və fikir mübadiləsinin əsasını qoyur".
İclasda ticarət, sənaye, nəqliyyat, turizm, kənd təsərrüfatı, enerji, təhsil, səhiyyə, mədəniyyyət və digər sahələrdə əməkdaşlığın inkişafı ilə bağlı müzakirələr aparılıb. Azərbaycanda əlverişli investisiya mühiti, Ələt Azad İqtisadi Zonası, sənaye zonaları və aqroparklarda, həmçinin Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi üzrə əməkdaşlıq imkanları barədə məlumatlar diqqətə çatdırılıb. Komissiya çərçivəsində bütün sahələrdə əməkdaşlığın yol xəritəsini müəyyən edən ikillik Fəaliyyət Planı qəbul edilib.
Yekunda Hökumətlərarası Komissiyanın 5-ci iclasının Protokolu və Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və "Enterprise Greece" Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb. / banker.az

Xəbərlər     Tarix: 13 iyun 2024

Oxşar xəbərlər

Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - YENİ QAYDALAR

Texniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükə yaratdığı müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye v

Pul köçürmələrində yeni hədd aylıq 50 min manata qaldırıldı

Maliyyə Monitorinqi Xidməti (MMX) elektron köçürmələrin hesabatlandırılması qaydasını yenidən dəyişib. Bu barədə MMX-nin 25 sentyabr 2026-cı il tarixli qərarına istinadən xəbər verir. Yeni qərara əsasən, maliyyə institutlarını

"Vita Milk" MMC-nin Rusiyadan gətiridiyi yağlarda uyğunsuzluq aşkarlandı - GERİ QAYTARILDI

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı nəzarət tədbirləri zamanı "Vita Milk" MMC tərəfindən idxal olunan bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinə edilib. xəbər verir ki, bu barəd

Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq

Artıq göstəriş verildi, gələn il minimum əməkhaqqı qaldırılacaq, pensiyalar qaldırılacaq, sosial müavinətlər qaldırılacaq. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayınd

Ali təhsil müəssisələrinə qəbul olunanların NƏZƏRİNƏ: Qeydiyyat başladı

Ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayıb. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, qeydiyyat sentyabrın 8-də saat 18:00-dək davam edəcək. Qeyd edək ki, qəbul olunanları

AQTA qəfil qaraja daxil olub - Minlərlə şübhəli məhsul tapılıb

Vətəndaş müraciəti əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan qəsəbəsi, Minutka küçəsi ünvanında yerləşən "Best for Bar" MMC-yə məxsu

Süd vəzi xərçənginə dəstək məqsədilə "GüclüSən" sığorta məhsulu təqdim olunub.

Qadın sağlamlığının qorunması və çətin anlarda maliyyə dəstəyinin təmin edilməsi xüsusi əhəmiyyət daşıyır. Bu istiqamətdə "PAŞA Həyat Sığorta" tərəfindən qadınlar üçün yeni həyat sığortası məhsulu təqdim olunub

Gömrük qaydalarında dəyişiklik: Baş nazirdən yeni qərar

"Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə məlumat göndərilməli olan lisenziyaların və icazələrin Siyahısı"nda dəyişiklik olunub. xəbər veri

Bu şəxslərin pensiyası yenidən artacaq

"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad


iqtisadi xeberler en son xeberler biznes krediti biznes qurmaq bu gunun xeberleri