İlkin hərbi qeydiyyata alınanların nəzərinə - Qaydalar dəyişdi

İlkin hərbi qeydiyyata alınanların nəzərinə - Qaydalar dəyişdiNazirlər Kabinetinin "Peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslərin dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməsi Qaydasının təsdiq edilməsi haqqında", "Kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti subyektlərinə həqiqi hərbi xidmətə qəbul edilən və ya bu subyektlərdə xidmət keçən şəxslərin sağlamlığının yoxlanılması Qaydası"nın təsdiq edilməsi haqqında", "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" və "Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası"nın təsdiq edilməsi haqqında" qərarlarına dəyişiklik edilib.
azxeber.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Belə ki, Azərbaycan Respublikasının Narkoloji xidmət və nəzarət haqqında Qanununa müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslər çağırış dövründə - qeydiyyatda olduqları dövlət tibb müəssisələri tərəfindən, hərbi xidmətə könüllü daxil olanlar bağlaşma imzalanmazdan əvvəl - bağlaşma bağladıqları dövlət orqanlarının tibb müəssisələri tərəfindən, birbaşa kadr zabit heyətinə könüllü daxil olanlar həqiqi hərbi xidmətə daxil olmaları barədə əmr imzalanmazdan əvvəl kadr zabit heyətinə daxil olduqları - dövlət orqanlarının tibb müəssisələri tərəfindən, həqiqi hərbi xidmət hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) ildə bir dəfədən az olmayaraq - xidmət keçdikləri dövlət orqanlarının tibb müəssisələri tərəfindən icbari narkoloji müayinədən keçirilirməsi ilə bağlı müddəa əlavə edilib.
Bundan irəli gələrək bir sıra qərarlara dəyişiklik edilməsi zərurəti yaranıb.
Silahlı Qüvvələrin ehtiyatında olan və ilkin hərbi qeydiyyata alınan vətəndaş xəstəliyin diaqnozunun dəqiqləşdirilməsi üçün ambulator və ya stasionar tibbi müayinə ilə yanaşı icbari narkoloji müayinəyə göndərilir.
Hərbi xidmətə (orqanlarda xidmətə) könüllü daxil olan vətəndaş xəstəliyin diaqnozunun dəqiqləşdirilməsi üçün icbari narkoloji müayinəyə göndərilə bilər.
Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin sağlamlığının yoxlanması qaydasına Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə müvafiq Qanuna uyğun olaraq icbari narkoloji müayinədən keçmələri ilə bağlı müddəa əlavə edilib.

Xəbərlər     Tarix: 10 avqust 2022

Oxşar xəbərlər

"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu

"Karabakh Group" şirkətinin Baş icraçı direktoru vəzifəsinə yeni təyinat olub. xəbər verir ki, şirkətin Baş icraçı direktoru vəzifəsinə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Baş katibi Ziya Hacılı təyina

Qaz ödənişləri ilə bağlı YENİLİK

İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq

Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ

Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza

Neft bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə

Gömrük qaydalarında dəyişiklik: Baş nazirdən yeni qərar

"Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə məlumat göndərilməli olan lisenziyaların və icazələrin Siyahısı"nda dəyişiklik olunub. xəbər veri

Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər

"Nağdsız hesablaşmalar haqqında" qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları (qanunla yalnız nağdsız həyata keçirilən ödənişlər) nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmı

G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək

Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd

"Vita Milk" MMC-nin Rusiyadan gətiridiyi yağlarda uyğunsuzluq aşkarlandı - GERİ QAYTARILDI

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı nəzarət tədbirləri zamanı "Vita Milk" MMC tərəfindən idxal olunan bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinə edilib. xəbər verir ki, bu barəd

Məktəblərdə davamiyyətə nəzarətlə bağlı süni intellektdən istifadə ediləcək

Təhsil sistemində səmərəliliyin artırılması məqsədilə süni intellektin tətbiqi xidmətlərinin satın alınması ilə bağlı açıq tender elan edilib. xəbər verir ki, Elm və Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılmas


iqtisadi xeberler en son xeberler kripto internetden pul qazanmaq kicik biznes