İlon Mask "Tesla"nın səhmlərini SATDI
İlon Mask sahibi olduğu "Tesla"dakı payının bir hissəsini təxminən 3,6 milyard dollara satıb.
KONKRET.az xəbər verir ki, bunu ABŞ Qiymətli Kağızlar və Mübadilə Komissiyasının (SEC) elektron bazasına daxil olan məlumatlar sübut edir.
Bildirilib ki, bazar ertəsi sahibkar təxminən 22 milyon səhm satıb. Qiymət isə bir səhm üçün 156-176 dollar arasında dəyişib.
Qeyd edək ki, "Tesla" Korporasiyası 2003-cü ildə İlon Mask tərəfindən təsis edilib. Şirkətin baş ofisi Texas ştatının Ostin şəhərində yerləşir. Əvvəlcə şirkət sırf elektromobillərin istehsalında ixtisaslaşsa da, sonradan günəş panelləri də yaratmağa başlayıb.
Xatırladaq ki, oktyabrın 27-də Mask "Twitter"i almaq üçün 44 milyard dollarlıq müqavilə bağlayıb. Şirkəti aldıqdan dərhal sonra sahibkar işçiləri ixtisar edib.
İqbal Rzayev,
KONKRET.az
Azərbaycan böyük həcmli mis ixracına başlayıb
İlin ilk 9 ayında xaricə 16 066 ton mis ixrac olunub və bunun dəyəri 29,9 milyon dollar təşkil edib. Ötən ilin eyni dövründə cəmi 729,8 ton həcmdə, 1,47 milyon dollar dəyərində mis ixrac edilmişdi. Beləliklə, həcim üzrə artı
1100,0 min nəfər pensiyaçı qeydiyyatda olub
Dövlət Sosial Müdafiə Fondunda 2024-cü il oktyabrın 1-ə qədər olan zaman ərzində 1100,0 min nəfər pensiyaçı qeydiyyatda olub. xəbər verir ki, Dövlət Statistika Komitəsinə istinadən məlumata görə, bu da ölkə əhalisinin 10,
Azərbaycan qızıl istehsalını yüksəldib
Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə
Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır
Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb