IMF ABŞ-ın ÜDM artımı ilə bağlı proqnozunu pisləşdirib
Beynəlxalq Valyuta Fondu (IMF) 2022-ci il üçün ABŞ-ın ÜDM artımı ilə bağlı proqnozunu 2,3 %-ə endirib, 2023-cü ildə isə artım tempinin 1 % səviyyəsində olacağı gözlənilir.
"Report" xəbər verir ki, bu barədə Fondun məruzəsində qeyd olunub.
Beləliklə, qurum ABŞ-ın ÜDM-in artımı ilə bağlı proqnozunu apreldəki məruzəsinə nisbətən bu il və gələn il üçün 1,4 % və 1,3 % aşağı salıb.
"IMF-in İdarə Heyətinin üzvləri belə qənaətə gəliblər ki, ABŞ-da tənəzzüldən qaçmaq getdikcə çətin bir işə çevrilir və Rusiyanın Ukraynaya müdaxiləsi, uzun sürən COVID-19 pandemiyası və təchizat məhdudiyyətləri əlavə problemlər yaradır", - Fondun hesabatında vurğulanıb. /report.az
Avqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərd
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®
İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 17–21 avqust həftəsində qlobal maliyyə bazarlarının əsas istiqamətveric
Dövlət büdcəsinin gəlirləri azalıb
2026-cı ilin yanvar-may aylarında dövlət büdcəsinin gəlirləri 16 milyard 365,7 milyon manat olub. M. xəbər verir ki, Dövlət Statistika Komitəsinin dərc etdiyi 2026-cı ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial inkişafını