IMF Azərbaycanın daxil olduğu regionun iqtisadi artım proqnozunu yaxşılaşdırıb
Beynəlxalq Valyuta Fondu (BVF- IMF) Azərbaycanın da daxil olduğu Yaxın Şərq və Mərkəzi Asiya regionu üzrə iqtisadi artım proqnozlarını yaxşılaşdırıb.
Fond qlobal iqtisadiyyatla bağlı hesabatında 2025-ci il üzrə regionun ümumi daxili məhsulunun (ÜDM) artımı üzrə proqnozunu 0,5 faiz bəndi artıraraq 3,4% səviyyəsində müəyyən edib. 2026-cı il üçün proqnoz da eyni dərəcədə yüksəldilərək 3,5%-ə çatdırılıb.
VTB-də yüksək depozit faizləri daha çox qazandırır
BVF qeyd edir ki, bu artım beynəlxalq ticarətdə gözlənilən canlanma, ABŞ və Çin arasında bəzi tariflərin dayandırılması və qlobal maliyyə şərtlərinin yumşalması ilə əlaqədardır. Eyni zamanda ABŞ dollarının zəifləməsi inkişaf etməkdə olan bazarlara pul siyasətində daha çox manevr imkanı verib.
Hesabatda bildirilir ki, 2025-ci ildə enerji məhsullarının, o cümlədən neftin qiymətində təxminən 7%-lik azalma gözlənilir. Bu, enerji ixracatçısı olan ölkələr üçün gəlir axınlarına təsir edə bilər.
Bununla yanaşı, BVF regional iqtisadi artıma təsir edə biləcək riskləri də vurğulayır. Xüsusilə, ticarət siyasətində qeyri-müəyyənlik, ABŞ-ın tarif qərarları və geosiyasi gərginliklər (İran-İsrail münaqişəsi, Ukrayna ilə bağlı risklər) iqtisadi perspektivlər üçün mənfi ssenariləri gücləndirə bilər.
© APA / marja.az

AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun
Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq
AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur
"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
Kriptovalyuta nədir?
Dünyanın əh bahalı brendləri - TOP-10
Kriptovalyuta nədir və necə alınır?
Ən bahalı otellər hansılardır?
ZARA-nın uğur hekayəsi