"İndi günün altında işləməyi bacaran adamlar yaxşı yaşayırlar" - Deputat

"Mən gecə yuxusuz qalıb, səhər 4-ə, 5-ə qədəryazılarımı işləyirəm, məqalələrimi yazıram, təhlillərimi aparıram. İndi məndeyim ki, yox, mən yatmalıyam? İndi həmişəkindən daha çox çalışmaq lazımdır. Çünkiartıq zaman dəyişib, dövran dəyişib".
Bu sözləri Milli Məclisin deputatı Elman Nəsirov dünyada və ölkəmizdə özünü göstərən qiymət artımları ilə bağlı azxeber.com-unsuallarını cavablandırarkən deyib.
Millət vəkilinin sözlərinəgörə, Rusiya-Ukrayna müharibəsi ərzaq təhlükəsizliyi məsələsini bir qədər də qəlizləşdirib:"Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatının tərkib hissəsidir. Dünyabankı, Beynəlxalq Valyuta Fondu və digər maliyyə qurumlarının son hesabatlarınabaxsanız, qarşıda dünya iqtisadiyyatını repressiyaların gözlədiyini anlamaq olar. Bu artıq gələcəkdə dünya iqtisadiyyatında böhranın olması anlamındadır və iqtisadiartımın kəskin aşağı düşməsi kimi xarakterizə olunur. Belə olan vəziyyətdədünya ölkələrində xüsusilə, inkişaf etmiş ölkələrdə inflyasiya tempinin artdığının şahidioluruq. 
Bəzən deyirlər ki, unun qiyməti qalxdı, un məhsullarınınqiyməti qalxdı. Gəlin məsələyə obyektiv yanaşaq. Əvvəla, ərzaq təhlükəsizliyi məsələsiyeni hadisə deyil, bu problem onsuz da var idi. Məsələnin qəlizliyiondadır ki, Rusiya-Ukrayna müharibəsi bu məsələni bir qədər də qəlizləşdirdi, mürəkkəbləşdirdi.Rusiya dünyanın bir nömrəli buğda ixracatçısıdırsa, Ukrayna bu sırada 5-ci yerdədir. Təsəvvür edin ki, dünyanın bir nömrəlibuğda ixracatçısı ilə beşinci yerdə dayanan ölkə arasında müharibə gedir. Bu da təbii qıtlığa gətirib çıxardır".
Deputat bildirib ki, ət, süd və digər bu kimi məhsullarınəksər hissəsini özümüz istehsal etsək də, dünya bazarındakı qiymət artımı bizimbazarlara da təsir edir: "Bu gün ət məhsullarının 90 faizini özümüz istehsaledirik. Azərbaycan 85 faiz süd məhsulları istehsal edir. 80 faiz quş ətiistehsal edirik. Biz gələcəkdə bunu 100 faizə çatdırmalıyıq. Demək, bizçatmayan rəqəmləri, məsələn, ətin 10 faizini xaricdən almalıyıq. Biz süd məhsullarının15 faizini xaricdən almalıyıq, quş ətinin 20 faizini almalıyıq. Yəni bunlarında dünya bazarında qiymətləri qalxıb. Bizim bazarımıza da təsirsiz ötüşmür vəqiymətlərin artmasını şərtləndirir".
Deputat qiymət artımları fonunda vətəndaşların üzərinədüşən vəzifələrdən də danışıb. O, qeyd edib ki, ailəni saxlamaq üçün zəhmət çəkməklazımdır: "Təbii ki, biz onun fərqindəyik ki, qiymət artımı insanların sosialrifahına öz mənfi təsirini göstərir. Burada obyektiv səbəblər var. Obyektiv səbəblərimən sadaladım. Amma subyektiv səbəbləri də demək lazımdır. Məsələn, məninsanlarla, seçicilərimlə söhbətim zamanı görürəm ki, inhisarçılar onlara ciddimaneə olur. Bu kimi şikayətləri mən lazımi qurumlara çatdırıram. Hesab edirəmki, əsas məsələlərdən biri inhisarçılıqla bağlı məsələdir. Bu problemin həllitapılmalıdır. Eyni zamanda insanlarımız da indiki halda daha fəal olmalıdır. Məsələn,bir çox adamlarda tənbəllik yaranıb. Cəlilabad rayonunda kartof əkini, çiyələk əkinisahibkarları ilə danışıram ki, bəs filan kəsləri işə götürün, onların sosialdurumu yaxşı deyil, işləsinlər. Deyirlər çağırırıq, onlar da "mən bu istidə işləyəbilmərəm" deyib işdən yayınırlar. Yəni ələbaxımlılığa öyrəşmiş insanlar var ki,gözləyirlər ki, onlara dövlət tərəfindən hər hansı vəsait ayrılsın. Bu kölgədəotursun və işlərə qatılmasın. Mən Cəlilabadın timsalında bunu görürəm ki, oinsanlar ki, sözün həqiqi mənasında zəhmətə çəkirlər, əkinlə, biçinlə məşğuldurlar,mal-heyvan saxlayırlar, onun satışını təşkil edirlər, kartof, çiyələk, buğda əkirlər,hansı ki, o torpaq sahələrinə malikdirlər, onların güzəranı normaldır. Amma digərlərigözləyirlər ki, kimsə ona köməklik etsin, dövlət onlara müavinətlər versin. İşləməklazımdır. Məsələn, mən gecə yuxusuz qalıb, səhər 4-ə, 5-ə qədər yazılarımı işləyirəm,məqalələrimi yazıram, təhlillərimi aparıram. İndi mən deyim ki, yox, mənyatmalıyam? İndi həmişəkindən daha çox çalışmaq lazımdır. Çünki artıq zaman dəyişib,dövran dəyişib. Belə olan vəziyyətdə ailəni saxlamaq üçün zəhmət çəkmək mütləqdir.Sözün həqiqi mənasında zəhmətkeş olmaq lazımdır. İndi zəhmətkeş insanlar, günün altındaişləməyi bacaran insanlar, işdən qorxmayan insanlar daha yaxşı yaşayırlar".
Aydın Nuri

Xəbərlər     Tarix: 22 avqust 2022

Oxşar xəbərlər

Qaz ödənişləri ilə bağlı YENİLİK

İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq

Vətəndaşlara XOŞ XƏBƏR: Kredit riskləri sığortalanacaq - VİDEO

Artıq kredit risklərinin sığortalanması tətbiq oluna bilər ki, bu da gələcəkdə kredit faizlərinin azalmasına təsir göstərə bilər. Yeni mexanizm istehlak və ipoteka kreditləri üzrə risklərin sığortalanmasını əhatə edir. B

Məktəblərdə davamiyyətə nəzarətlə bağlı süni intellektdən istifadə ediləcək

Təhsil sistemində səmərəliliyin artırılması məqsədilə süni intellektin tətbiqi xidmətlərinin satın alınması ilə bağlı açıq tender elan edilib. xəbər verir ki, Elm və Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılmas

"Azəridad" toyuq kolbasasında tük tapıldı - MÜƏSSİSƏ BAĞLANDI

Mediada "Azəridad" əmtəə nişanlı toyuq kolbasasında toyuq tükünün aşkar olunması ilə bağlı yayılan məlumat əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxano

Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - YENİ QAYDALAR

Texniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükə yaratdığı müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye v

Ölkədə orta aylıq əməkhaqqı 7% artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin

Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır

Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb

Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI

Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind

"ƏDV geri al" mexanizminin tətbiq sahələri genişləndirilir

"ƏDV geri al" mexanizmi artıq bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə şamil olunacaq. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarıla


iqtisadi xeberler bu gunun xeberleri pul qazanmaq dollarin kursu bu gun online pul qazanmaq