İngiltərə Mərkəzi Bankı da faiz artırdı
Bank sektorundakı qarışıqlığa baxmayaraq, İngiltərə Mərkəzi Bankı (BoE) da yeni faiz artımı edib.
Marja xəbər verir ki, gözlənildiyi kimi, bank faiz dərəcəsini 0,25 faiz bəndi də artıraraq 2008-ci ildən bəri ən yüksək səviyyə olan 4,25 faizə çatdırıb. Lakin bank 9 ayın ən yavaş artımını reallaşdırıb.
BoE, faiz dərəcəsi qərarı ilə İngiltərə iqtisadiyyatının hələlik tənəzzüldən yayınacağını və inflyasiyanın risk olaraq qalacağını proqnozlaşdırır.
İnflyasiyanın davam edəcəyi təqdirdə daha da artımlar üçün qapını açıq saxlayan BoE, bank sistemi ilə bağlı narahatlıqları bir kənara qoyub və inflyasiyanı əsas prioritet olaraq gördüklərini bildirib.
BoE: "Əgər daha davamlı təzyiqlərə dair sübutlar olsaydı, pul siyasətinin daha çox sərtləşdirilməsi lazım olardı."
İngiltərə Mərkəzi Bankının rəhbəri Endryu Beyli maliyyə bazarındakı qarışıqlığın iqtisadiyyatın perspektivini pozmaq təhlükəsi yaratdığı bir vaxtda artan qiymətləri cilovlamağa çalışır. / marja.az

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Dizaynerlər üçün TOP-5 Freelance sayt
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Marketinq nə demədir?
Start-up nədir?
Yatırım olmadan necə biznes qurmaq olar?