"Instagram" öz çat-botunu buraxacaq
Son bir neçə ay ərzində generativ neyron şəbəkələr və onlar üzərində qurulmuş çat-botlar çox populyarlaşıb, ona görə də təəccüblü deyil ki, bir çox böyük İT şirkətləri bu cür alətləri öz məhsullarına inteqrasiya etməyə çalışırlar. Onlayn mənbələrə görə, süni intellekt botu tezliklə "Instagram" sosial şəbəkəsində görünə bilər.
Qeyd edilir ki, bu bot fərdiləşdirilmiş parametrlər alacaq, beləliklə, platformanın istifadəçiləri onu öz seçimlərinə uyğun olaraq fərdiləşdirə biləcəklər.
"Instagram"da süni intellekt botundan istifadə etmək imkanı mətn mesajları yazmaqda çətinlik çəkən insanlar üçün faydalı ola bilər. Həmçinin güman edilir ki, alqoritm digər istifadəçilərlə söhbət zamanı istifadə oluna bilər. Generativ neyron şəbəkəyə əsaslanan çat-botun "Instagram"da nə vaxt görünə biləcəyi hələlik məlum deyil.
Bu ilin fevral ayında Mark Zukerberq "Instagram", "Messenger" və "WhatsApp" üçün süni intellekt alqoritmləri hazırladığını söyləyib. Buna görə də, çat-botun tezliklə "Meta" platforması istifadəçiləri üçün əlçatan olması gözlənilir. / banker.az
Külək enerjisinin istehsalı artıb
Azərbaycanda küləklə işləyən elektrik stansiyalarında 73,5 milyon kVt/saat elektrik enerjisi istehsal edilib. xəbər verir ki, bu 2025-ci ilin yanvar-oktyabr aylarının göstəricisidir. Dövlət Statistika Komitəsinə istinadə
Türkiyə boru kəməri ilə qaz idxalını 7 faiz artırıb
Türkiyə 2025-ci ilin sentyabr ayında boru kəməri qaz idxalını 7 faiz artıraraq 3,213 milyard kubmetrə çatdırıb ki, bu da ilk doqquz ayla müqayisədə 14 faiz artım deməkdir və 30,705 milyard kubmetrə çatıb. xəbər verir ki
Almaniya Azərbaycandan neft alışını artırıb
Azərbaycan Almaniyaya 956 min 716,48 ton xam neft ixrac edib. xəbər verir ki, bu mövcud ilin yanvar-oktyabr aylarına dair göstəricilərdir. İxrac olunmuş məhsulun miqdarı 2024-cü ilin 10 ayı ilə müqayisədə 9,3 % çox, dəyər
Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq
30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind
G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək
Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd