İnternet marketinqi harada öyrənmək olar: Avropa universitetlərində 5 proqram

İnternet marketinqi harada öyrənmək olar: Avropa universitetlərində 5 proqramXarici universitetlərdəki təhsillə bağlı bir sıra stereotiplər var: xarici universitetə qəbul olmaq çətindir, xaricdə pulsuz təhsil almaq mümkün deyil, otuzdan çox yaşı olanlar xarici universitetlərə sənəd göndərə bilməz və s. Bütün bu mifləri məhv edərək, İnternet-peşələrinə harada yiyələnə biləcəyimizi qiymətini araşdıraq. 
Pul qazana bilməyim üçün marketinqi harada öyrənə bilərəm?
eMarketer araşdırma şirkətinin məlumatına görə, 2020-ci ildə ABŞ şirkətləri rəqəmsal reklama təxminən 129 milyard dollar xərcləyəcəklər ki, bu da TV və çapa çəkilən xərcdən qat-qat çoxdur. 
Qeyd edək ki, rəqəmsal marketinq sahəsi inkişaf etməkdə olsa da, yaxşı mütəxəssis tapmaq olduqca çətindir. Facebook, Amazon, SAP və P&G kimi şirkətlər sertifikatlı işçi deyil, fundamental biliklərə sahib olan mütəxəssis axtarışındadırlar. 
Xüsusilə vurğulamaq lazımdır ki, MDB məkanında rəqəmsal marketinq təhsili hələ formalaşmayıb və adətən Qərb meylləri bizə bir neçə il sonra gəlib çatır. Məhz bu səbəbdən marketoloqlar xarici və məşhur həmkarlarının təcrübəsindən istifadə etməli olurlar: vebinarlara baxırlar, məqalə və kitablaırn tərcümələrini oxuyurlar. Bununla yanaşı, xarici ali təhsil müəssisələri iqtisadiyyatın tələblərinə cavab verən proqramlar təklif edirlər. 
İşədüzəlmə və marketoloqların orta gəliri
Serpstat-ın verdiyi məlumata görə, 2019-cu ildə MDB ölkələri üzrə distant çalışan marketoloqların orta aylıq gəliri 700 dollar təşkil edib. Xarici şirkətlər üçün bu rəqəm 1298 dollar olub – məsələn, ABŞ-da İnternet-marketinq mütəxəssisi ildə 60 min dollar qazanır. 
İnternet marketinqi harada öyrənmək olar: Avropa universitetlərində 5 proqramAvropa universitetlərində 5 proqram – 144 avrodan başlayan qiymətlərlə
Strategic Marketing Management (Master of Arts). Almaniyada International School of Management (ISM) proqramı. Təhsil müddəti – 2 il. Dil biliyi TOEFL setrifikatı ilə təsdiqlənməlidir (80 bal və ya digər testlərin ekvivalenti). DAAD təqaüdləri, tələbə güzəştləri və universitet qrantlar mövcuddur. Təqaüdsüz qiyməti ildə 6480 avrodur. 
Master of Media and Communication Science. Almaniyada Technische Universität Ilmenau proqramıdır. Təhsil müddəti – 1,5 il (3 semestr). Abituriyentlər ingilis dili biliklərini IELTS 6.5 (B2 səviyyəsi) sertifikatı ilə təsdiqləməlidirlər. Təhsil pulsuzdur, amma hər semestr 144 avro ödəmək tələb olunur. Almaniyada yaşayış xərclərini ödəyəcək DAAD təqaüdü mövcuddur. 
Master in e-Business and Digital Marketing. Yunanıstanda International Hellenic University proqramıdır. Təhsil müddəti – 1 il 2 ay. Təhsil haqqı – ildə 4 min avro. Təqaüd yoxdur, yalnız endirimlər və universitet qrantları mövcuddur. Dil bilikləri IELTS testi ilə təsdiqlənməlidir (minimum 6.5). 
Master in Marketing IMC. Avstiyadakı University of Applied Sciences Krems proqramı. Təhsil müddəti – 2 il. Avstriya universitetlərində təhsil almaq pulsuz olsa da, hər semestrə görə 383 avro ödəmək lazımdır. Qəbul üçün ən az IELTS sertifikatı tələb olunur (minimum 7.0).
Research Master in Business: Niderlandda Tilburg University proqramıdır. Təhsil müddəti – 2 il. Təhsil haqqı – ildə 2143 avro. Yaşayış və təhsil xərcini tam ödəyəcək Orange Tulip təqaüdü mövcuddur. Qəbul olmaq üçün IELTS sertifikatı tələb olunur (minimum 6.5).
Xarici universitetə qəbul olmaq üçün nə lazımdır?
Tələb olunur:
Dil biliklərini təsdiq edən sertifikat (testDAF, IELTS, TOEFL);
Sənədlər paketi;
Vaxtında müraciət göndərmək;
Nəzərinizdə olsun ki, hər bir universitetin irəli sürdüyü tələblər fərqli olduğundan, təhsil almaq istədiyiniz müəssisənin rəsmi İnternet saytında daha ətraflı məlumat əldə edə bilərsiniz. 
Nəticə
Hər bir abituriyent xaricdə təhsil ala bilər. Bu işdə sizə repetitorlar və agentliklər köməklik edə bilərlər. Əsas odur buna sistemli yanaşasınız. Əvvəlcə təhsil almaq istədiyiniz ölkəni, sonar isə universiteti seçin. Əksər hallarda xaricdə oxumaq üçün ingilis dilini Upper-Intermediate səviyyəsində bilmək, bakalavr diplomuna və bir neçə motivasiya məktubuna sahib olmaq kifayət edir. 

Maraqlı     Tarix: 18 sentyabr 2022

Oxşar xəbərlər

İlon Maskın mobil rabitə bazarını dəyişdirmək planı

Son aylarda İlon Mask uzun müddətdir reallaşdırmaq istədiyi arzusuna çatmaq üçün ABŞ-nin ən böyük telekommunikasiya şirkətlərinin rəhbərlərinə müraciət edib. Sahibkar Verizon və digər korporasiyaların rəhbərliyindən SpaceX-

"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır

ABŞ-nin texnologiya nəhəngi "Apple" şirkəti tarixində ilk dəfə sensor ekranla təchiz edilmiş "MacBook Pro" noutbukunu təqdim edib. Şirkət bununla uzun illər davam etdirdiyi sensor ekranlı noutbuklarda

Çinin yeni Arktika marşrutunun perspektivləri və gizli riskləri

Dəniz daşımalarındakı dar boğazlardan getdikcə daha çox narahat olan dünya üçün Dubai Tower gəmisinin reysi ümidverici siqnal sayıla bilər. Konteynerdaşıyan gəmi avqustun 15-də Çinin Ninbo limanından yola düşərək Şimal Buzl

Peşə təhsilində yeni mərhələ – Dağ-mədən üzrə rəqəmsal kurs təqdim olunacaq

"AzerGold" QSC-nin dəstəyi, Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi və "Aspire EdTech" şirkətinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə "Dağ-mədən işləri üzrə mütəxəssis"

"Süni intellekt hamımızın ölümünə səbəb ola bilər" - Süni intellekt şirkətinin əməkdaşı istefa verdi

Süni intellekt şirkəti Anthropic-in əməkdaşı Ceykob Kokson (Jacob Coxon) süni intellektin "real güc və resurslar əldə edə biləcək fövqəlinsan sistemlərə çevrilə biləcəyini" iddia edərək şirkətdən istefa verdiyin

Gömrükdə malların saxlanılması ilə bağlı yeni qaydalar qüvvəyə mindi

Fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların müvəqqəti saxlanca verilməsi ilə bağlı yeni qaydalar müəyyənləşib. Bununla bağlı Gömrük Məcəlləsində dəyişikliklərlə əlaqədar iyunun 19-da qəbul edilən müvafi

SpaceX-ə rəqib ilk dəfə orbitə çıxıb

Almaniyanın raket istehsalçısı "Isar Aerospace" həftəsonu ilk dəfə uğurla orbitə çatıb. xəbər verir ki, bu, Avropanın kommersiya kosmik sənayesi üçün mühüm mərhələ hesab olunur. Şirkət sürətlə artan tələbatı qarşılama

Tibbi müəmma sizi çıxılmaz vəziyyətə salıb? Metagenomikanı sınayın

Həkimlər nədən xəstələndiyimizi müəyyən edə bilmədikdə, orqanizmimizdə virusların, bakteriyaların və göbələklərin genetik materialının fraqmentlərini axtara bilərlər. 2019-cu ildə Kaliforniya ştatının Fresno şəhərində yaşayan

Satışı artıran sehrli formul

Satışları artırmaq üçün nə lazımdır? Daha böyük reklam büdcəsi? Daha çox satış əməkdaşı? Yoxsa daha çox müştəri?. Bankçılıq, Məhsulların İdarə edilməsi və həyat sığortası sahələrində qazandığım təcrübə mənə bir şeyi öyrədib


iqtisadi xeberler bitcoin internetden pul qazanmaq dollar kursu bank faizleri