Samsung-dan ilk daha çox qatlana bilən telefon: Qiyməti bəlli oldu
Cənubi Koreya şirkəti Samsung, qatlana bilən telefon bazarında rəqabətin artacağı gözləntiləri fonunda ilk çoxqatlanabilən smartfonunu təqdim etməklə, çinli rəqiblərin yüksəliş göstərdiyi seqmentdə mövqeyini gücləndirməyi hədəfləyir.
Marja xəbər verir ki, yeni model üç paneldən ibarət 10 düymlük (253,1 mm) ekrana malikdir və Galaxy Z Fold 7 ilə müqayisədə əhəmiyyətli dərəcədə böyükdür. Cihazın qiyməti təxminən 3,59 milyon von (2440 dollar) olaraq müəyyən edilib.
Satışa nə zaman çıxacaq?
Samsung cihazı ilk olaraq 12 dekabrda ölkə daxilində satışa çıxaracaq, daha sonra isə Çin, Sinqapur, Tayvan və Birləşmiş Ərəb Əmirlikləri bazarlarına təqdim edəcək.
ABŞ-da təqdimatının gələn ilin birinci rübündə keçiriləcəyi gözlənilir.
Telefon Samsung-un flaqman modelləri arasında ən böyük batareyaya sahibdir və 30 dəqiqədə 50% şarj ola bilən super sürətli şarj dəstəyi təklif edir.
Analitiklər bildirirlər ki, daha çox qatlanan telefon hələlik kütləvi satışa hesablanmış məhsuldan çox, texnologiyanın nümayişi üçün hazırlanmış bir model təsiri bağışlayır. "NH Investment & Securities"in aparıcı analitiki Ryu Young-ho deyib:
"TriFold birinci nəsil məhsuldur və kommersiya məqsədilə ilk dəfə təqdim olunur. Buna görə böyük həcmdə satış gözləmək çətindir."
Qatlana bilən telefonlarda rəqabət qızışacaq
Qatlana bilən telefon bazarında rəqabətin artacağı proqnozlaşdırılır. Huawei ötən ilin sentyabrında üç istiqamətli qatlana bilən telefonunu bazara çıxarmışdır. Apple-ın isə gələn il ilk qatlana bilən modelini təqdim edəcəyi gözlənilir. Lakin yüksək qiymət və istehsal məhdudiyyətləri bu seqmentin genişlənməsinə hələlik mane olur.
"Counterpoint Research"in məlumatına görə, qatlana bilən telefonlar bu il ümumi bazarın 2%-dən azını təşkil edəcək və 2027-ci ildə belə bu göstəricinin 3%-dən aşağı qalacağı ehtimal olunur.
"Counterpoint" həmçinin proqnozlaşdırır ki, qatlana bilən telefon bazarı bu il 14% artacaq, 2026 və 2027-ci illərdə isə Apple-ın bazara daxil olması ilə illik artım 30% civarında olacaq.
/ marja.az

Manat əmanətlərinə illik 11%-dək gəlir — Ən yüksək faizi hansı banklar verir? (oktyabr)
ATB: Banklar strateji layihələrlə beynəlxalq kapital arasında körpü rolunu oynaya bilər
Dollar əmanətlərinə ən yüksək faizi hansı banklar verir? — Oktyabr, 2026
"Unicapital" İnvestisiya Şirkəti birjada əməliyyatlarını – 3 DƏFƏ ARTIRIB
Bakı "PostEurop" Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək
Putin "UniCredit" bankının Rusiya biznesinin bölünməsi və satışına icazə verib
Rusiyada Qazaxıstanın "Freedom" qrupu ilə bağlı investorlar şikayət edir
ABB-nin süni intellekt həlli Las Veqas-da keçiriləcək "Money20/20"-də finalçı kimi yarışacaq
"Gəncə Şərab-1"in dövlətə 30 min manata yaxın vergi borcu var – QƏRAR VERİLƏCƏK
"Bitcoin" 84 min dollara kimi ucuzlaşıb - SON QİYMƏT
IMEI kod nədir?
Ən bahalı otellər hansılardır?
IBAN nədir?
Dünyanın ən varlı 10 müğənnisi
Biznes plan necə yazılır?